Məhkəmə qərarları › İş №3(004)-1896/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1896/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1896/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X11 TP ******* saylı xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X11 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən İXP ******* saylı protokol üzrə Bakı şəhəri BPİ Bakı şəhər DYPİ-nin Polis X1 Natiq oğlu tərəfindən TP ******* saylı, xx.xx.2020-ci il tarixliqərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ona məxsus olan “Opel Astra” avtomobili, **-TN-*** dövlət qeydiyyat nişanı ilə taksi fəaliyyətilə məşğul olura. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq xidmət apardığı taksi şirkəti “xxxxxxxx MMC” (*9111) tərəfindən ona icazə.gov.az portalından xx.xx.2020-ci il tarixindən taksi xidməti aparmağına görə icazə alınıb. xx.xx.2020-ci il tarixində qeyd etdiyi avtomobildə hərəkətdə olarkən K.Rəhimov küçəsində reyd zamanı Bakı şəhəri DYPİ Yol patrul xidməti inspektoru serjant X7 onu saxlayaraq, xüsusi karantin qaydasını pozduğunu yoxlamaq üçün icazəsinin olub olmadığını təyin etmək üçün sənədlərini tələb etdi. İnspektor DYPX-nin avtomobilindəki cihazdan istifadə etməyə çalışdı, sistemin yeni qurulması ilə əlaqədar olaraq texniki problemə görə icazəni tapa bilmədi. Həmin an ona bildirdi ki, o, taksi fəaliyyətilə məşğul olur və ona xx.xx.2020-ci il tarixində yenilədiyi BNAnın təqdim etdiyi Fərqlənmə nişanını (DRV 064245) təqdim etdi və əlavə olaraq portaldan olan icazəsininsurətini telefondan şəkilini göstərdi. O, bildirdi ki, bu qanunsuzdur və aidiyatı üzrə şikayət edəcək. Buna baxmayaraq həmin polis 211-ci maddə ilə barəsində İXP ******* saylı protokol tərtib etdi. O, həmin polisə bildirdi ki, o, protokoldan şikayət verib məsələnin araşdırılmasını tələb edəcək. Lakin buna baxmayaraq polis qanuna zidd olaraq protokol tərtib etdi. İXM 211-ci maddəsi üzrə xx.xx.2020-ci il tarixində protokol tərtib edilə bilməzdi və xx.xx.2020-ci il tarixində bu maddə ilə polis tərəfindən qərar qəbul edilə bilməzdi. Buna aid qanunvericilikdə dəyişiklik Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq fərman imzalanıb və geri tarixlərə tətbiq edilmir. Hesab edir ki, protokol qanunsuzdur və xitam verilməlidir. Bu barədə, xx.xx.2020 tarixdə BDYPİ-i Elşən Kazimova, xx.xx.2020 tarixdə BDYPİ-i Ramiz Zeynalova online şikayət ərizələri ilə müraciət etmişdir. Onlar ona məhkəməyə müraciət etməyini bildiriblər. Şikayətə onun iştirakı olmadan, izahatı olmadan baxılmışdır və xx.xx.2020-ci il tarixində Bakı şəhəri BPİ DYPİ Polis X1 Natiq oğlu tərəfindən TP3596399 saylı qərar qəbul edilmişdir. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1.-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X11 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 xx.xx.2020-ci il tarixdə saat 11:40 radələrində idarə etdiyi “Opel Astra” markalı **-TN-*** nömrə nişanlı avtomobillə K.Rəhimov küçəsi ilə H.Əliyev prospekti kəsişməsində ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan X2 elektron sistemdən çıxarışdakı məlumatlarına əsasən o, “xxxxxxxx” MMC-nin sürücüsü vəzifəsində işləyir, xx.xx.2020-ci il tarixdən Bakı şəhərində hərəkətinə icazə verilmişdir, qeydiyyat təsdiq edilmişdir. Bununla da şəxs xx.xx.2020-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X4 barəsində İXM-nin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X13 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar