Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1898/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, şikayətçi X1, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Şikayətçi X1 Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X4 Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylıinzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri idarəsi tərəfindən “X7 X16 Şirketi” MMC-nin Direktoru olan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx xxx 2020-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yannda Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə həmin maddə ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. X9 ilə “X7 X16 Şirketi” MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, satış təmsilçisi (mütəxəssisi) vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixli, HK 1911/245 saylı Əmr əsasında Zaur Mehdizadə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə) tutduğu vəzifədən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. Zaur Mehdizadə işdən çıxarılmasının səbəbi birbaşa özü tərəfindən yığılmış ödənişlərin mənimsənilməsi faktı olmuşdur. Şikayətə əlavə edilmiş Zaur Mehdizadənin öz imzası ilə doğruluğunu təsdiq etdiyi, xx.xx.2019-cu il tarixli yazılı izahatından da görünür ki, xx.xx.2019-cu il tarixdə şirkətin audit şöbəsinin əməkdaşları ilə müştərilər üzrə olan qalıq borcların müəyyən edilməsi məqsədilə bir sıra əməliyyatlar aparılmış, yekunda ərazi üzrə 1598 manat 40 qəpik əskik gəlmişdir. Bu məbləğdən 992 manatı oktyabr ayı ərzində yığdığı ödənişlərə aiddir. Qalan 606 manat 40 qəpik isə keçmiş aylarda müştərilər tərəfindən verilmiş ödənişlərdir. Hal-hazırda 1598 manat 40 qəpik məbləğində vurmuş ziyanı ödəyə bilməməsini maddi vəziyyətinin aşağı olması ilə əlaqələndirmişdir. Bu səbəbdən şirkət müvafiq hüquq-mühafizə orqanına müraciət etmişdir. Daha sonra isə X9 “X7 X16 Şirketi” MMC-də onun əmək hüquqlarnın pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Həmin müraciət DƏMX-nin Bakı Şəhər İdarəsində baxılmış və xx.xx.2020-ci il tarixli məktubla “X7 X16 Şirketi” MMC-yə bunun barəsində məlumat verilərək müvafiq sənədlər tələb edilmişdir. DƏMX-nin Bakı Şəhər İdarəsinə yalnız Zaur Mehdizadənin son haqq-hesabının aparılmasına dair təsdiqedici sənəd istisna olmaqla digər tələb edilən sənədlərin göndərilməsi xx.xx.2020-ci il tarixdə təmin edilmişdir. DƏMXnin Bakı Şəhər İdarəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda Zaur Mehdizadənin son haqq-hesabının aparılmamasının səbəbi izah olunmuş, lakin buna baxmayaq Dövlət Əmək Müfəttişliyi tərəfindən sözügedən məsələ üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Zaur Mehdizadə xx.xx.2019-cu il tarixdə işdən çıxarılarkən həmin tarixdə də ona təhvil-təslim edilmə ilə bağlı bildiriş göndərilmişdir. Zaur Mehdizadə isə bildirmişdir ki, o, əmək haqqı kartını blok (ləğv) etdirmişdir. Dəfələrlə şirkətə gəlib son haqq-hesabın aparılması barədə ona xəbərdalıq edilmiş, lakin o bundan qərəzli şəkildə yayınmışdır. Daha sonra isə xx.xx.2020-ci il tarixdə ona yenidən məktub göndərilmiş və son haqq-hesabın ödənilməsi üçün şirkətə dəvət edilmişdir. Şikayətə əlavə edilmiş poçt xəbərnaməsindən də göründüyü kimi həmin məktub Zaur Mehdizadə tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və o, ərizə ilə müraciət edərək bildirmişdir ki, ölkə daxilində karantin rejimi ilə əlaqədar Bakıya gəlməyi mümkün olmadğına görə son haqqhesabın ödənilməsini ərizəyə əlavə olunmuş bank hesabına köçürülsün. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından da göründüyü kimi Zaur Mehdizadəyə onun ərizəyə əlavə etmiş olduğu rekvizitlər əsasında son haqq-hesab bank hesabına köçürülmüşdür. Beləliklə, DƏMX Bakı Şəhər İdarəsi “X7 X16 Şirketi” MMC-nin xx.xx.2020-ci il tarixli məktubu əsas götürərək xx xxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokolda qeyd etmişdir ki, X5 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Göstərilən protokol əsasında da Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanmda Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Protokol və inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, işçi - X6 onun son haqq-hesabınm aparılması, habelə ödənişin onun işdən azad olduğu tarixdə ödənilməməsinin səbəbi işəgötürən - “X7 X16 Şirketi” MMC-nin təqsiri üzündən yaranmamışdır. X9 özü əmək haqqı kartını blok (ləğv) etdirmişdir. Bu halda isə Zaur Mehdizadənin müraciəti və ona məxsus əmək haqqının köçürüldüyü bank hesabında texniki problemlər və bir sıra məhdudiyyətlərlə bağlı son haqq-hesabın ödənilməsi mümkün olmamışdır. Belə ki, o, bunu qəsdən, ona verilmiş hüquqdan sui-istifadə edərək şirkətə maddi ziyan vurmaqla məqsədilə etmişdir. Bunun səbəbi isə birbaşa olaraq yazılı izahatda etiraf etdiyi pul vəsaitinin mənimsənilməsi barədə şirkətin hüquq- mühafizə oqranına müraciət etməsi ilə əlaqəlidir. İşəgötürən son haqq-hesabın aparılması ilə bağlı bütün mövcud və mümkün üsullardan istifadə etmiş, X6 dəfələrlə xəbərdalıq etmiş və bildiriş göndərmişdir. Bu isə şirkətin son haqq-hesabın aparılmasında olan məsuliyyətlilik göstəricisi olmaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanmda Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri idarəsi tərəfindən “X7 X16 Şirketi” MMC-nin Direktoru, yəni mənim barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx xxx 2020- ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun tərtib edilməmişdir. Belə ki, DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən şirkətə ünvanlanmış olduğu xx.xx.2020-ci il tarixli məktuba xx.xx.2020-ci il tarixdə cavab verilməsinə və lazımi sənədlərin göndərilməsinə baxmayaraq inzibati xəta haqqında protokol xx xxx 2020-ci il tarixdə tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda isə inzibati xətanın təsdiq edilməsi yalnız şirkətin göndərmiş olduğu xx.xx.2020-ci il tarixli məktubu ilə əsaslandırılmışdır. Təxminən 3 ay müddət ərzində əmək müfəttişliyi həmin məktubu və ona əlavə edilmiş sənədləri araşdırmaqla inzibati xətanın mövcudluğu barədə qənaətə gəlmişdir. Habelə göstərilən uzun müddət ərzində inzibati xəta faktının təsdiq edilməsinə dair digər tədbirlər də görülməmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokoldan inzbati xətanın (Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi) törədilməsi (aşkar edilməsi) vaxtı dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.4-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Görünüdüyü kimi, DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında icraat aparılarkən, inzibati xəta haqqında protokol tərtib edilərkən, habelə inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman inzibati xətalar qanunvericiliyin tələbləri pozulmuş, bununla yanaşı inzibati xəta haqqında işə səthi baxılmaqla, kifayət qədər sübutlar əldə edilmədən, ehtimallara əsaslanaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmçinin tam, obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, X9 işdən çıxarıldıqdan sonra banka ödəniş tapşırığı göndərilməmiş və ona əmək və məzuniyyət haqlarının ödənilməsı ilə bağlı rəsmi məktub göndərilməmiş, lakin sms vasitəsi ilə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, “X7 X16 Şirketi” MMC-də X5 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən “X7 X16 Şirketi” MMC-də X5 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Nəticədə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar xx xxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli HK 1911/245 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən müəyyən edilir ki, “X7 X16 Şirketi” MMC-nin region üzrə satış mütəxəssisi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2019-cu il tarixindən tutduğu vəzifədən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitan verilmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, xitam barədə məlumatlar xx.xx.2019-cu il tarixdə “elektron informasiya sisteminə” daxil edilərək imzalanmışdır. xx.xx.2019-cu il tarixli ərizədən müəyyən edilir ki, X9 Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı ərizə ünvanlamışdır. Ərizədə bildirilir ki, “X7 X16 Şirketi” MMC-dən onun əmək kitabçasını, son haqq-hesabını, istifadə etmədiyi məzuniyyətin pulunu və almadığı əmək haqqını vermələri xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “X7 X16 Şirketi” MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan müəyyən edilir ki, X2 əmək hüquqlarının pozulmasına barədə müraciətinə baxılır. Z.R.Mehdizadəyə aid olan sənədlərin yeddi gün ərzində Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. “X7 X16 Şirketi” MMC-nin Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı xx.xx.2020-ci il tarixli 2002/01 nömrəli cavab məktubundan müəyyən edilir ki, X2 əmək müqaviləsinə xitam verilmişdir. Tələb edilmiş sənədlər təqdim edilmiş yalnız əmək haqqı kartının blok edilməsi əsas göstərilərək son-haqq hesabın ödənilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. “X7 X16 Şirketi” MMC tərəfindən Zaur Mehdizadəyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Z.Mehdizadə son haqq-hesabın ödənilməsi üçün baş ofisə dəvət olunmuşdur. Ofisə yaxınlaşmasının mümkün olmadığı təqdirdə pul vəsaitinin ona çatdırılması üçün bank hesabı açılması və rekvizitlərinin onlara göndərilməsi və 10 gün müddətində bu barədə məlumat verilməsi xahiş edilmişdir. “xxxxxxxx” MMC-yə məxsus poçt xəbərnaməsindən müəyyən edilir ki, Zaur Mehdizadə “X7 X16 Şirketi” MMC tərəfindən ona ünvanlanmış məktubu xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. X9 tərəfindən “X7 X16 Şirketi” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən müəyyən edilir ki, ölkə daxilində karantin rejimi olduğuna görə rayondan Bakıya gəlmək mümkün olmadığı üçün baş ofisə gələ bilmir. Xahiş etmişdir ki, son haqq-hesabın hesablanaraq məktuba əlavə olunmuş bank hesabına köçürülməsi təmin edilsin. xx.xx.2020-ci il tarixli ödəmə qəbzinə əsasən 421 manat “X7 X16 Şirketi” MMC tərəfindən Zaur Mehdizadənin hesabına son haqq-hesab olaraq köçürülmüşdür. Şikayətçi X4 faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmiş, əksinə həm şikayət ərizəsində, həmdə məhkəmə iclasında verdiyi izahatında onun son haqq-hesabın qanunvericilikdə nəzərdə tutulmuş vaxtda yəni sonuncu iş günü işçiyə verilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X9 işdən çıxarıldıqdan sonra MMC tərəfindən banka ödəniş tapşırığı, əmək və məzuniyyət haqlarının ödənilməsi ilə bağlı onun özünə rəsmi məktub göndərilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi X1 Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ciiltarixli, MNseriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1898/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1898/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver