Məhkəmə qərarları › İş №3(004)-1881/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1881/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1881/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X4 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 497-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 00700-0057/22 nömrəli 05 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN: **********) tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 02.03.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xaricdə emal xüsusi gömrük proseduru altında müvəggəti ixrac edilmiş, dəyəri 21250,00 (iyirmi bir min iki yüz əlli) manat təşkil edən, ümumi çəkisi 6300,00 kg olan 2 (iki) ədəd 8 (səkkiz) hissəyə sökülmüş “Water Jet” nişanlı “Suşırnaqlı kəsici maşınlar” yükü 02.03.2022-ci il tarixədək ölkə ərazisinə geri qaytarılacağı barədə Sumqayit Baş Gömrük İdarəsindən verilmiş 02.03.2021-ci il tarixli icazə sənədləri əsasında təmir olunmaq üçün Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə 99UR246/99ZB577 nömrəli yük nəqliyyat vasitəsi ilə göndərilmişdir. Lakin 02.03.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsində, həmçinin icazə sənədlərində qeyd olunmuş müddətin 02.03.2022-ci il tarixdə bitməsinə baxmayaraq Şəxs ASC tərəfindən təmir məqsədi ilə Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə müvəqqəti ixrac edilmiş “Suşırnaqlı kəsici maşınlar” yükü geri qaytarılmamış və ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. 34/012/001081 nömrəli raportla qeyd olunan yükün xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməklə son qaytarılma müddətinin 02.03.2022-ci il tarixdə bitdiyi qeyd edilmişdir. Fakt üzrə toplanmış materiallara əsasən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən inzibati araşdırma başlanmışdır. Faktla əlaqədar olaraq müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən 02.03.2021-ci il tarixli **********4296 saylı gömrük bəyannaməsi ilə ümumi çəkisi 6300,00 kq olan 2 (iki) ədəd 8 (səkkiz) hissəyə sökülmüş “Water Jet” nişanlı “Suşırnaqlı kəsici maşınlar” yükü xaricdə emal xüsusi gömrük proseduru altında Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş və 1 (bir) il müddətinə geri qaytarmaq öhdəçiliyi götürülmüşdür. Lakin öhdəlikdə qeyd olunmuş müddətin 02.03.2022-ci il tarixdə bitməsinə baxmayaraq qeyd olunan mallar təmirdən sonra geri qaytarılmamış və ya digər gömrük prosdurunda rəsmiləşdirilməmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid X1” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 02.03.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsi, 04.02.2021-ci il tarixli 01 və 02 №-li invoys sənədləri, 01.02.2021- ci il tarixli 01/21 №-li müqavilə, Sumqayit Baş Gömrük İdarəsi tərəfindən verilmiş 02.03.2021ci il tarixli icazə sənədləri, 01.01.2021-ci il tarixli 18/21№-li müqaviləyə ilə “Suşırnaqlı kəsici maşınlar” yükü xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və 02.03.2022-ci il tarixədək geri gaytarması barədə öhdəlik götürməklə təmir olunmaq üçün Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə göndərilmişdir. Nəticədə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs ASC barəsində İXM-in 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X6 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Şəxs ASC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 02.03.2021-ci il tarixli **********4296 saylı gömrük bəyannaməsi əsasında xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, ümumi dəyəri 21250,00 ( iyirmi bir min ikiyüz əlli) manat təşkil edən, ümumi çəkisi 6300,00 kq olan, 2 (iki) ədəd 8 (səkkiz) hissəyə sökülmüş “Water Jet” nişanlı “Suşırnaqlı kəsici maşınlar” yükü təmir məqsədi ilə Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə 99UR246/99ZB577 nömrəli yük nəqliyyat vasitəsi ilə müvəqqəti ixrac edilmişdir. Həmin yükün təmirdən sonra 02.03.2022-ci il tarixədək ölkəmizə qeri qaytarılması nəzərdə tutulmuşdur. Lakin Avstriya Respublikasında yerləşən “STM vaterjet” GmbH təmir məqsədi ilə göndərilmiş “Suşırnaqlı kəsici maşınlar” yükünə dair ehtiyat hissəslərin olmaması səbəbi ilə 1 ildən artıq müddətdir ki, yükün təmiri başa çatmamışdır. Bu obyektiv səbəb həmin müəssisənin 04.04.2022-ci il tarixdə ŞəxsASC-yə göndərdiyi məktubla da təsdiq edilir. Göründüyü kimi Sumqayıt Baş Gömrük İdarəsinin İnzibati xəta haqqında tərtib etdiyi 00700-0057/22 saylı protokolunun hüquqi əsası yoxdur. Sahibkar xaricə təmir üçün göndərdiyi avadanlığın təmiri onun təqsiri oımadan ləngiyrsə,nəticədə də sahibkar cərimə edilirsə, bu məntiqə sığmazdır. Sumqayıt Baş Gömrük İdarəsi heç nəyi, təmirə göndərilmiş malın gecikmə səbəblərini, onun obyektv əlamətlərini nəzərə almadan, inzibati protokol tərtib etmişdir. Daha doğrusu bununla da vəzifəsini bitmiş hesa edərək, nəticədə də vergi ödəyicisi olan sahibkarı çıxılmaz vəziyyətə salmışdır. Şəxs ASC bildirir ki, o, Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xəta ondan asılı olan səbəbdən baş verməmişdir. Bu onu təsdiq edir ki, Şəxs ASC qəsdən və ehtiyatsızlıqdan inzibati xəta törətməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisi Anar Cahangirov tərəfindən verilmiş raportdan görünür ki, "xxxx" ACS (VÖEN **********) tərəfindən 02.03.2021-ci il tarixdə **********4296 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi çəkisi 6300,00 kq olan 2 ədət 8 hissəyə sökülmüş “WATER JET" nişanlı “suşırnaqlı kəsici maşınları” yükü Sumqayıt BGİ-də xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edilərək 99UR246/99ZB577 nömrəli yük nəqliyyat vasitəsi ilə Avstriya Respublikasında qeydiyyatda olan “STM waterjet GmbH” şirkətində təmir olunması üçün müvəqqəti ixrac edilmişdir. "xxxx" ACS tərəfindən “STM waterjet GmbH” şirkətinə **********4296 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında təmir məqsədi ilə göndərilən yükün 02.03.2022-ci il tarixdə öhdəlik müddətinin bitməsinə baxmayaraq yüklər geri qaytarılmamış və bununla da xaricdə emal xüsusi gömrük prosedurunun qaydaları pozulmuşdur. 02.03.2021-ci il tarixli **********4296 nömrəli gömrük bəyannaməsindən görünür ki, malların ümumi invoys dəyəri 12500.00 (on iki min beş yüz) ABŞ dolları olan suşırnaqlı kəsici maşınlar yükü təmir olunması üçün Şəxs ASC tərəfindən Avstriya Respublikasının “STM waterjet GmbH” şirkətində göndərilmiş və geri qaytarılma vaxtı 02.03.2022-ci il kimi qeyd edilmişdir. Sənədlərə baxış keçirilməsi haqqında 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs ASC (VÖEN: **********) tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 02.03.2021ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsi əsasında təmir məqsədi ilə müvəqqəti ixrac edilmiş, ümumi çəkisi 6300,00 kq olan 2 (iki) ədəd 8 (səkkiz) hissəyə sökülmüş “Water Jet” nişanlı “Suşırnaqlı kəsici maşınlar” yükünün hansı gömrük prosedurunda yerləşdirildiyi və hansı müddətə geri qaytarılacağını müəyyən etməkdən ötrü “Gömrük Xidmətinin Vahid X1” (VAİS) informasiya resursunda olan 02.03.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsi, 04.02.2021-ci il tarixli 01 və 02 №-li invoys sənədləri, 01.02.2021-ci il tarixli 01/21 №-li müqavilə, Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən verilmiş 02.03.2021-ci il tarixli icazə sənədləri, 01.01.2021-ci il tarixli 18/21 №-li müqaviləyə baxış hayata keçirtmişdir. Baxış zamanı müəyyən olundu ki, 02.03.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş, ümumi dəyəri 21250,00 (iyirmi bir min iki yüz əlli) manat təşkil edən, ümumi çəkisi 6300,00 kq olan 2 (iki) ədəd 8 (səkkiz) hissəyə sökülmüş “Water Jet” nişanlı “Suşırnaqlı kəsici maşınlar” yükü 02.03.2022-ci il tarixədək ölkə ərazisinə geri qaytarılacağı barədə Sumqayıt Baş Gömrük İdarəsindən verilmiş 02.03.2021-ci il tarixli icazə sənədləri əsasında təmir olunmaq üçün Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə 99UR246/99ZB577 nömrəli yük nəqliyyat vasitəsi ilə göndərilmişdir. Lakin 02.03.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsində, həmçinin icazə sənədlərində qeyd olunmuş müddətin 02.03.2022-ci il tarixdə bitməsinə baxmayaraq Şəxs ASC tərəfindən təmir məqsədi ilə Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə müvəqqəti ixrac edilmiş “Suşırnaqlı kəsici maşınlar” yükü geri qaytarılmamış və ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN: **********) tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 02.03.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsi əsasında xaricdə emal xüsusi gömrük proseduru altında müvəggəti ixrac edilmiş, dəyəri 21250,00 (iyirmi bir min iki yüz əlli) manat təşkil edən, ümumi çəkisi 6300,00 kg olan 2 (iki) ədəd 8 (səkkiz) hissəyə sökülmüş “Water Jet” nişanlı “Suşırnaqlı kəsici maşınlar” yükü 02.03.2022-ci il tarixədək ölkə ərazisinə geri qaytarılacağı barədə Sumqayit Baş Gömrük İdarəsindən verilmiş 02.03.2021-ci il tarixli icazə sənədləri əsasında təmir olunmaq üçün Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə 99UR246/99ZB577 nömrəli yük nəqliyyat vasitəsi ilə göndərilmişdir. Lakin 02.03.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsində, həmçinin icazə sənədlərində qeyd olunmuş müddətin 02.03.2022-ci il tarixdə bitməsinə baxmayaraq Şəxs ASC tərəfindən təmir məqsədi ilə Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə müvəqqəti ixrac edilmiş “Suşırnaqlı kəsici maşınlar” yükü geri qaytarılmamış və ya digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. 34/012/001081 nömrəli raportla qeyd olunan yükün xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməklə son qaytarılma müddətinin 02.03.2022-ci il tarixdə bitdiyi qeyd edilmişdir. Fakt üzrə toplanmış materiallara əsasən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən inzibati araşdırma başlanmışdır. Faktla əlaqədar olaraq müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən 02.03.2021-ci il tarixli **********4296 saylı gömrük bəyannaməsi ilə ümumi çəkisi 6300,00 kq olan 2 (iki) ədəd 8 (səkkiz) hissəyə sökülmüş “Water Jet” nişanlı “Suşırnaqlı kəsici maşınlar” yükü xaricdə emal xüsusi gömrük proseduru altında Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş və 1 (bir) il müddətinə geri qaytarmaq öhdəçiliyi götürülmüşdür. Lakin öhdəlikdə qeyd olunmuş müddətin 02.03.2022-ci il tarixdə bitməsinə baxmayaraq qeyd olunan mallar təmirdən sonra geri qaytarılmamış və ya digər gömrük prosdurunda rəsmiləşdirilməmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid X1” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 02.03.2021-ci il tarixli **********4296 sorğu nömrəli gömrük bəyannaməsi, 04.02.2021-ci il tarixli 01 və 02 №-li invoys sənədləri, 01.02.2021- ci il tarixli 01/21 №-li müqavilə, Sumqayit Baş Gömrük İdarəsi tərəfindən verilmiş 02.03.2021-ci il tarixli icazə sənədləri, 01.01.2021-ci il tarixli 18/21№-li müqaviləyə ilə “Suşırnaqlı kəsici maşınlar” yükü xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və 02.03.2022-ci il tarixədək geri gaytarması barədə öhdəlik götürməklə təmir olunmaq üçün Avstriya Respublikasında yerləşən “STM waterjet” GmbH şirkətinə göndərilmişdir. Nəticədə, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bununla da Şəxs ASC barəsində İXM-in 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 497-ci maddəsinə əsasən Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ASC İXM-in 497-ci maddələri ilə təqsirli bilinərək ona inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 12500.00 (on iki min beş yüz) ABŞ dolları məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 3750.00 (üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar