Məhkəmə qərarları › İş №3(004)-1872/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1872/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1872/2020 24.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştrakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 13000-0697/20 nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə ixracatçı Rusiya Federasiyasının OOO “Shell Neft” şirkəti tərəfindən idxalçı hüquqi şəxs “Şəxs" MMC‑nin (VÖEN: **********) ünvanına göndərilən 12456,64 kq çəkidə olan mühərrik yaqlarından ibarət mallar xx.xx.2020-ci il tarixli **********4069 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin gömrük bəyannaməsi 40cı qrafasında idxal edilmiş mallara dair, mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin nömrəsi əks olunmamışdır. Həmçinin qeyd edilən raporta əlavə edilmiş Malların çatdırılması və boşaldılmasına dair məlumatların əks olunduğu Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin “X1 Sistemi”-ndən (VAİS) çıxarılmış sənədə əsasən müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixli **********4069 saylı gömrük bəyannaməsi üzrə idxal edilmiş malların yüklü olduğu 99TF389/99ZE389 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikası gömrük sərhədini xx.xx.2020-ci il tarixində keçmiş və həmin sənəddə malın gömrük yoxlamasından keçmədiyi öz əksini tapmışdır. Bu səbəbdən də sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı müəyyən olunmuşdur. Bununla da Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin təhqiqatçısı X3 protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13000-0697/20 nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə ixracatçı Rusiya Federasiyasının OOO “Shell Neft” şirkəti tərəfindən idxalçı hüquqi şəxs “Şəxs" MMC‑nin (VÖEN: **********) ünvanına göndərilən 12456,64 kq çəkidə olan mühərrik yaqlarından ibarət mallar xx.xx.2020-ci il tarixli **********4069 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin gömrük bəyannaməsi 40-cı qrafasında idxal edilmiş mallara dair, mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin nömrəsi əks olunmamışdır. Baş İdarənin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə “Azərterminalkompleks Birliyindən təhkim olunmuş inspektorHacıyeva Nərmin Fəzli qızıtərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs MMC (VÖEN: **********) ünvanına 99TF389/99ZE389 nömrəli nəqliyyat vasitəsi ilə gələn yük Samur gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur.Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına vaxtında təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur.Belə ki, Şəxs MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına vaxtında təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsi MMC tərəfindən təqdim edilmiş **********4069 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında öz əksini tapmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə ixracatçı Rusiya Federasiyasının OOO “Shell Neft” şirkəti tərəfindən idxalçı hüquqi şəxs “Şəxs" MMC‑nin (VÖEN: **********) ünvanına göndərilən 12456,64 kq çəkidə olan mühərrik yaqlarından ibarət mallar xx.xx.2020-ci il tarixli **********4069 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin həmin gömrük bəyannaməsi 40-cı qrafasında idxal edilmiş mallara dair, mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsinin nömrəsi əks olunmamışdır. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar