Məhkəmə qərarları › İş №3(004)-1909/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1909/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1909/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şabran şəhəri, H.Əliyev prospekti 74 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 16 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 15 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X7 protokolu madüafiə edərək izahatında bildirmişdir ki, 15 avqust 2021-ci il tarixdə saat 04:30-da X11 X4 polis nəfərləri Ceyhun Sadıqov və Ağabəy Novruzov şöbəyə raportla müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində xidməti vəzifələrini icra edən zaman bir nəfər şəxsin onlara yaxınlaşaraq, avtomobilində oğru olduğunu bildirdiyinə görə sonuncunun avtomobilinə yaxınlaşarkən, avtomobilin qabaq sağ tərəfindən onları görən bir nəfər şəxs düşüb qaçamış və onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs polis nəfərləri tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Şöbədə olarkən həmin şəxs təkrarən onların qanuni tələblərinə tabe olmayıb aqressiv davranışlarını davam etdirib polis işçisinin ünvanına nalayiq ifadələr demişdir. Onun şəxsiyyəti yoxlanılıb Şəxs olması müəyyən edilmişdir. Beləliklə, Şəxs əməlində polis işçisinin qanuni tələblərinə tabe olmama, yəni İXM-nin 535.1-ci maddəsi tərtkib əlamətlərinin olması müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. X7 göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü qismən təqsirli bilərək göstərmişdir ki, 15 avqust 2021-ci il tarixdə saat 04:30 radələrində o, sərxoş olduğundan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində dayanmış avtomobilin dostunun avtomobili ilə səhv salıb orada əyləşmiş, salonda siqaret çəkdikdən sonra yuxulamışdır. Bir qədər sonra avtomobilə polis əməkdaşlarının yaxınlaşdığını görmüş və qorxduğu üçün dərhal avtomobildən düşərək qaçmışdır. Həmin polis işçiləri ondan hərəkətini dayandırmasına tələb etməsinə baxmayaraq onların qanuni tələbinə tabe olmayıb qaçmağa davam etdirmişdir. Şəxs hazırda əməlindən səmimi peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 X4 polis nəfəri X5 izahatında bildirmişdir ki, 15 avqust 2021-ci il tarixdə saat 04:30-da iş yoldaşı Ağabəy Novruzov ilə birlikdə təhkim edildiyi xidməti ərazisi olan Yasamal rayonu, Şərifzadə küçəsində xidmət apararkən, bir nəfər şəxsin onlara yaxınlaşaraq, ona məxsus avtomobildə oğru olduğunu bildirmişdir. Avtomobilə yaxınlaşarkən avtomobilinin qabaq sağ tərəfində bir nəfər şəxsin əyləşib salonunda nəsə axtardığını görmüşlər. Həmin şəxs onları gördükdə avtomobildən dərhal enib qaçmağa başlamışdır. Sonuncudan hərəkətini dayandırması tələb etsələr də onların qanuni tələblərinə tabe olmadığından saxlanılıb aidiyyəti üzrə 29-cu Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra şöbənin rəhbərliyinə raportla müraciət edərək onun barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. Şöbədə onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 X4 polis nəfəri X6 eyni məzmunlu izahat verərək X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirildiyindən o, təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Belə ki, iş materiallarında olan X11 X4 polis nəfərləri Ceyhun Sadıqov və Ağabəy Novruzov tərəfindən tərtib edilmiş 15 avqust 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 04:30 radələrində, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində xidmət apararkən avtomobildən oğurluğa cəhd göstərmiş şəxs onların qanuni tələblərinə tabe olmadığından 2466 çağırışlı avtopatrul ilə təqib edilərək saxlanılıb Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1997-ci il təvəllüdlü Şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” Publik hüquqi şəxsinin 16 avqust 2021-ci il tarixli 613 nömrəli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktından müəyyən edilir ki, Şəxs götürülmüş bioloji nümunədən AMP, OPİ, MOP (+) aşkar olunmuşdur. Bundan başqa iş materiallarında olan 15 avqust 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 05:30-da tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olmasını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin əvvəllər də Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı inzibati məsuliyyətə cəlb olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən AZEMİS Elektron Məhkəmə İnformasiya sisteminə baxış keçirilərkən müəyyən edildi ki, Şəxs barəsində bir dəfə aidiyyəti rayon məhkəmələrinin müvafiq qərarları ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə, iki dəfə isə İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə isə o, Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2021-ci il tarixli 3(006)-336/2021 nömrəli qərarı ilə İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, həmin vaxtdan bir müddət keçməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, o cümlədən şəxsiyyətini mənfi xarakterizə edən hallar nəzərə alınaraq barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli isə onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 15 avqust 2021-ci il tarixdən saat 05:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 15 avqust 2021-ci il tarixdən saat 05:30dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar