Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1877/2024 29.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, ev 18 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 77JE150/99ZA957 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixli, **********2717 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “kimyəvi tərkibli mallar və mineral gübrələr” yüklərinin daşındığı 77JE150/99ZA957 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 00:37-də Tovuz Gömrük İdarəsi Qırmızı körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməmişdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33- 1800/012/001168 nömrəli raporta əsasən müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 77JE150/99ZA957 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixli, **********2717 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “kimyəvi tərkibli mallar və mineral gübrələr” yüklərinin daşındığı 77JE150/99ZA957 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 00:37-də Tovuz Gömrük İdarəsi Qırmızı körpü gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin yükə dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməmişdən əvvəl elektron qaydada gömrük orqanına təqdim edilməmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, № 00700-00071/24 (EP 0118597) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC -nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1877/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1877/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver