Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1901/2020 13.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət X4 (BDYPİ) tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli protokoldan verilmiş şikayətinəişin baxılmağa hazırlanması zamanı baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdən işə gedərkən həmin günü saat 11:51-də Bakı-Quba yolunun 23-cü kilometrliyində karantin rejimi qaydalarına uyğun olaraq onun yaşayış yerini tərk etməsi üçün müvafiq icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə DYP əməkdaşlarına sənədlərini təqdim etmişdir. Həmin vaxt onun icaze.e-gov.az portalında təsdiqlənmiş və aktiv icazəsinin olmasına baxmayaraq ona icazəsinin sistemdə görünmədiyi və barəsində protokol tərtib ediləcəyi bildirmişdir. Bu zaman o, polis əməkdaşına elektron icazəsini kağız daşıyıcıda göstərsə də, həmin əməkdaş “bizim sistemdə məlumat görsənmir” demişdir. Baxmayaraq ki, icaze.e-gov.az portalında onun işlədiyi iki şirkət tərəfindən icazə qeydi mövcud olmuş, lakin DYP-nin əməkdaşı yalnız bir icazəyə baxmışdır. Nəticədə barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə cərimə edilmişdir. Qeyd edilən tarixdən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Yasamal Rayon Məhkəməsinə xx xxxx 2020-ci il tarixdə şikayətini bildirmiş, lakin qərar olmadığı üçün məhkəmə tərəfindən işə baxılmadan şikayət ərizəsi geri qaytarılmışdır. X1 məhkəməyə daxil olmuş ərizəsi və ona əlavə edilmiş müvafiq sənədlərin surəti işin məhkəmədə baxılmasına hazırlanması zamanı öyrənilərkən müəyyən edilmişdir ki, ərizənin məzmunu qeyri-müəyyən tərtib edilməklə müraciət müəllifi tərəfindən məhkəmədən hansı məsələyə baxılmasının xahiş edildiyini müəyyən etmək mümkün olmadığından şikayətçinin əvvəlki şikayəti Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(004)-1267/20 nömrəli qərardadına əsasən baxılmadan geri qaytarılmış, lakin şikayətçi yenidən həmin qərarda əks edilmiş nöqsanlar aradan qaldırılmadan təkrarən eyni məzmunlu şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ərizədə ümumi olaraq X2 barəsində xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar protokol tərtib edildiyi göstərilsə də, lakin protokolun hansı səlahiyyətli vəzifəli şəxs tərəfindən tərtib edildiyi, həmin protokol əsasında qərar qəbul edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Yalnız ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx xxxx 2020-ci il tarixli 64114M- 4220 nömrəli məktubunun surətində görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsilə İXP ******* nömrəli prtotokol tərtib edilmiş və məktubla müraciət müəllifinə protokoldan narazı qaldığı təqdirdə aidiyyəti qurumlara müraciət etməsi hüququnun olması izah edilmişdir. Qeyd olunan məktubdan da protokol əsasında qərar qəbul edilib-edilmədiyi göstərilməmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edir ki, şikayət ərizəsi baxılmadan təkrarən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə; 129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Həmin Məcəllənin 130.1-ci maddəsinə görə həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəyə görə Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəyə görə isə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş ərizədən göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməmiş, şikayət ərizəsinin məzmununda məhkəmədən həll edilməsi xahiş olunan məsələ dəqiq göstərilməmiş, eyni zamanda qəbul edilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Yəni qanunvericilikdə məhkəmələr tərəfindən protokoldan verilmiş şikayətə baxılması nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli protokoldan verilmiş şikayəti geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1901/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1901/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver