Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1885/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, ev 12 olan, VÖEN ********** olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul olunmuşdur ondan ötəri ki, hüquqi şəxs Şəxs MMC (VÖEN - **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X4 həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010cu il tarixli, 25 nömrəli Əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 302 nömrəli Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, 2 fərqli nəqliyyat vasitəsində hər birində ayrı-ayrılıqda çəkisi 23760 kq olmaqla ümumilikdə 47520 kq çəkisi olan dondurulmuş hindi MDM və 1 nəqliyyat vasitəsində çəkisi 1230.47 kq olan hind quşu dərisini xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına Qırmızı Körpü Gömrük postundan keçirilməklə Bakı Baş Gömrük İdarəsinə gətizdirmiş, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021 tarixlərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin məhsullardan sınaq üçün nümunələr götürülmüş, həmin gündən sonra müxtəlif vaxtlarda həmin məhsulları sertifikatlaşdırılmadan satmış, bununla da, Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozma inzibati xətasını törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4 bildirdi ki, sentifikatlaşmamış 1230.47 kq olan hind quşu dərisi xx.xx.2022-ci il tarixdə utilizasiya, yəni məhv edilmiş. Bu barədə AR X7 Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən də həmin tarixdə AKT tərtib edilmişdir. Yerdə qalan 47520 kq çəkisi olan dondurulmuş hindi MDM isə heyvandarlıqda istifadə edilməsi üçün xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə fərdi sahibkar X3 təhfil verilmişdir. Həmin məhsulların heyvandarlıqda istifadəsinə yol verilir. Bu səbəbdən də heç bir pozuntu törətmədikləri üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon prokurorunun köməkçisi X1 bildirdi ki, Şəxs MMC tərəfindən ölkəyə idxal edilmiş 1230.47 kq olan hind quşu dərisində və 47520 kq çəkisi olan dondurulmuş hindi MDM-də salmonella törədicisi aşkar olunduğu üçün sertifikat verilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin həmin məhsullar sertifikatlaşmadan satıldığı üçün İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bu səbəbdən də inzibati tənbeh qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, iş materiallarında olan 10 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, aşağıda imza edənlər, Şəxs MMC olaraq ********** (istehsal tarixi xx.xx.2021, son istehsal tarixi xx.xx.2022) və ********** (istehsal tarixi xx.xx.2021, son istehsal tarixi xx.xx.2022) məhsulları, “F/Ş X6”na heyvandarlıqda istifadə olunması məqsədilə ümimi çəkisi 46800 kq hind quşu farşı müxtəlif tarixlərdə, yəni xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə fiziki şəxs X3 təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin 15 mart 2022-ci il tarixli aktına əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə xx.xx.2021-ci il tarixli, İ 96/21 nömrəli qərarına uyğun olaraq ümumi çəkisi 1230,047 kq olan hind toyuğu dərisi məhsul "xxxx" MMC-də basdırılma üsulu ilə zərərsizləşdirilmişdir, məhv və ya utilizasiya edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 17/1892 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş “dondurulmuş hindi MDM/Hind quşu farsı”-df patogenlər, o cömlədən salmonella aşkar edildikdən sonra həmin məhsulun heyvandarlıqda heyvan yemi kimi istifadəsinə yol verilib-verilməməsi barədə məlumatın əldə olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 3(004)-1885/2022 nömrəli məktubuna Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (Agentlik) aidiyyəti üzrə baxılmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, məhsulun (Hind quşu farsı daxil olmaqla) təhlükəsizlik göstəricilərində salmonella törədicisi aşkar edildikdə həmin məhsulun heyvandarlıqda heyvan yemi kimi istifadəsinə yol verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin 24/1-1414 saylı, 01 iyun 2022-ci il tarixli məktubuna əsasən Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş, “dondurulmuş hindi MDM” partiyasının sertifikatlaşdırılması məqsədilə götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış ekspertizaları göstərmişdir ki, təqdim edilmiş nümunələr yoxlanılan təhlükəsizlik göstəricilərindən patogen mikroorqanizm olan salmonella aşkar edilməsinə görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının xx.xx.2020-ci il tarixli 19 saylı qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”-nın tələblərinə cavab vermir. Məlumat üçün bildirilmişdir ki, Avropa İttifaqının “salmonella və digər müəyyən edilmiş qida mənşəli zoonotik infeksiyalara nəzarət edilməsi” ilə bağlı (EC) 2160/2003 nömrəli qanunvericilik aktının çiy ətə dair xüsusi tələblər bəndinə əsasən, çiy quş əti məhsulları sənayedə salmonellanı məhv edə biləcək termiki və ya başqa emala məruz qalacağı təqdirdə mikrobioloji göstəricilərin tələbləri nəzərə alınmır. Sözügedən məhsulun sümüksüz quş əti məhsulları olduğunu və quş əti məhsullarının emal prosesində 60°C-dən yüksək temperatura məruz qaldığı halda salmonellanın məhv olduğuna dair elmi məlumatları nəzərə alaraq, dondurulmuş hindi MDM və hind quşu farşı məhsullarının yalnız müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında termiki emal prossesindən keçirildikdən sonra heyvandarlıqda (heyvan yemi kimi) istifadəsi uyğun hesab edilir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, bu qəbildən olan işlərə baxılarkən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə və şəxs inzibati tənbeh edilə bilirsə, onda şəxsin inzibati xəta törədib-törətməməsi araşdırılmalıdır. Lakin aşağıdakılara görə məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir, ona görə də əlavə araşdırma aparmadan, iş üzrə icraata xitam verilməlidir. Belə ki, 1230,047 kq olan hind toyuğu dərisi məhv edildiyi üçün həmin, məhsula münasibətdə ümumiyyətlə inzibati xəta hadisəsi mövcud deyildir. Həmçinin 46800 kq hind quşu farşına münasibətdə isə, həmin məhsullun heyvandarlıqda istifadə edilməsinə icazı verilib-verilməməsini araşdırmazdan əvvəl, inzibati məsuliyyətə cəlb etmə müddəti araşdırılmalıdır. İş üzrə müəyyən edilir ki, həmin 46800 kq hind quşu farşının sonuncu hissəsi xx.xx.2021-ci il tarixdə təhfil verilmişdir. Belə olduğu təqdirdə hətta həmin məhsulun heyvandarlıqda istifadə edilməsi üçün təhfvil verilməsi əməlində inzibati xəta təərkibi olsada, artıq xx.xx.2021-ci il tarixdən 1 ildən artıq vaxt keçmişdir. Belə olduğu təqdirdə İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Belə olduğu təqdirdə hazırkı inzibati xəta artıq xx.xx.2021-ci il tarixdə törədilsə də belə, həmin tarixdən artıq 1 ildən sox vaxt keçmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1885/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1885/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver