Məhkəmə qərarları › İş №3(004)-1895/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1895/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1895/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri 2024-cü ilin (rüblük) 12istehsal (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı 1-ci rüb üzrə aprel ayının 5-ci iş günü təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin aparıcı məsləhətçisi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan X1 görünür ki, Şəxs 2024-cü ilin 1-ci rüb üzrə aprel ayının 5-ci iş gününədək heç bir hesabat təqdim etməmişdir. Azərbaycan Respublikasının “Rəsmi statistika haqqında” Qanununun 11-ci maddəsinə əsasən rəsmi statistik məlumatlar başdan-başa və yaxud seçmə müşahidələr yolu ilə toplanır. Bu müşahidələr müntəzəm və dövri statistik hesabatlardan, birdəfəlik uçotaalmalardan, müxtəlif siyahıyaalmalardan, sorğulardan, müayinələrdən ibarətdir. Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Həmin Qanunun 26-27-ci maddələrinə əsasən statistika haqqında qanunvericiliyin pozulması qanunvericiliyə uyğun intizam, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 dekabr 2013-cü il tarixli 140/14 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3” formasına əsasən Hesabat əsas fəaliyyəti ______ olan sənaye müəssisələri - hüquqi şəxslər, onların filial və nümayəndəlikləri tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir: - iri, orta və kiçik sahibkarlıq subyektləri olan hüquqi şəxslər aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13.00-dək; - mikro sahibkarlıq subyektləri olan hüquqi şəxslər rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 5-ci iş günü saat 13.00dək. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12 may 2014-ci il tarixli 19/14 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (tikinti) №-li illik X3 formasının doldurulmasına dair Göstərişin ümumi müddəalarına:

1. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış göstəriş “Malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (tikinti) №-li illik X3 formasının (bundan sonra - hesabat) doldurulmasında bütün müəssisələr, müəssisənin olduğu yerdən kənarda yerləşən yerli ərazi bölmələri (filial və nümayəndəlikləri) tərəfindən əsas götürülür.

2. Müəssisələr tərəfindən statistika orqanlarına təqdim edilən X3 formalarının məlumatları yalnız yekun statistik informasiya əldə edilməsinə xidmət edir, onlardan vergiyə cəlb etmə və s. inzibati məqsədlər üçün istifadə edilə bilməz və onlar üçüncü tərəfə verilə bilməz.

3. Hesabata ümumilikdə hüquqi şəxs üzrə məlumatlar, yəni onun bütün filial və nümayəndəliklərinin fəaliyyətini əhatə edən məlumatlar daxil edilir. Əgər hüquqi şəxsin yerli vahidləri (filiallar və nümayəndəliklər) hesabatı özü müstəqil şəkildə yerli statistika orqanına təqdim edə bilmirsə, o halda hüquqi şəxs yekun məlumatlarla yanaşı, əlavə olaraq hər bir yerli vahidinə (filial və nümayəndəlik) dair statistik məlumatları da təqdim etməlidir. Hüquqi şəxslər göstərilən rəsmi statistika hesabatlarını onların dövlət qeydiyyatından keçdiyi yerdən (ərazidən) asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə faktiki məşğul olduqları ərazidə müvafiq rayon (şəhər) statistika orqanına və ya elektron hesabatı (məlumatı) Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi vasitəsilə (www.stat.gov.az) real-vaxt rejimində təqdim edirlər.

4. Hüquqi şəxslərin daxil olduğu birliklər (holdinqlər və s.) göstərilən hesabatlarda yalnız birliyin balansında nəzərə alınan fəaliyyət üzrə məlumatları əks etdirir və bu birliyin üzvü olan hüquqi şəxslər haqqında məlumatları buraya daxil etmirlər. Törəmə və asılı təsərrüfat subyektləri hesabat üzrə məlumatları ümumi qaydada təqdim edirlər. Törəmə və ya asılı təsərrüfat subyektlərinə malik olan əsas təsərrüfat ortaqlığı (cəmiyyəti) təqdim etdiyi hesabatın məlumatlarına öz törəmə və asılı subyektlərinin məlumatlarını daxil etmir.

5. Mal (əmtəə) istehsalı məhsulun pay bölgüsü haqqında sazişlər (müqavilələr) çərçivəsində həyata keçirildikdə 1-istehsal (tikinti) №-li hesabat bu məhsulu faktiki istehsal (hasil) edən hüquqi şəxs tərəfindən təqdim edilir.

6. Hesabat statistika orqanlarının ünvanlarına təqdim edildikdən sonra hesabat məlumatlarında səhvlər aşkar edilərsə, bunların aradan qaldırılması mütləq təmin edilməlidir və bunun üçün aşağıdakı qaydalar müəyyən edilmişdir: - mülkiyyət növündən asılı olmayaraq hesabat üzrə məlumatlarda səhvə yol verildiyi aşkara çıxarılmış müəssisə və təşkilatlar həmin hesabatda və müvafiq olaraq digər hesabatların bütün uyğun göstəricilərində düzəliş etməli və 3 gündən gec olmayaraq məlumatların dəyişdirilməsinin səbəbləri haqqında müvafiq qeydlərlə birgə statistika orqanına və hesabat verilmiş digər ünvanlara düzəliş edilmiş hesabatları təqdim etməlidirlər; - hesabatlarda düzəliş səhvə yol verilmiş il üçün edilməlidir; - ötən illərin hər hansı dövrünün hesabat məlumatlarında səhvə yol verildiyi aşkara çıxarılarsa, düzəlişlər, faktların aşkara çıxarıldığı vaxtdan asılı olmayaraq həmin səhvin müəyyən edildiyi dövrün hesabatında edilir; - əgər hesabat məlumatlarında düzəlişlərin edilməsi mühasibat uçotunda mühasibat məlumatlarının dəyişdirilməsi zərurətini doğurursa, mühasibat uçotu sənədlərində düzəlişlər aparıldıqdan sonra X3 məlumatlarında müvafiq qeydlər edilməlidir; - statistik hesabatın tərtibində göstərişlərin pozulması və ya hesablama səhvi nəticəsində hesabat məlumatlarının təhrif edilməsi rəsmi statistik hesabat məlumatlarının düzgün göstərilməməsi sayılır; - hesabatda düzəliş edilməsinin bu qaydaları, hesabatdakı bütün göstəricilər üzrə məlumatlara şamil edilməlidir.

7. Dəyər və natura ifadəsində bütün məlumatlar müəyyənləşdirilmiş müddət (il) ərzində ilkin və mühasibat uçotunun məlumatları əsasında göstərilir. Əgər hesabatı təqdim edənin mühasibatlığı yoxdursa, bu halda məlumatlar ilkin uçot sənədləri əsasında təqdim edilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 12 may 2014-ci il tarixli 19/14 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (tikinti) №-li illik “X3” formasına əsasən Tikinti müəssisələri (hüquqi şəxslər) və ya onların filial və nümayəndəlikləri hesabatı mart ayının 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilməlidir. İş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 2024-cü ilin (rüblük) 12 istehsal (sənaye) (Malların istehsalı, təqdim edilməsi, obyektlərin tikintisi və xidmətlərin göstərilməsi haqqında) hesabatı 1-cü rüb üzrə aprel ayının 5-ci iş günü təqdim etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 389-cu maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 389-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar