Məhkəmə qərarları › İş №3(004)-1880/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1880/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1880/2021 25.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin (RPİ) X7 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC mülkiyyətində (istifadəsində) olan “Ford Transit” (yük) markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, Cəmiyyətin mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin sürücüləri, o cümlədən barəsində sorğu verilmiş “Ford Transit” (yük) markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatlar hər ilin əvvəlində X1 daxil edilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə məktubla təqdim edilir. Bundan başqa, sözügedən sorğu Cəmiyyətin hüquqi ünvanına çatdırılmamış, eyni zamanda, başlanılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı cəmiyyətin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və tərtib edilmiş protokolun surəti təqdim edilməmiş, iş materiallarında olan xəbərnamədəki “Hasanzade” soyadlı işçi isə Cəmiyyətdə işləmir. Göstərilənlərə əsasən X4 Cəmiyyət barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSCnin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin Şəxs QSCyə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 11.05.2021-ci il tarixdə, saat 13:06-da cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “Ford Transit” (yük) markalı, **-JR- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Əvvəla məhkəmə bildirir ki, qanunvericiliyin müvafiq normasının məzmununa görə qeyd olunan xətanın tərkibinin yaranıb-yaranmamasını müəyyən etmək üçün, ilk növbədə sorğunun ünvan sahibinə çatdırılıb-çatdırılmaması yoxlanılmalıdır. Bu fakt isə işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ehtimallara deyil, mötəbər sübutlara əsaslanmalıdır. Bu xüsusatla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Protokol tərtib etmiş Nərimanov RPİ-nin DYPŞ onlar tərəfindən verilmiş sorğunun Cəmiyyətə çatdırılmasını təsdiq edən sübut olaraq poçt göndərişinin verilməsi haqqında “SS633069033AZ” ştrix kodlu xəbərnaməni məhkəməyə təqdim etmişdir. Xəbərnamənin və sorğunun məzmunundan görünür ki, Şəxs QSC-yə ünvanlanmış sorğu ünvan 2ir. İş materiallarında olan İnternet Vergi idarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş çıxarışdan görünür ki, Şəxs QSCnin hüquqi ünvanı 09.03.2021-ci il tarixdən ünvan 3r. Dolayısı ilə protokol tərtib etmiş orqan tərəfindən göndərilən sorğu Cəmiyyətin olduğu yer hesab edilən hüquqi ünvanına göndərilməmişdir. Lakin xəbərnamədəki qeyddən müəyyən edilir ki, sorğu 16 iyun 2021-ci il tarixdə Nərimanov rayonu, Azadlıq prospekti, ev 116, mənzil 226 ünvanında yerləşən Şəxs QSCnin ofisinə çatdırılmış və “Hasanzade” soyadlı Şəxs QSC-nin əməkdaşı tərəfindən qəbul edilmişdir. Qeyd olunan xüsusatın yoxlanılması məqsədilə məhkəmə tərəfindən "xxxx" MMCyə verilmiş sorğuya cavab olaraq daxil olmuş 18 avqust 2021-ci il tarixli 103-2-22-1-2672 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, həmin sifarişli məktub 27.05.2021-ci il tarixdə 72 saylı PŞ-də qəbul olunaraq xidmət ərazisi üzrə 141 saylı PŞ-yə göndərilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Şəxs QSC hüquqi ünvanını dəyişdiyindən və göndərici tərəfindən yeni ünvanın poçt indeksi səhv göstərildiyindən, sözügedən məktub mövcud qaydaların tələblərinə uyğun bir neçə poçt şöbəsinə (PŞ) göndərilsə də, sonunda alıcının dəqiq ünvanı müəyyənləşərək 16.06.2021-ci il tarixdə müvafiq sənədə imza etdirməklə təyinatı üzrə təqdim olunmuşdur. Beləliklə, məhkəmənin sorğusuna cavabdan müəyyən edilmişdir ki, həqiqətən də Nərimanov DYPŞ-nin müvafiq sorğusu Cəmiyyətin rəsmi hüquqi ünvanına deyil yanlış ünvana göndərilmişdir. Buna görə də sorğu bir neçə poçt şöbələrinə göndərilmişdir. Lakin nəticədə sorğunun konkret olaraq hansı ünvana çatdırılması göstərilməmişdir. Bu isə məhkəmədə kifayət qədər şübhə yaradır. Belə ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair məhkəmənin icraatında olmuş digər iş üzrə də məhkəmə tərəfindən "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq daxil olmuş 26 iyul 2021-ci il tarixli 103-5-22-1-2400 nömrəli məktubdan görünür ki, DYPŞ tərəfindən Şəxs QSC-nin hüquqi ünvanı olan Haqverdiyev 5B ünvanına göndərilmiş “SS698173392AZ” ştrix kodlu sorğu 08.05.2021-ci il tarixdə 122 saylı poçt şöbəsinə (PŞ) təqdim olunmuş, lakin 30 saylı poçt şöbəsindən verilən məlumata əsasən Şəxs QSC-nin faktiki fəaliyyət göstərdiyi ünvanın Babək prospekti 43A olması məlum olmuşdur. Beləliklə, ünvanın düzgün qeyd olunmaması məktubun gecikməsinə səbəb olmuş və sözügedən məktub 10.06.2021-ci il tarixdə müvafiq sənədə imza etdirməklə Şəxs QSC-nin əməkdaşı “Həsənzadə” soyadlı şəxsə təqdim edilmişdir. Qeyd olunan xüsusat məhkəmə tərəfindən yoxlanılarkən Cəmiyyətin nümayəndəsi tərəfindən təqdim edilmiş 24 may tarixli, HF-2021/316 və HF-2021/315 nömrəli məktublar əsasında müəyyən edilmişdir ki, Şəxs QSC rəsmi hüquqi ünvanı Yasamal rayon ərazisində yerləşdiyindən o, faktiki olaraq fəaliyyət göstərdiyi ünvanın Bakı şəhəri, Nizami rayonu, ünvan 7bəsinə və ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin DYPŞ-yə məlumat vermişdir. Bundan başqa Şəxs QSC-nin nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi işçilərin siyahısından müəyyən edilmişdir ki, Cəmiyyətin ümumiyyətlə “Həsənzadə” soyadlı işçisi yoxdur. Beləliklə, məhkəmənin icraatında olan hər iki inzibati işdə olan xəbərnamələr və "xxxx" MMC-yə verilmiş sorğulara daxil olmuş cavab məktubları müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edildi ki, hazırki iş üzrə “SS633069033AZ” ştrix kodlu xəbərnamə ilə ünvan 8 ünvanda qeyri-dəqiqlik olduğundan gecikmə ilə 16 iyun 2021-ci il tarixdə Şəxs QSC-yə qeyri-müəyyən ünvana və şəxsə çatdırılmışdır. Lakin “SS698173392AZ” ştrix kodlu xəbərnamə ilə Yasamal rayonu Haqverdiyev 5B ünvanına göndərilmiş məktub, 10 iyun 2021-ci il tarixdə Şəxs QSC-nin faktiki fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 43A ünvanında “Həsənzadə” soyadlı naməlum şəxsə təqdim edilmişdir. Hansı ki, hazırda Cəmiyyət tərəfindən təqdim edilmiş sənəddən görünür ki, qeyd olunan soyadda ümumiyyətlə Cəmiyyətlə hüquqi bağlılığı olan işçi mövcud deyildir. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən Nərimanov RPİ-nin DYPŞ tərəfindən göndərilən sorğuların ünvana həqiqətən də çatdırılıb-çatdırılmaması, əgər çatdırılmışdırsa hansı ünvana çatdırılması və Cəmiyyətlə hüquqi bağlılığı ola biləcək şəxsə çatdırılmasına dair kifayət qədər şübhə yaradır. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, onun hüquq və vəzifələri izah edilməmiş, protokolda hüquqi şəxsin izahatı qeyd edilməmiş, eləcə də protokolun surətinin hüquqi şəxsə təqdim edilməsinə dair qeyd aparılmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından görünür ki, baxılması üçün məhkəməyə təqdim edilən sənədlər arasında protokolun əsli ilə yanaşı, barəsində icraat aparılan şəxsə təqdim edilməsi nəzərdə tutulmuş surəti də əlavə edilmişdir. Bu isə ona dəlalət edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə ümumiyyətlə tərtib edilmiş protokolun surəti göndərilməmiş, protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Odur ki, göstərilənlərə əsasən məhkəmə iş materiallarında olan ziddiyətləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin xeyrinə həll edərək belə nəticəyə gəlir ki, Nərimanov RPİ-nin DYPŞ-nin sözügedən sorğusu onun olduğu yer hesab edilən hüquqi ünvanına rəsmi qaydada çatdırılmamış, həmin sorğunun Cəmiyyətin faktiki ünvanına çatdırılmasına dair DYPŞ-nin irəli sürdüyü dəlillər ehtimallara əsaslanmaqla sorğunun Cəmiyyətlə nə kimi hüquqi bağlılığı olan şəxsə çatdırılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan ziddiyyətlərə baxmayaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair 26 iyun 2021-ci il tarixli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin tələblərinə görə mövcud şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilərək məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması sübuta yetirilmir. Belə ki, protokol tərtib etmiş orqanın nümayəndəsi isə bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilibdir. Qeyd edilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Həmin Məcəllənin 123.1-ci maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs QSC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Nərimanov RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Nərimanov RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 26 iyun 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar