Məhkəmə qərarları › İş №3(004)-1889/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1889/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1889/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, zərərçəkmiş şəxs - X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 05 avqust 2021-ci il tarixli, İPX seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 02 iyun 2021-ci il tarixdə saat 14:00da “KİA FORTE” (minik) markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində (həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar (nəqliyyat vasitəsinin sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması il bağlı) nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma) nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, 02 iyun 2021-ci il tarixdə saat təxminən 14 radələrində o, özünə məxsus “KİA FORTE” (minik) markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Yasamal rayonu, A.A.ünvan 1 ünvanı ilə C.Cabbarlı küçəsi istiqamətinə hərəkət edərkən qarşısında hərəkət edən avtomobillər surəti azaldaraq dayanmışlar və hərəkətdə olduğu zolaq ilə hərəkətini davam etdirdikdə anidən yolun sol tərəfndən 1 nəfər qadın, adını sonradan öyrənib bildiyi Hədiyə Talıbova qəflətən onun idarə etdiyi avtomaşının qarşısına çıxmış, bu zaman o, qəzanın qarşısnı almaq üçün avtomobili sağa doğru istiqamətləndirmişdir. Lakin buna baxmayaraq piyada onun avtomobilinin sol yan güzgüsünə dəyərək yerə yıxılmışdır. Bu zaman o, avtomobildən düşüb piyadaya yaxınlaşaraq hər-hansı bir xəsarətin olub-olmaması barədə maraqlanmış və ona köməklik göstərmişdir. Qeyd edilən halları nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 ərizə təqdim edərək bildirdi ki, təhqiqat araşdırması zamanı özü ekspertiza keçirilməsindən imtina etmişdir, lakin halhazırda aldığı xəsarətlə bağlı zərər çəkməkdə davam edir. Bundan başqa sürücü hadisədən sonra onun səhhəti ilə maraqlanmadığı üçün ondan şikayətçidir və hazırda hesab edir ki, ona yüngül deyil daha ağır xəsarət yetirilmişdir. Buna görə də sağlamlığına dəymiş zərərin dərəcəsinin müəyyən edilməsi üçün, barəsində məhkəmə tibb ekspertizasının keçirilməsini və tərtib edilmiş protokolun yenidən araşdırma aparılması üçün Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları, eləcə də Yasamal RPİ-nin TŞ-də baş vermiş yol nəqliyyat hadisəsinə dair verilmiş məlumat əsasında toplanmış 479/2021 nömrəli rədd materialını araşdıraraq hesab edir ki, E.Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, inzibati xəta nəticəsində zərər çəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Lakin, inzibati xəta haqqında protokoldan törədilmiş inzibati xəta nəticəsində zərərçəkmiş şəxsin aldığı bədən xəsarətinin dərəcəsini aydınlaşdırmaq mümkün olmamışdır. Belə ki, ilik təhqiqat zamanı ümumiyyətlə məhkəmətibb ekspertizası keçirilməmişdir. Halbuki, şəxsin sağlamlığına vurulmuş zərərin müəyyən edilməsi üçün yeganə sübut tibb sahəsində müvafiq ekspert rəyidir. Hazırki halda isə bu rəyin alınması təmin edilməmişdir. Zərərçəkmiş şəxs isə məhkəmə iclasında aldığı xəsarətin dərəcəsinin yüngül olmadığı və hal-hazırda aldığı xəsarətinin təsirinin davam etdiyini, buna görə də Şəxs Elçin oğlundan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 vəsiqəsi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin maddəyə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Yuxarıda göstərilənlərə əsasən məhkəmə, Şəxs Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Elnur Hacıyevin 23 iyun 2021-cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”ına əsasən həmin idarənin DYPŞ-si tərəfindən tərtib edilməsini və qeyd edilən qərarın işin hallarını tam əhatə etmədiyini, toplanmış materialın natamam olmasını, zərərçəkmiş şəxsin E.Şəxs şikayətçi olmasını, eyni zamanda protokolun düzgün tərtib edilməməsini mövcud natamamlıqların isə işə məhkəmə iclasında baxılarkən aradan qaldırılmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, 05 avqust 2021-ci il tarixli, İPX seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109, 110 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib olunmuş 05 avqust 2021-ci il tarixli, İPX seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar