Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1871/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə inspektoru X1, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 05 avqust 1968-cü ildə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, Fuad İbrahimbəyov küçəsi, 48 saylı evdə qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 avqust 2021-ci il və 09 avqust 2021-ci il tarixlərdə ünvan 1 ünvanda yerləşən “Al” marketdən oğurlamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X5 11 avqust 2021-ci il tarixdə Yasamal RPİnin 27-ci PB-nə ərizə ilə müraciət edərək, üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxs, müdiri olduğu ünvan 4 ünvanında yerləşən “Al Market”dən hər birində bir ədəd olmaqla 3 dəfə dəyəri 9.5 manat təşkil edən “Berqa 450 qr” məhsulunu oğurlaması barədə şikayət etmişdir. Həmin şikayət əsasında Yasamal RPİ-nin 27-ci PB-nin TB-də araşdırma aparılmış, qeyd olunan oğurluğun Bakı şəhəri, Nəsimi rayonu, Fuad İbrahimbəyov küçəsi, 48 saylı evdə yaşayan Şəxs törətməsi müəyyən edilmişdir. Yasamal RPİ-nin 27-ci PB-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərarına əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-nə göndərilmişdir. Odur ki, X2 göstərilənlərə əsasən Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, maddi cəhətdən çətinliklər çəkdiyinə görə oğurluq etmək məcburiyyətində qalmışdır. Buna görə də 04 avqust 2021-ci il və 09 avqust 2021-ci il tarixlərdə ünvan 4 ünvanında yerləşən “Al markefdən hər birində bir paket olmaqla iki dəfə “Berqa” markalı 450 qramlıq paketdə qablaşdırılmış çay məhsulu oğurlamışdır. Sonuncu dəfə 11 avqust 2021-ci il tarixdə saat 15:30 radələrində qeyd etdiyi mağazadan həmin məhsuldan oğurlayıb gedərkən mağazanın işçilrləri tərəfindən saxlanılmışdır. Bundan sonra həmin çay paketini mağazaya geri qaytarmışdır. Verilmiş suallar əsasında Şəxs bildirmişdir ki, vurulmuş zərəri ödəmək imkanı olmadığından zərər çəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Bundan əlavə o, verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs “Al” marketin müdiri X3 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə müvafiq olaraq işə zərərçəkmiş müəssisənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 11 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, zərərçəkmiş şəxs X5 11 avqust 2021-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək üzdən tanıdığı, lakin, adını bilmədiyi şəxs, müdiri olduğu ünvan 4 ünvanında yerləşən “Al Market”dən hər birində bir ədəd olmaqla 3 dəfə dəyəri 9.5 manat təşkil edən “Berqa 450 qr” məhsulununun oğurlanması faktı barədə məlumat vermişdir. Faktla bağlı Yasamal RPİnin 27-ci PB-də aparılan araşdırma nəticəsində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iş materiallarında olan 11 avqust 2021-ci il tarixli AZA seriyalı 003886 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 avqust 2021-ci il tarixdə saat 21:19-da inzibati qaydada tutulmuşdur. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi iş materialları əsasında, o cümlədən özünün səmimi etirafı ilə tam sübuta yetirildiyindən, o, İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 11 avqust 2021-ci il tarixdən, saat 19:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 11 avqust 2021-ci il tarixdən saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1871/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1871/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver