Məhkəmə qərarları › İş №3(004)-1897/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1897/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1897/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Şikayətçi X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X5 TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X5 TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə şikayətini onunla əsaslandırmışdır ki, o, taksi fəaliyyəti ilə məşqul olur. Asan imza ilə portalda qeydiyyatdan keçib. xx.xx.2020-ci il tarixə qədər icazəsi vardı. xx.xx.2020-ci ildə dövlət portalından asan imza ilə müddəti xx.xx.2020-ci il tarixə qədər uzatmaq üçün icazə almışdır. Lakin xx.xx.2020-ci il tarixdə 20 Yanvar dairəsində DYP əməkdaşları tərəfindən saxlanılıb, onların kompyuterində onun icazəsinin olmadığını bildirmişdirlər və ona İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol tərtib etmişdirlər. O, bildirir ki, ona heç bir xəbərdarlıq və bildiriş göndərilmədən icazəsi ləğv olunmuşdur. Pandemiya dövründəki ağır vəziyyəti nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X6 TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 xx.xx.2020-ci il tarixdə saat 10:13 radələrində idarə etdiyi “Opel Astra” markalı **-NT-*** nömrə nişanlı avtomobillə H.B.Zərdabi küçəsində ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan X1 elektron sistemdən çıxarışdakı məlumatlarına əsasən o, “Maxim Taksi”nin taksi sürücüsü vəzifəsində işləyir, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərində hərəkətinə icazə verilmişdir, qeydiyyat təsdiq edilmişdir. Bununla da şəxs xx.xx.2020-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X3 barəsində İXM-nin 211-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X9 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar