Məhkəmə qərarları › İş №3(004)-1892/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1892/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1892/2021 17.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 14.07.2021-ci il tarixli, TP ******* saylı və 14.07.2021-ci il tarixli, TP ******* saylı qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X2 RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 14.07.2021-ci il tarixli, TP ******* saylı və 14.07.2021-ci il tarixli, TP ******* saylı qərarlarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, heç bir inzibatı xəta törətməmişdir. İXP ******* nömrəli 14.07.2021-ci il tarixli inzibati xəta haqqında protokol və İXP ******* nömrəli, 14.07.2021-ci il tarixli inzibati xəta haqqında protokol ona rəsmi qaydada təqdim edilməmişdir. DİN Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin (Yasamal DYPİ) iddia edir ki, o, inzibati xətanı 17.06.2021-ci il tarixdə törətmişdir. Əgər bu belədirsə və həqiqətdirsə hansı səbəbdən inzibati xəta haqqında protokol 14.07.2021-ci il tanxdə tərtib edilmişdir? Guya 17.06 2021-ci il tarixdə törətdiyi inzibati xəta əsasında tərtib edilmiş protokol ona məxsus elektron kabinetə 14.07.2021-ci il tarixdə yerləşdirilmişdir. Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibatı xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Barəsində 14.07.2021 -cl il tarixdə inzibati xəta haqqında protokol tərtib edilibsə törədilmiş inzibati xətanı özündə əks etdirən video görüntü olmalı idi. Belə bir video görüntü mövcud deyildir. Göstərilənlərə əsasən İXP ******* nömrəli, 14.07.2021-ci il tarixli inzibati xəta haqqında protokol və İXP ******* nömrəli, 14.07.2021-ci il tarixli inzıbati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarları ləğv edərək, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam veriləməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 ərizədə qeyd etdiklərini bir daha təsdiq edərək, Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin 14.07.2021-ci il tarixli, TP ******* saylı və 14.07.2021-ci il tarixli, TP ******* saylı qərarların ləğv edilməsini xahiş etmişdir. Belə ki, onun tərəfindən törədilən inzibatı xəta ilə bağlı tərtib edilən protokollar və qəbul edilmiş qərarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmaqla həyata keçirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14.07.2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 17.06.2021-ci il tarixdə, saat 08:07-də Yasamal rayonu, Akim Abbasov küçəsi ərazisində “Audi A 6” minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmasına görə barəsində 14.07.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 14.07.2021-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 14.07.2021-ci il tarixdə, saat 15:15-də Yasamal rayonu, A.Abbasov küçəsi ilə M.Seyidov kəsişməsi ərazisində “Audi A 6” minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmasına görə barəsində 14.07.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 17.06.2021-ci il tarixdə, saat 08:07-də Yasamal rayonu, Akim Abbasov küçəsi ərazisində “Audi A 6” minik markalı **- OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında 17.06.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş və iyirmi səkkiz gün sonra yəni 14.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh erilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Yuxarıda qeyd edilən hüquq normasının tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X4 həmin iş üzrə inzibati məsuliyyətə cəlb oluna bilməz və onun barəsində qəbul edilmiş Yasamal RPİ-nin DYPŞ-nın 14.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh erilməsi haqqında qərar ləğv edilməklə İXM-nin 53.1.11-ci maddənin tələblərinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə iş materiallarına əsasən müəyyən edilmişdir ki, X4 14.07.2021-ci il tarixdə, saat 15:15-də Yasamal rayonu, A.Abbasov küçəsi ilə M.Seyidov kəsişməsi ərazisində “Audi A 6” minik markalı **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında Yasamal RPİ-nin DYPŞ tərəfindən 14.07.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş və 14.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh erilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında qərar və ona əlavə edilmiş snədlər, həmçinin E.Cəbrayılovun məhkəmədə verdiyi izahatı nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində Yasamal RPİ-nin DYPŞ-nin 14.07.2021-ci il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslıdır və ona görə də həmin qərardan verilmiş şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin DYPŞ-nin 14.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh erilməsi haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 oğlunun Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş 14.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar