Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1867/2025 09.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X12, X1 nümayəndəsi və vəkil Nümayəndə iştirakları ilə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 05 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X7 ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-2/509/2025 nömrəli məktub daxil olmuşdur. Bu məktuba qoşma olaraq xx.xx.2025-ci il tarixli MN1870016 nömrəli inzibati tənbeh vermə haqqında qərar əlavə edilmişdir. Göstərilən qərarın “müəyyən edildi” hissəsində qeyd edilmişdir ki, X3-haqq hesabı işlədiyi tam təqvim ayına uyğun hesablanıb ödənilməmişdir, nəticədə AR Əmək Məcəlləsinin 140-cı maddəsini 2-ci hissəsinin tələbləri pozulmuşdur. Sözügedən qərara əsasən "xxxx" MMC-nin direktoru X13 AR İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsində (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) təqsirli hesab olunmuşdur. Belə ki, DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-17331/2025 sayh bildirişinə əsasən xx.xx.2025 tarixli, MN ******* nömrəli protokol əsasında inizbati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixinə saat 15:00-a təyin edilmiş və barəsində iş üzrə icraat aparılan şəxs qismində DƏMX-nin Bakı şəhər İdarəsinə və ya video konfrans vasitəsilə görüşə dəvət olunmuşdur. Bu bildirişə əsasən xx.xx.2025-ci il tarixində qərarın tərtib edilməsinə dair DƏMX ilə aralarında ZOOM vasitəsilə video görüş keçirilmişdir. DƏMX-nin əməkdaşları tərəfindən bildirilmişdir ki, X3-haqq hesabının hesablanması tərəflərindən düzgün həyata keçirilməmişdir. Səlahiyyətli qurumun əməkdaşları tərəfindən qeyd edilmişdir ki, tərəflərindən yalnız bir ay, yəni ən çox əmək haqqı hesablanmış ay olan avqust ayının əmək haqqı məbləği üzrə (670 manat) orta əmək haqqı tapılmalı və son-haqq hesab müəyyən edilməli idi. DƏMX-nin əməkdaşlarına hesablama ilə bağlı tərəflərindən izah verilsə də, bu cür hesablamanın AR Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsinə zidd olması bildirilsə də, sadəcə olaraq bu məsələ ilə bağlı qərar qəbul edəcəklərini bildirərək görüşü sonlandırmışdırlar. Nəticə olaraq səlahiyyətli orqan tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inizibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və xx.xx.2025-ci il tarixində ünvana göndərilmişdir (poçt göndərişinin izlənməsinə dair məlumat vərəqəsi əlavə edilir). X10 ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Lakin tərəflər arasında olan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 68.2.a yarımbəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Göründüyü kimi işçi cəmi 4 ay ərzində "xxxx" MMC ilə əmək münasibətində olsa da, tam işlədiyi təqvim ayı avqust və sentyabr ayları olmuşdur, iyul və oktyabr ayları isə müvafiq olaraq işə qəbul və xitam tarixləridir. xx.xx.2024-cü il tarixində işə qəbul edilən və əmək haqqı vergilər daxil olmaq (bundan sonra -“gross”) 670 manat olan Nazarov Ruslan iyul ayı üzrə ümumilikdə 25 gün işləmişdir. İşlədiyi günlər üzrə hesablanmış əmək haqqı “gross” 620.37 manat müəyyən edilmişdir. Əlbəttə ki, bütün vergilər çıxıldıqdan sonra şəxsə 2024-cü ilin iyul ayı üzrə ödənilməli vergilər çıxılmaqla olan (bundan sonra “nett”) əmək haqqı 556.82 manat təşkil etmişdir. 2024-cü ilin avqust ayı üzrə şəxs 27 gün işləmiş və “gross” əmək haqqı olan 670 manatın “nett” məbləği 600.25 manat təşkil etmişdir. 2024-cü ilin sentyabr ayı üzrə ümumilikdə 18 gün işləmiş işçinin “nett” əmək haqqı 436.10 manat (“gross” 482.40 manat) təşkil etmişdir. 2024-cü ilin oktyabr ayı üzrə şəxs 14 gün işləmiş, bu müddətə görə hesablanmış “gross” əmək haqqı 347.41 manat, son-haqq hesab isə 113.72 manat, ümumilikdə 417.49 manat təşkil etmişdir. Son-haqq hesabın hesablanması qaydası yuxarıda qeyd edildiyi kimi AR Əmək Məcələsinin 140-cı maddəsinin 2-ci hissəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məntiqlə ayın ortasında işə qəbul olunan və ayın ortasında əmək müqaviləsinə xitam verilən işçi 12 aydan az işləyib məzuniyyətə çıxan zaman onun orta əməkhaqqı məbləğinin hesablanmasında həmin işə qəbul və xitam ayları da hesablanmada nəzərə almırsa, orta aylıq əmək haqqının məbləği az olur nəticədə məzuniyyət haqqı da az hesablanmış olur. Buna yol verməmək üçün orta aylıq əmək naqqımn hesablanmasında ayın ortası işə qəbul və ya xitam olarsa, həmin aylar hesablanmada nəzərə alınmır. Amma işçinin tam işləmədiyi ay işə qəbul və xitamla bağlı deyilsə (ödənişsiz məzuniyyət və s. bu kimi səbəblərə görə), bu hal orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır. Belə ki, qoşmaya əlavə edilmiş sonhaqq hesab cədvəlindən də görünür ki, son-haqq hesabm hesablanması tərəflərindən düzgün olaraq həyata keçirilmişdir. Əmək məcəlləsinin yuxarıda göstərilmiş maddəsində qeyd edilənlərə müvafiq olaraq işçinin tam işlədiyi aylar olan avqust və sentyabr ayları üzrə ümumi əmək haqqı tapılır. Bu da 1152.40 manat təşkil edir. Orta aylıq əmək haqqını tapmaq üçün bu məbləğ tam ayların sayına, yəni 2-yə bölünür. (1152.40/2=576.20). Bir günə düşən əmək haqqının hesablanması üçün təcrübədə tətbiq edilən qayda budur ki, orta aylıq əmək haqqı məbləği 30.4-ə bölünməlidir. Belə ki, bir günlük əmək haqqı (576.20/30.4 = 18.95) 18.95 manat təşkil edir. Sonda isə 6-ya, istifadə edilməmiş məzuniyyət günlərinin sayına vurulmaqla ümumi ödənilməli olan məbləğ tapılır, yəni 113.72 manat. Bu məbləğ işçinin son iş ayı üzrə hesablanmış əmək haqqı məbləği ilə toplanıldıqda ümumilikdə işçiyə ödənilməli olan son-haqq hesab məbləği “nett” olaraq 417.49 manat (“gross” 461.13) təşkil etmişdir. Yuxanda qeyd edilən hallar hüquqşünas ekspertlərin yanaşmasında da öz əksini tapmışdır. DƏMX-nin qərannda qeyd etdiyi pozuntu o zaman haqlı olmuş olardı ki, AR ƏM-nin 140-cı maddəsinin 2-ci hissəsi “12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır” kimi yox, “12 təqvim ayından az İşləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik tam işlədiyi təqvim ayına əsasən hesablanır” kimi olardı. Lakin qanunvericiliyin də bu müddəanı sonuncu kimi nəzərdə tutması işəgötürənin vəziyyətini ağırlaşdırmaqla bərabər, hüququn təməl prinsiplərini pozmuş olardı. DƏMX-nin yanaşmasından bu başa düşülür ki, işçi neçə ay işləmiş olsa belə, bu aylardan hansı üzrə hesablanmış əmək haqqı məbləği çox olarsa, yalnız həmin bir ayın əsasında orta aylıq əmək haqqı tapılmalıdır. Hal-hazırki situasiyada yalnız avqust ayı üzrə (yəni 670 manat əsasında) orta aylıq əmək haqqının hesablanması qanunvericinin nəzərdə tutduğu qaydalara ziddir. Əks halda orta aylıq əmək haqqının hesablanması qaydası pozulmuş olur. Əmək Məcəlləsinin 140-cı maddəsi üzrə işçinin işlədiyi tam təqvim aylarına münasibətdə, yəni ayın ortası işə qəbul olduğu və ayın ortası əmək müqaviləsinə xitam verildiyi aylar istisna olmaqla, işlədiyi bütün digər aylar orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınır. Həmin maddənin 3-cü hissəsinə görə məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu müddəanın ilk hissəsində 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğinin hesaba alınmış hər bir aya, yəni 12-yə bölünməsinin nəzərdə tutulması o deməkdir ki, orta aylıq əmək haqqının hesablanmasında işçi üçün ən çox əmək haqqının hesablandığı ay yox, işlədiyi bütün aylar nəzərə alınmalıdır. Əgər DƏMXnin qeyd etdiyi kimi olsa idi, o zaman Əmək Məcəlləsində qeyd edilərdi ki, orta aylıq əmək haqqı ən çox əmək haqqı hesablanmış ay üzrə tapılsın və digər aylar ümumiyyətlə nəzərə alınmasın. Hal-hazırki situasiyada yalnız bir ayın, yəni əmək haqqının çox hesablandığı ayın nəzərə alınması qanunvericiliyə ziddir və absurddur. Odur ki, tərəflərindən AR ƏMnin tələblərinə uyğun olmaqla düzgün hesablama aparılmışdır. Habelə, hesablamanın bu qaydada aparılması bu sahədə fəaliyyət göstərən hüquqşünas ekspertlərin yanaşmalarında da öz təsdiqini tapmışdır (link yuxarıda əlavə edilmişdir). Əlavə olaraq qeyd edilməlidir ki, AR NK-nin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” Qərarına əsasən işçinin faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə ahnan ödənişlər siyahısına daxil edilmişdir. Bu yanaşmaya görə orta aylıq əmək haqqının hesablanmasında bir ay nəzərə alınıb, digər bir ay nəzərə alınmaya bilməz (hansı ki, həmin ay da işçinin faktiki işlədiyi tam təqvim ayıdır). Qərara əsasən işçinin faktiki işlədiyi hər bir ay (ayın ortasında işə qəbul və xitam olarsa, bu aylar istisna olmaqla) orta aylıq əmək haqqının hesablanmasına münasibətdə nəzərə almır. Belə ki, bu hal sadəcə olaraq müvafiq orqanın işəgötürənlərə hər nə bahasına olursa-olsun “protokol yazılmalı yönümlü”, “qərar tərtib edilməli yönümlü”, “vəzifəli şəxsi məsuliyyətə cəlb etməli” niyyətindən başqa bir şey deyildir. Yekun olaraq o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsilə olan xx.xx.2025-ci il tarixli, MN1870016 nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 nümayəndəsi və vəkil Nümayəndə şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, işdən çıxmış şəxsin iyul və oktyabr aylarında natamam işi olub. Avqust və sentyabr aylarında tam işləyib. Həmin 2 ayda əmək müqaviləsi qüvvədə olub. Avqust ayında 27 günün 27-i də gəlib. Amma sentyabr ayında 27 günü tam gəlməyib, müəyyən günlər məzuniyyətdə olub. Gəlməsə belə, tam işlədiyi aylar olub. İyul ayında işə girdiyinə görə, iyun ayında müqavilə qüvvədə olmayıb. Oktyabrda isə işdən tez çıxıb, ayı bitirə bilməyib. Bu adama işdən çıxdıqdan sonra son haqq-hesab hesablanmışdır. Əmək müqaviləsinin tələbinə əsasən işçi 12 aydan az işləyərsə, tam aylar toplanır, bölünür ikiyə və vurulur əmsala, tapılır. Şəxsin işə girdiyi və çıxdığı aylar tam olmayıb deyə, o aylar hesablanmayıb. Avqust və sentyabr ayları hesablanmayıb. Həmin ayların əmək haqqısı toplanıb, bölünüb ikiyə, günlüyə vurmalıdır. Nəticə hesablanmalıdır. X15 isə bildirir ki, 2 aya 670 manat hesablanmalıdır. Sentyabr ayında bayaq dediyi vəziyyətə görə əmək haqqı normal olaraq aşağı olub. Biz toplayıb 2-yə bölüb ədəd çıxartmışlar. Müfəttişlik ən yuxarı maaşı verməli olduqlarını deyir. İnzibati orqan normanı səhv başa düşür və səhv təfsir edir. Əmək Məcəlləsinin 140.2-ci maddəsində belə qeyd olunub: 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Tam təqvim ayı inzibati orqan tərəfindən dəqiq başa düşülmür. Məsələn, 27 günün 27-i gəlibsə, o hesablanmalıdır. Halbuki qanunvericilik onu nəzərdə tutur ki, əmək müqaviləsinin qüvvədə olduğu tam təqvim aylarından söhbət gedir. Qayda ona görə də hesablanmalıdır. Sadə primitiv məntiqdir. Bununla əlaqədar məqalələri də məqalələri də məhkəməyə təqdim edə bilər. Nəticə olaraq, adam girib işə. 10 ayını işləmiş məsəl üçün. 10 ayın bir ayını 27 günün 27-i də gəlib. Qalan 9 ayında 5 gün gəlib, 3 gün gəlməyib. Qurumun sözündən belə çıxır ki, bu 9 aydakı əməyə görə maksimum ən yuxarı əmək haqqını verməli idi. Lakin qanun əmək müqaviləsinin qüvvədə olmasını əsas götürür. Göstərilənlərə əsasən şikayətin təmin olunmasını xahiş edir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X17 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, cədvələ əsasən iyul ayında faktiki 25 gün işləyib. İş saatı 167 saatdır. Sentyabrın 18 gününə 482.4 manat oturub. Yəni 620 manat nəzərə alınmayıb. Son haqq-hesab cədvəlində avqust və sentyabr ayları üzrə hesablanıb. İyul ayında isə 25 günə ödənib. Əmək Məcəlləsinin 140.2-ci maddəsinə görə 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Qeyd etdikləri burada təqdim olunmuş cədvəl ilə öz təsdiqini tapır. İyul ayı tam göstərilməli idi. Sentyabrın 18 iş günü onsuz da daxil edilib. Hansı ki, 482 manat kəsilib. Sual budur ki, 25 günə iyulda niyə kəsilməsin ? Baxmayaraq ki, əvvəlki 18 gün də tam deyil. Nəhayət olaraq hüquqi şəxs iyul və oktyabr ayları tam hesablanmadığına görə cərimələnib. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmasını şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X13 barəsində tərtib edilmiş 24 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati 1200 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə işə "xxxx" MMC-də işə qəbul edilmişdir, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, X8 iyul ayı üçün 620,37 Azn, avqust ayı üçün 670 Azn, sentyabr ayı üçün 482.40 Azn, oktyabr ayı üçün 347,41 Azn əmək haqqı formasında və son haqq hesab olaraq 113,72 Azn ödəniş hesablanmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş son haqq-hesab cədvəlindən görünür ki, tam işlədiyi aylar olan avqust və sentyabr ayları üzrə ümumi əmək haqqı 1152.40 manat (670+482.4) təşkil etmişdir. Bu məbləğ tam ayların sayına, yəni 2-yə bölünmüşdür (1152.40/2=576.20). Orta aylıq əmək haqqı məbləği 30.4-ə bölünmüşdür. Belə ki, bir günlük orta əmək haqqı (576.20/30.4 = 18.95) 18.95 manat təşkil etmişdir. Sonda isə 6ya, istifadə edilməmiş məzuniyyət günlərinin sayına vurulmaqla ümumi ödənilməli olan məbləğ 113.72 manat olmuşdur. Ümumilikdə işçiyə ödənilməli olan son-haqq hesab məbləği “nett” olaraq 417.49 manat təşkil etmişdir. Bu son haqq hesab məbləğinin (113,72 Azn) və oktyabr ayı üzrə hesablanmış əmək haqqının (347,41 Azn) cəmidir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 3-cü hissəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X14 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsi "xxxx" MMC-nin direktoru X13 barədə protokol tərtib edilmişdir ondan ötəri ki, o həmin cəmiyyətdə işləmiş X4 haqq-hesabı işlədiyi tam təqvim ayına uyğun ödənilməmişdir. Lakin iş materiallarından görünür ki, X11 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixədək "xxxx" MMC-də işləmiş və işlədiyi tam aylar avqust və sentyabr ayları olmuşdur. X5 "xxxx" MMC-də işlədiyi aylara uyğun olaraq son haqq-hesab düzgün hesablanmışdır. Məhkəmə hesab edir ki, X7 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X7 şikayəti təmin olunsun. X13 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X7 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1867/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1867/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver