Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1908/2020 25.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayətçi Məmmədov Mövsüm Elman oğlunun inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Məmmədov Mövsüm Elman oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İXP ******* saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində Hövsan şossesi küçəsində idarə etdiyi “Toyota Prius” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edərkən saat 08:50 radələrində DYP YPX inspektoru, polis baş serjant X2 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Bildirmişdir ki, o, zəruriyyətlə evdən çıxıb yola düşdükdə YPX onu təhlükəsizlik kəmərini taxmadığına görə saxladı. O, bildirdi ki, fikirli olmuş, lakin qayda pozuntusunu etiraf etmiş və tərtib edilən protokolun cəriməsini ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, YPX başladı portalda onun sms icazəsinin olub-olmadığını yoxlamağa. Bunun üçün mobil telefonunda olan sms icazəni göstərməyə tələb etdi. O, bildirdi ki, onun işdən icazəsi var və şəxsiyyət vəsiqəsi ilə portaldan yoxlaya bilər. Əlavə edərək ona bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinə əsasən fövqalədə vəziyyət tətbiq edilməməsini nəzərə alaraq və 28-ci maddəsinin İİİ-cü bəndini rəhbər tutaraq, sərbəst şəxsi avtomobilinə minib həmin əraziyə getmişdir, sərbəst azad hərəkətə malikdir. Ümumiyyətlə İXM-nin 211-ci maddəsinin AR Konstitusiyasına zidd olmasını qeyd etmişdir. Qanunlarda ziddiyat yaranır və onun konstitusiya hüquqlarından İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üstün ola bilməz. Bunu deyib şəxsiyyət vəsiqəsini təqdim etdi. Ona məlum olmayan səbəbdən portaldan iş icazəsinin ləğv edilməsi barədə həmin polis ona bildirdi. O, bildirdi ki, bu qanunsuzdur və aidiyyatı üzrə şikayət edəcək. Buna baxmayaraq həmin polis 211-ci maddə ilə qərarlı protokol tərtib etdi. O, həmin polisə bildirdi ki, qərarlı protokol tərtib etməsin, o, protokoldan şikayət verib məsələnin araşdırılmasını tələb edəcək. Lakin buna baxmayaraq polis qanuna zidd olaraq qərarlı protokol tərtib etdi. Qanunda nəzərdə tutulmuş qaydada onun iştirakı ilə protokola aid araşdırma aparılmalıdır, lakin buna şərait yaradılmadı. Hesab edir ki, qərar qanunsuzdur və xitam verilməlidir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən Məmmədov Mövsüm Elman oğlu xx.xx.2020-ci il tarixdə saat 08:56 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsindəepidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi xx.xx.2020-ci il tarixdə sərbəst hərəkət etməsi üçün icazəsnin olmasını qeyd etsə də, onun Bakı şəhəri ərazisində hərəkətinə icazə verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir.. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi Məmmədov Mövsüm Elman oğlunun Azərbaycan Respublikası DİN Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarındanverdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1908/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1908/2020
25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver