Məhkəmə qərarları › İş №3(004)-1869/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1869/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1869/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxxxxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs iştirakları ilə, xx xxxx 1959-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixliMNseriyalı0391009nömrəli həmin protokolda qeyd edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə 62462 manat borcdan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən ləğv prosesində olan “xxxxxxxx” ASC-yə heç bir ödəniş edilməmişdir. Bununla da ŞəxsİXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş “xxxxxxxxxxxxxxx” MMC-nin rəhbəri Şəxs izahatında bildirdi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi barədə ona Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qətnamənin könüllü icra edilməsi barədə xx.xx.2020-ci il tarixli bildirişi daxil olduqdan sonra məlumatı olmuşdur. Qətnamənin surətini isə məhkəmədən rəsmi olaraq xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. Məhkəmə iclasları barədə məlumatı olmamışdır. Bu səbəbdəndə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(81)-458/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir və işin mahiyyəti üzrə baxılması təzələnərək, məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-dən xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən 50000 (əlli min) manat əsas borc,kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2015-ci il tarixinə 6209 (altı min iki yüz doqquz) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 6223 (altı min iki yüz iyirmi üç) manat faiz borcu, cəmi isə 62432 (altmış iki min dörd yüz otuz iki) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq ləğv prosesində olan “xxxxxxxx” ASC-nin hesabına ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-458/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və icra sənədinin dərhal icra olunması üçün borcluya bildiriş göndərilmişdir; Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(81)-458/2018 nömrəli qərardadından müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işin mahiyyəti üzrə baxılması təzələnərək, məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(81)-458/2018 nömrəli qərardadı ilə ləğv edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, icra sənədinin verilməsinə əsas olan məhkəmə sənədi ləğv edildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilən icra sənədinin icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə, hazırki halda borclu Şəxsnın hərəkətlərində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxsnın barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnın hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində BakıŞəhəriYasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar