Məhkəmə qərarları › İş №3(004)-1888/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1888/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1888/2020 12.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 AR Daxili İşlər Nazirliyi DYP-nin Vİ Tağım tərəfindən tərtib olunmuş protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, m ü ə y y ə n e t d i m: X2 AR Daxili İşlər Nazirliyi DYP-nin Vİ Tağım tərəfindən tərtib olunmuş protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, şikayətçinin xahişi şikayətdə konkret olaraq qeyd edilməmişdir. Bundan əlavə, şikayətin məzmunundan və şikayətə əlavə edilmiş AR Daxili İşlər Nazirliyi DYP-nin Vİ Tağım tərəfindən tərtib olunmuş protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərardan görünür ki, şikayətçi barəsində xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmiş və həmin tarixdə də o, qərardan xəbərdar olmuşdur. X2 şikayəti isə xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 AR Daxili İşlər Nazirliyi DYP-nin Vİ Tağım tərəfindən tərtib olunmuş protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 AR Daxili İşlər Nazirliyi DYP-nin Vİ Tağım tərəfindən tərtib olunmuş protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayət geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar