Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1866/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Surxay oğlunun Zərərçəkmiş şəxs X5 iştirakları ilə, xx.xx.1994-cü il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Surxay oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Surxay oğlu ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmişdir. Belə ki, ünvan 2 ünvanında yaşayan X1 RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 15.03.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçivani küçəsinin kəsişməsində işıqforu keçərkən öndəki “Mitsubishi” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlayaraq, nəqliyyatın gedişini dayandırmışdır. Altay Abıyev səs siqnalından istifadə edib, onun yolu açmasını gözlədikdə həmin şəxs avtomobildən düşüb onun üzərinə hücum çəkmişdir. Bu zaman Altay Abiyev ətrafa xeyli insanın topladığını görüb, həmin şəxsə ictimai qaydanı və ictimai aşayışı kobud şəkildə pozduğunu bildirdikdə, o, Altay Abiyevin ünvanına nalayiq sözlər söyləyərək təhqir etmişdir. Baş vermiş söz mübahisəsinə görə post-patrul xidməti əməkdaşları onlara yaxınlaşmış və anlaşılmazlığın aydınlaşdırılması üçün onları polis bölməsinə dəvət etmişdirlər. Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Çinqiz Qurbanov faktı araşdırıb və müvafiq qərar qəbul etmişdir. Onun qərarı əsasında MN№1400134 saylı 08 aprel 2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən Şəxs Surxay oğlu 15.03.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçivani küçəsinin kəsişməsində küçədə ictimai aşayışı pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə rəisi X11 oğlu tərtib etdiyi protokolu müdafiə edərək Şəxs Surxay oğlunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Surxay oğlu məhkəmə iclasında özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, əməlində qanunpozuntusu yoxdur, təhqir olunan özü olmuşdur, Altay Abiyev isə özü ona hücum çəkmişdir. Göstərilənlərə əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Altay Abiyev öz izahatlarında ərizədəki olan məlumatları təsdiqlənmiş və bildirmişdir ki, Şəxs Surxay oğlu avtomobildən düşüb onun üzərinə hücum çəkmişdir və sonra Altay Abiyevin ünvanına nalayiq sözlər söyləyərək təhqir etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunauyğun qayadada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin Post-Patrul Xidmətinin əməkdaşları X4, X6 və X7 öz izahatlarında bildirmişdirlər ki, 15.03.2022-ci il tarixdə saat 16:30-da inzibati ərazidə xidmət apararkən Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçivani küçəsinin kəsişməsində 2 nəfər şəxsin bir-biri ilə mübahisə etdiyini və təhqir etdiyini görmüşdürlər, yaxınlaşıb, özlərini təqdim edərkən Altay Abiyev və Şəxs onlara məhəl qoymayaraq, qarşılıqlı şəkildə hər iki şəxsin bir biri ilə mübahisələrinin davam etdirilməsinin şahidi oldular. Onları Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Surxay oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 08 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Surxay oğlu 15.03.2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçivani küçəsinin kəsişməsində küçədə ictimai aşayışı pozaraq xırda xuliqanlıq etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Surxay oğlunun xarici ölkədə təhsil almaqla ali təhsilli şəxs olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs Surxay oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Surxay oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Şəxs Surxay oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Surxay oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1866/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1866/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver