Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1902/2020 14.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 AR Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, m ü ə y y ə n e t d i m: X2 AR Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, protokolu və qərarı tərtib etmiş səlahiyyətli orqanın adı konkret olaraq qeyd edilməmişdir. Eyni zamanda, ARDaxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş protokolunun ləğv edilməsini xahiş etsə də, inzibati xəta haqqında protokolun əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X2 AR Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş protokol ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci və 129-cu maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə izah edir ki, şikayət vermiş şəxs barəsində qəbul edilmiş “inzibati xəta haqqında iş üzrə qərar” əldə edildikdən və şikayət imzalandıqdan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada yenidən məhkəməyə qərarın ləğv edilməsi ilə bağlı müraciət oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 AR Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərardan şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1902/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1902/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver