Məhkəmə qərarları › İş №3(004)-1872/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1872/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1872/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2in Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 28.07.2021-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 28.07.2021-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 06.06.2021-ci il tarixdə DYP-nin inspektoru tərəfindən avtomobili cərimə meydançasına qoyulub, barəsində heç bir həkim müayinəsi olmadan protokol tərtib edilmişdir. Sonradan o özü həkim müayinəsindən keçib Bakı şəhər DYP-nin qəbul şöbəsinə gəlib həkim sənədini göstərmişdir. Orada ona avtomobili cərimə meydançasından çıxarılması üçün qəbz verilmişdir. Sonradan ona cərimə olunması barədə məlumat gəlmişdir. Həmin qərarı əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Eyni zamada verilmiş suala cavab olaraq bildirmişdir ki, onun tərəfindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə yol polisi əməkdaşı tərəfindən tərtib edilmiş protokolda onun tərəfindən spirtli içki qəbul etməi faktının etiraf edilməsi yalnışlıqla baş vermişdir. Belə ki, o işlərinin olması ilə əlaqədar tələsdiyi üçün bunu yazmaqa məcbur olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhər DYPİ-nin 27.07.2021-ci il tarixli TP ******* saylı qərarından görünür ki, X2 06 iyun 2021-ci il tarixdə saat 05:45-də Yasamal rayonu, Tbilisi prospektində “VAZ 21074” minik markalı, Az 90OH163 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində 06.06.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş “Sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokldan görsənir ki, X2 müvafiq qydada müayinə edilmiş və alkoqolun miqdarı 0,321 faizdir və müayinə edilən şəxs müayinənin nəticəsi ilə razılaşaraq sprtli içki qəbul etməsini etiraf edir. Şikayətə əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 06.06.2021-ci il tarixli (saat 07:40) aktdan görünür ki, müayinə zamanı X2 ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları tədqiq edib, tərəflərin izahatı ilə paralel qiymətləndirərək hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş TP ******* nömrəli 28.07.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bundan əlavə məhkəmə X2 tərəfindən məhkəməyə təqdim edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə akti ilə bağlı qeyd edir ki, həmin aktda X1 ayıq vəziyyətdə olması qeyd edilsə də, müayinə sonuncu xüsusi texniki vasitə ilə müayinə edildikdən (saat 05:45) saatlar sonra (07:40)-da həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-cu maddəsinin qeyd hissəsinin tələblərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2in Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş 28.07.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli protokola əsasən qəbul edilmiş TP ******* saylı 28.07.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar