Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-189/2023 06.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlu, X1 Bakı şəhəri Yasamal Rayon İdarəsinin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı ilə bağlı şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon İdarəsinin DYPŞ-nin inspektoru onun barəsində əsassız protokol tərtib etmişdir. Ona görə də həmin protokolun ləğv edilməsini və Bakı şəhəri Yasamal Rayon İdarəsinin DYPŞ-nin inspektorunun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə qaytarılmalıdır. Belə ki, X4 ərizəsində nədən şikayət verməsini konkret olaraq göstərməmişdir. Ərizənin xahiş etdi hissəsində protokolun ləğv edilməsini və Bakı şəhəri Yasamal Rayon İdarəsinin DYPŞ-nin inspektorunun məsuliyyətə cəlb edilməsini məhkəmədən göstərmişdir. Belə olan halda X3 şikayətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin DYPŞ-dən və ya həmin idarənin inspektorunun hərəkətlərindən (hərəkətsizliyindən), yoxsa inzibati xəta haqqında protokoldan və ya qərardan olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər X4 inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək istəmişdirsə, həmin işin məhkəmə aidiyyəti İnzibati Məhkəmələrin səlahiyyətindədir. İnzibati xəta haqqında iş üzrə protokoldan şikayət vermək istəmişdirsə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamışdır. Şikayət inzibati xəta haqqında iş üzrə qərardan verilə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə qaytarılmalı və həmçinin yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırdıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək hüququnun olması ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Bakı şəhəri Yasamal Rayon İdarəsinin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı ilə bağlı şikayəti geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilsin. Hakim: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-189/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-189/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver