Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1856/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 19374544 saylı inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 19374544 saylı inzibati xəta haqqında protokol üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli EQ 19374544 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 09 fevral 2024-cü il tarixdə saat 10:04 radələrində idarə etdiyi VAZ 21073 Priora minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Füzuli dairəsi Vidadi küçəsi istiqamətində svetoforun qadağanedici siqnalında bütün nəqliyyat vasitələri həmçinin o dayanmışdır (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilir) bu zaman tabloya baxaraq avtomatik halda dayanmış nəqliyyat vasitələri və o hərəkəti davam etdirmiş sonradan məlum olmuşdur ki, heç bir əsas olmadan qadağanedici siqnal müdaxilə nəticəsində saxlanılmışdır. Halbuki qanunun tələbinə əsasən nizamlayıcının göstərişləri məcburi hesab edilir burada isə nizamalayıcı olmamışdır. Eyni zamanda 9 fevral 2024-cü il tarixdə saat 10:04 radələrində idarə etdiyi VAZ 21073 Priora minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili kimin idarə etməsi barədə araşdırma aparılmadan onun barəsində tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. O inzibati xəta törədilməyi ilə razılaşmır, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan onun barəsində inzibati tənbeh qərarı çıxarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024cü il tarixli EQ 19374544 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 9 fevral 2024-cü il tarixdə saat 10:04 radələrində idarə etdiyi VAZ 21073 Priora minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Füzuli dairəsi Vidadi küçəsi istiqamətində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətinə davam etmişdir. Buna görə də o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğu üçün 80 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə, X2 barəsində tərtib edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla müşayiət olunmadığından sözügedən qərar ləğv edilməli, şikayət isə əsaslı hesab edilərək təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 şikayəti təmin olunsun. X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 19374544 saylı qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1856/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1856/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver