Məhkəmə qərarları › İş №3(004)-1912/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1912/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1912/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) "xxxx" ASC-nin nümayəndəsi X4 və "xxxx" QSC-nin nümayəndəsi X1, müdafiəçi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında icra məmuru A.Y.Aslanbəyli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-854/2012 saylı, 12 yanvar 2015-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMCdən 482494 ABŞ dolları məbləğində lizinq haqqı borcu və 20 manat məbləğində dövlət rüsümu tutularaq “X11” QSC-nə ödənilməli, həmçinin “X11” QSC-nə məxsus olan bir komplekt “Pet Line 48S” markalı plastik preforma istehsalı avadanlıq kompleksi "xxxx" MMC-dən geri alınaraq X11” QSC-nə verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3062/2015 saylı, 14 iyul 2015-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 330019,42 manat məbləğində pul tutularaq “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-2480/10 saylı, 02 noyabr 2010-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən ******* ABŞ dolları və 20 manat məbləğində dövlət rüsümu tutularaq “X11” QSC-nə ödənilməlidir. İcra sənədlərinin icrasına başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş təqdim olunmuşdur. Buna baxmayaraq borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bu günədək icra etməməsi, əmlak və gəlirləri barədə dəqiq məlumat verməməsi, "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Bununla da "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən icra məmuruna əlavə sübutların təqdim edilməsi təklif edilsə də icra məmuru əlində olan sübutların yalnız inzibati xəta haqqında protokol tərtib edilərkən həmin protokola əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərdən ibarət olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Q.A.İsmayılzadə izahatında göstərmişdir ki, Şəxs icra sənədi üzrə borclu olan "xxxx" MMC-nin nə direktoru və nə də ki digər vəzifəli şəxsi deyil. Şəxs "xxxx" MMC direktor vəzifəsindən 2021-ci ilin aprel ayında vəzifədən azad olunmuş və hal-hazırda ləğvetmədə olan şirkətin qanuni təmsilçisi, onun ləğvedicisi X6r. Bu barədə məlumat AR Vergilər Xidmətinin elektron məlumat sistemindən əldə etmək mümkündür. Bu səbəbdən də onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilə bilməz. Bundan başqa hətta Şəxs dirketor olduğu dövr ərzində İXM-nin 528.1-ci maddəsinin tələblərini pozsaydı belə, o məsuliyyətə AR İXM-nin 38.1-ci maddəsinə əsəsən xətanı törətdiyi vaxtdan 3 ay ərzində cəlb oluna bilərdi, Belə ki, AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən ged üç ay keçənədək verilə bilər. Göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) "xxxx" ASC-nin nümayəndəsi E.B.Məcidov izahatında göstərmişdir ki, borclu Şəxs müxtəlif bəhanələrlə icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən "xxxx" MMCnin qanuni təmsilçisi Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) "xxxx" QSC-nin nümayəndəsi İ.H.İsmayılov izahatında göstərmişdir ki, borclu Şəxs müxtəlif bəhanələrlə icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən "xxxx" MMCnin qanuni təmsilçisi Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-854/2012 saylı, 12 yanvar 2015-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 482494 ABŞ dolları məbləğində lizinq haqqı borcu və 20 manat məbləğində dövlət rüsümu tutularaq “X11” QSC-nə ödənilməli, həmçinin “X11” QSC-nə məxsus olan bir komplekt “Pet Line 48S” markalı plastik preforma istehsalı avadanlıq kompleksi "xxxx" MMC-dən geri alınaraq X11” QSC-nə verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3062/2015 saylı, 14 iyul 2015-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 330019,42 manat məbləğində pul tutularaq “Nikoyl” İKB-nin xeyrinə ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-2480/10 saylı, 02 noyabr 2010-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən ******* ABŞ dolları və 20 manat məbləğində dövlət rüsümu tutularaq “X11” QSC-nə ödənilməlidir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs "xxxx" MMC-nin direktor vəzifəsindən 12 aprel 2021-ci il tarixdə vəzifədən azad olunmuş və hal-hazırda ləğvetmədə olan şirkətin qanuni təmsilçisi, onun ləğvedicisi X6r. Lakin, icra məmuru qeyd olunan xüsusatları nəzərə almadan, həmin xüsusatlar üzrə hər hansı araşdırma aparmadan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı şəxsin ona istinad edilən inzibati xətanı törətməsini sübut etmə yükü inzibati xəta haqqında iş üzrə icraat başlayan orqanın üzərinə düşür. İndiki halda isə iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat başlayan şəxs, yəni icra məmuru məhkəməyə Şəxs müvafiq inzibati xətanı törətməsini təsdiq edən biləcək kifayət qədər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Master Plast” MMC MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılsın. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar