Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1867/2022 08.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1979-cu ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 06.04.2022-ci il tarixində gecə saatlarında 102 xidmətinə verdiyi məlumata əsasən 27-ci PB-nin əməkdaşlarının onunla əlaqə saxlamaması səbəbindən DİN-in qarşısında üzərinə yanacaq tökərək intihar edəcəyi barədə məlumat verdiyinə görə onunla əlaqə saxlanılaraq DİN-in 102 xidmətinə verdiyi məlumatla bağlı ətraflı araşdırma aparılması məqsədi ilə sonuncu 27-ci PB-nə dəvət edilmiş, o, 07.04.2022-ci il tarixdə PBnə gəldikdən sonra onunla profilaktik söhbət aparılsa da, o, sərxoş vəziyyətində inzibati binada səs küy salaraq nalayiq söyüşlər söymüş, polis əməkdaşları ilə mübahisə etmiş, onu sakitləşdirmək istəsələr də, buna əhəmiyyət verməyərək hərəkətlərini davam etdirib İdarənin iş rejimini pozmuş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən 08.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, 07.04.2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-də olan zaman sərxoş vəziyyətində olduğu üçün orada səs küy salaraq nalayiq söyüşlər söymüş, polislərlə mübahisəsi yaranmışdır, içkili olduğu üçün belə hərəkətlər etmişdir. Bölmədə bu barədə izahat vermişdir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 06.04.2022-ci il tarixində gecə saatlarında 102 xidmətinə verdiyi məlumata əsasən 27-ci PB-nin əməkdaşlarının onunla əlaqə saxlamaması səbəbindən DİN-in qarşısında üzərinə yanacaq tökərək intihar edəcəyi barədə məlumat verdiyinə görə onunla əlaqə saxlanılaraq DİN-in 102 xidmətinə verdiyi məlumatla bağlı ətraflı araşdırma aparılması məqsədi ilə sonuncu 27-ci PB-nə dəvət edilmiş, o, 07.04.2022-ci il tarixdə PB-nə gəldikdən sonra onunla profilaktik söhbət aparılsa da, o, sərxoş vəziyyətində inzibati binada səs küy salaraq nalayiq söyüşlər söymüş, polis əməkdaşları ilə mübahisə etmiş, onu sakitləşdirmək istəsələr də, buna əhəmiyyət verməyərək hərəkətlərini davam etdirib İdarənin iş rejimini pozmuş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bu barədə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları raport və akt tərtib etmişlər və materiallar əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan 08.04.2022-ci il tarixli raporta əsasən Şəxs 06.04.2022-ci il tarixində gecə saatlarında 102 xidmətinə verdiyi məlumata əsasən 27-ci PB-nin əməkdaşlarının onunla əlaqə saxlamaması səbəbindən DİN-in qarşısında üzərinə yanacaq tökərək intihar edəcəyi barədə məlumat verdiyinə görə onunla əlaqə saxlanılaraq DİN-in 102 xidmətinə verdiyi məlumatla bağlı ətraflı araşdırma aparılması məqsədi ilə sonuncu 27-ci PB-nə dəvət edilmiş, o, 07.04.2022-ci il tarixdə PB-nə gəldikdən sonra onunla profilaktik söhbət aparılsa da, o, sərxoş vəziyyətində inzibati binada səs küy salaraq nalayiq söyüşlər söymüş, polis əməkdaşları ilə mübahisə etmiş, onu sakitləşdirmək istəsələr də, buna əhəmiyyət verməyərək hərəkətlərini davam etdirib İdarənin iş rejimini pozmuş, bununla da ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. İş materiallarındakı 08.04.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 00:15 radələrində tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 08.04.2022-ci il tarixindən, saat 00:15 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1867/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1867/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver