Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1890/2024 30.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X11 X1 nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 16 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 yanvar 2024-cü il tarixli MN ******* nömrəli qərarı "xxxx" MMCnin direktoru olaraq o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın qəbul edilməsinə əsas X7 X16 Xidmətinin Bakı şəhər İdarəsinə yazdığı ərizə olmuşdur. Ərizədə göstərilmişdir ki, o, xx.xx.2016-cı ildən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də əmək müqaviləsi ilə işləmişdir. Bundan sonra həmin vəzifədə işləsə də onunla xidməti müqavilə bağlanmışdır. Onun rəsmi müqaviləsi sistemə daxil edilməmiş, müqaviləsiz işləmişdir. xx.xx.2023-cü il tarixdə ona kağız üzərində xidməti müqavilə təqdim edilmiş, lakin həmin müqavilədə direktorun əvəzindən həmin müəssisədə dispeçer vəzifəsini icra edən Firuzə Qədəşova imza etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsi tərəfindən X7 ərizəsi əsasında işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdir. İnzibati orqanın həmin qərarından görünür ki, direktor olaraq hüquqi şəxs "xxxx" MMC ilə X12 arasında yaranan əmək müqaviləsini xidməti müqavilə kimi rəsmiləşdirmişdir. Yəni tərəflər arasındakı münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğunun aşkar edilməsi nəticədə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələblərini pozulmuşdur. "xxxx" MMC hüquqi şəxs kimi xx.xx.2018-ci il tarixində (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçmiş və əsas fəaliyyət istiqaməti “Hüquqi sənədlərin hazırlanması; ümumi məsələlər üzrə tövsiyələrin və məsləhətlərin verilməsi” (6910004 xodu ilə), digər fəaliyyət istiqaməti isə “Sürətli poçt xidməti” (5310201 xodu ilə) kimi qeydə alınmışdır. "xxxx" MMC hüquqi şəxs kimi fəaliyyətə başlayarkən müdiriyyət tərəfindən bir neçə şəxslə, o cümlədən X12 ilə əmək müqaviləsi (kuryer vəzifəsi) bağlanmışdır. Lakin sonradan iş həcminin olmamasından işçilərlə bağlanmış əmək müqavilələrinin bir qisminə, o cümlədən X12 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təçəbbüsü ilə) xitam verilmişdir. Bir müddət sonra Nailə Qaragözova bir neçə ticarət mağazalarında kuryer xidməti göstərdiyini və əlavə vaxtı olduğundan yenidən onlarla kuryer kimi işləməsini xahiş etmişdir. Müəssisənin iş həcminin və gəlirlərinin az olması nəzərə alınaraq bir ayda 2-3 dəfə kuryer xidmətinə ehtiyac olduğundan X12 ilə qarşılıqlı razılıq əsasında 03 iyul 2023-cü il tarixində xidməti müqavilə bağlanmışdır. Xidməti müqavilə bağlayarkən Mülki qanunvericiliyin tələblərinə əməl edilmiş, Nailə Qaragözova müqavilənin şərtləri ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. Hüquqi şəxsin direktoru kimi müqavilə ilə nəzərdə tutulmuş öhdəliyi vaxtında yerinə yetirərək hər ay ödəmə mənbəyindən müvafiq vergini ödəmişdir. Nailə Qaragözovanın əsassız olaraq Əmək Müfəttişliyinə şikayət etməsinin səbəbi iş yerində əmək müqaviləsi ilə işləyən Qǝdeşova Firuzə Zahid qızına qarşı etdiyin qanunazidd nǝlayiq hərəkətlərinə görə onun barəsində Polis İdarəsində araşdırmanın aparılması və müdiriyyətin onun bu hərəkətlərinə görə bağlanmış xidməti müqaviləyə xitam verməsi olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 nümayəndəsi və vəkili Vəkil oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 yanvar 2024cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X17 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 28 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə protokoluna əsasən X12 ilə "xxxx" MMC-nin rəhbərliyi arasında yaranan əmək münasibətləri xidməti müqavilə ilə rəsmiləşdirilmiş nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4-cü hissəsinin tələbləri pozulmuşdur. Tərəflər arasındakı münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğu aşkar edilmişdir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı Şəhər İdarəsinin 16 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X12 ilə "xxxx" MMC-nin rəhbərliyi arasında yaranan əmək münasibətləri xidməti müqavilə ilə rəsmiləşdirilmiş nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4-cü hissəsinin tələbləri pozulmuşdur. Tərəflər arasındakı münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğu aşkar edilmişdir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 3(004)- 252/2024 nömrəli qərarına əsasən hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibti tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2024-cü il tarixli 3(103)-535/2024 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-252/2024 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 3(004)- 252/2024 nömrəli qərarına əsasən İş materiallarında olan "xxxx" MMC-nin rəhbəri X13 ilə X12 arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” 3 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, icraçı qismində X4 qismində "xxxx" MMC-nin müəyyən etdiyi qaydada kuryer xidmətlərini göstərməyi öhdəsinə götürmüsdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin fəaliyyət sahələri Hüquqi sənədlərin hazırlanması: ümumi məsələlər üzrə tövsiyyələrin və məsləhətlərin verilməsi (6910004) və Sürətli Poçt Xidmətləridir (5310201). İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin direktoru X8 tərəfindən tərtib olunmuş “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, "xxxx" MMC-də “kuryer” vəzifəsində işləyən X12 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş “0” məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X14 ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 16 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X8in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 16 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1890/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1890/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver