Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1876/2024 29.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15A, qapı 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin (VÖEN: **********) ünvanına İran İslam Respublikasından “mebel istehsalında istifadə üçün emal edilməmiş və ya cilalanmadan başqa sonrakı emala məruz qalmamış ağacyonqarlı plitələr” yükü 64AB201/64AB202 nömrəli nəqliyyat vasitəsilə Biləsuvar Gömrük İdarəsindən ölkə ərazisinə daxil olmuş və Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********1820 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Qeyd olunan yükə aid gömrük bəyannaməsi və xx.xx.2024-cü il tarixli **********0633 sorğu nömrəli qısa idxal bəyannaməsinin yoxlanılması zamanı idxal olunan yükə dair sistemə əlavə olunmuş müşayiət sənədlərində və gömrük bəyannaməsinin 31-ci qrafasında malın təsviri 2440x1830x18mm ölçülü 35,36 m3 / 440 ədəd göstərildiyi halda, qısa idxal bəyannaməsinin 31-ci qrafasında malın təsviri 2440x1830x16mm sayı isə 35.72 m3 / 500 ədəd göstərilmişdir. Araşdırma zərurəti ilə əlaqədar “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həyata keçirilmiş baxış zamanı müəyyən olundu ki, Şəxs MMC ünvanına xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasından ümumi invoys dəyəri 15972 BƏƏ dirhəmi olan, mənşə ölkəsi İran İslam Respublikası olan və **********1820 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasında və xx.xx.2024-cü il tarixli 1235 nömröli invoysda da göstərilən 2440x1830x18mm ölçülü 35,36 m3 / 440 ədəd “mebel istehsalında istifadə üçün emal edilməmiş və ya cilalanmadan başqa sonrakı emala məruz qalmamış ağacyonqarlı plitələr” yükü 64AB201/64AB202 nömrəli nəqliyyat vasitəsilə Biləsuvar Gömrük idarəsindən ölkə ərazisinə daxi olmuş və Sumqayıt Gömrük İdarəsində bəyan edilmişdir. Lakin, xx.xx.2024-cü il tarixi **********0633 sorğu nömrəli qısa idxal bəyannaməsinin 31-ci qrafasında “mebel istehsalında istifadə üçün emal edilməmiş və ya cilalanmadan başqa sonrakı emala məruz qalmamış ağacyonqarlı plitələr” yükünün ölçüsü 2440x1830x16mm sayı isə 35.72 m3 / 500 ədəd göstərilmişdir. Nəticədə, Şəxs MMC-nin gömrük orqanına təhrif olunmuş məlumatın verdiyi müəyyən edilmişdir. Bununla da o, İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, № 00700-00067/24 (EP 0118595) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1876/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1876/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver