Məhkəmə qərarları › İş №3(004)-1857/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1857/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1857/2024 01.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhər X12 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilən qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, 04 mart 2024-cü il tarixdə AR DİN BDYPİ-nin YPX əməkdaşı X7 onu saxlayaraq, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi halına yol verməyini bildirmiş və barəsində İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh tədbiri barədə qərar tərtib etmişdir. Bununla bağlı Baş X11 İdarəsinə 12 mart 2024-cü il tarixdə tərəfindən inzibati xəta ilə bağlı qərarın rəsmi qaydada göndərilməsi ilə bağlı yazılı müraciət etsə də, inzibati orqan tərəfindən müvafiq cavab ünvanlanmamışdır. Hesab edir ki, YPX əməkdaşının tərtib etdiyi qərar aşağıda qeyd olunanlara əsasən qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. İlk öncə qeyd edir ki, o öz avtomobili ilə Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində yerləşən yolayrıcında svetoforun qadanağan edici işığı yanmamış, sarı işıq yanan zaman hərəkətinə davam etmişdir. Belə ki, həmin zaman hərəkətimi kəskin tormozlama olmadan dayandırmaq qeyri mümkün olmuşdur. Daha sonra yol patrul xidmətinin əməkdaşları onlara məxsus patrul maşını ilə ona işıq cihazlarını və xüsusi siqnalları qoşmadan, patrul maşının uzaq işıqlarını yandırıbsöndürməklə qanunsuz olaraq saxlamışdır. Yol patrul xidmətinin əməkdaşına yolayrıcını keçən zaman kəskin tormozlama edərək dayanacağını, qanunvericilikdə isə yolayrıcında nəqliyyat vasitəsini kəskin tormozlamadan hərəkəti davam etdirməyə icazə verildiyini bildirsə də, YPX əməkdaşı qərəzli şəkildə qərar vermiş və həmin qərarı ona təqdim etməmişdir. Bundan əlavə olaraq, YPX əməkdaşı həmin zaman xidməti vəsiqəsini təqdim etmədən, polis əməkdaşına layiq olmayan hərəkətlər edərək onunla kobud danışaraq, sübutetmə vəzifəsini icra etmədən, qanunvericiliyə istinad etmədən barəsində inzibati tənbeh etmə haqqında qərar vermişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh tədbiri barədə qərarının ləğv olunması, həmçinin qərarın rəsmi qaydada təqdim olunduğu anadək dəbbə pulunun hesablanmasını dayandırılması və onun barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. Hazırda video materialları məhkəməyə təqdim edir. Aydın şəkildə görsənir ki, şikayət verən şəxs işıqforun qadağanedici siqnalı, yəni qırmızı işıq yanandan sonra dairədə nəqliyyat vasitəsini saxlamadan hərəkət edir. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən X5 04 mart 2024-cü il tarixdə saat 16:12 radələrində “MİTSUBİSHİ PAJERO minik” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti iləİzmir küçəsinin kəsoşməsində hərəkət edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. İşə baxılarkən səlahiyyətli orqan Bakı şəhər X11 İdarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin təhlükəsiz şəhər kameralarında qeydə alındığı videogörüntü olan CD diskə baxış zamanı X4 idarə etdiyi avtomobillə İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Ona görə də şikayətçinin həmin yolda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsində İXM-nin 327.2-ci maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilən qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar