Məhkəmə qərarları › İş №3(004)-1914/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1914/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1914/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsinin inspektoru - X2 iştirakı ilə, «X6» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X6» MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası FHN DYNX-nin 2-ci ərazi DYNİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində yerləşən «X6» MMC-yə məxsus obyektdə aparılan yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və bu tələblərin yerinə yetirilməməsi faktı aşkar edilmişdir. Bununla da, «X6» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci (mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X6» MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş bildiriş göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxs «X6» MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş X3 izahatında bildirmişdir ki, idarənin rəhbərliyi tərəfindən qəbul edilmiş 06 avqust 2021-ci il tarixli 2705 nömrəli qərara əsasən «X6» MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində yerləşən obyektdə qanunvericiliyə əsasən yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəziyyətinin 09.08.2021-ci il tarixdən 13.08.2021-ci il tarixədək olan dövr ərzində növbəti yoxlanışdan keçirilməsi müəyyən edilmişdir. Qəbul edilmiş qərar sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınmış və yoxlama suallarının siyahısı təsdiq edilmişdir. Həmçinin qərarla yoxlayıcı qrup yaradılmış və qrupa onunla birlikdə idarənin digər əməkdaşı X4 daxil edilmişdir. Yoxlayıcı qrupun tərkibində o, 12 avqust 2021-ci il tarixdə «X6» MMC-yə məxsus obyektdə yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı obyektin elektrik təsərrüfatında proflaktik baxış keçirilərək sınaq protokolunun tərtib edilmədiyi, avtomatik yanğın xəbərverici siqnalzasiya sistemi ilə təmin edilmədiyi, odsöndürən balonlarla təmin edilmədiyi və obyektin yanğından icbari qaydada sığortalanmadığı faktı aşkar edilmişdir. Aşkar edilmiş faktların fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Bundan sonra yoxlamanın nəticələrinə dair eyni tarixli yanğın-texniki müayinə aktı tərtib edilmiş və müvafiq qərarla inzibati iş üzrə icraata başlanılması qərara alınmışdır. Bununla da, hüquqi şəxs «X6» MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin tərkib əlamətləri aşkar edildiyindən onun barəsində 12 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O.Məmmədov göstərilənləri nəzərə alaraq, «X6» MMC-nin qeyd olunan xətanın törədilməsində təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «X6» MMC-nin Azərbaycan Respublikasının İXM-nin 518.1ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsinin rəisi İlqar Əsgərov tərəfindən qəbul edilmiş 06 avqust 2021-ci il tarixli 2705 nömrəli qərardan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu, Zərgərpalan küçəsində «X6» MMC-yə məxsus obyektdə 09 avqust 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək olan dövr ərzində planlı, yəni növbəti yoxlamanın aparılması qərara alınmışdır. Qərarla həmçinin yoxlamanın aparılması qrupa həvalə edilərək qrupun tərkibinə X3 və X4 daxil edilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 06 avqust 2021-ci il tarixli çıxarışından müəyyən edilir ki, yoxlamanın təyin edilməsi əsası dövlət reyestrində qeydiyyata alınmaqla, onun plan üzrə və Azərbaycan Respublikası “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 25-ci maddəsinə uyğun olaraq keçirilməsi göstərilmişdir. Reyestrdə həmçinin yoxlama subyekti qarşısında qoyulacaq sualların siyahısı təsdiq edilmişdir. Həmin siyahıya əsasən obyektdə 1)Azərbaycan Respublikası ərazisində fəaliyyət növündən asılı olmayaraq bütün sahibkarlıq subyektlərinin icbari sığortaya cəlb edilməsi (“Yanğın təhlükəsizliyi haqqında” AR Qanununun 23-cü maddəsi,”İcbarı Sığorta haqqında” AR-nin Qanunu); 2)elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismar vəziyyəti (YTQ №01-2001 bənd 6.1-6.10); 3)yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılması (YTQ №01-2001 bənd 10.1-10.4); 4)ticarət,ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazaların və anbarların ərazisinin yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılması (YTQ 03-2002, bənd 2.1-2.1.9); 5) ticarət,ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda (YTQ № 03-2002, bənd 3.1- 3.16.8) qaydalarına riayət edilib-edilməməsinin yoxlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 12 avqust 2021-ci il tarixli, 2705 nömrəli “Yanğın-texniki müayinə aktı”ndan müəyyən edilir ki, həmin tarixdə yoxlayıcı qrup tərəfindən aparılan araşdırma nəticəsində qeyd edilən obyektin elektrik təsərrüfatında proflaktik baxış keçirilərək akt tərtib edilmədiyi, avtomatik yanğın xəbərverici siqnalzasiya sistemi ilə təmin edilmədiyi, ödsöndürən balonlarla təmin edilmədiyi və icbari qaydada sığortalanmadığı faktları aşkar edilmişdir. Beləliklə, yoxlama sualları üzrə 1, 2, 3, 4 və 5 bəndlərdə göstərilən qaydaların pozulması aşkar edilmişdir. İş materiallarında olan «X6» MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində yerləşən obyetkin 4 ədəd fotoşəkilləri məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, aşkar edilmiş fakt həmin fotoşəkillərdə tam olaraq öz təsdiqini tapmışdır. Yəni, fotoşəkillərdən obyektin avtomatik yanğın xəbərverici siqnalzasiya sistemi ilə, o cümlədən odsöndürən balonlarla təmin edilmədiyi görünür. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 11 avqust 2021-ci il tarixli 2705 nömrəli qərarından görünür ki, faktla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə X5 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X5 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının FHN-yi həyata keçirir). Həmin normaya görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri X5ni apararkən bir sıra hüquqlarla yanaşı, dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası DİN BDYTİ-nin 25 may 2001-ci il tarixli 85 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi Qaydaları”nın 3-cü bəndinə görə 3.1 yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır; 3.9. yaşayış evlərinin, meşələrin, bağların, ictimai və mülki binaların ərazilərindəki açıq meydança və həyətlərdə AAM və YM olan qabları, həmçinin sıxılmış və mayeləşdirilmiş qazla dolu olan balonları saxlamağa icazə verilmir; 3.11.kənd yaşayış məntəqələrində, orada yerləşən ictimai, məişət, istehsalat və digər obyektlər yanğından mühafizə normalarına uyğun olaraq yanğın texnikası və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidirlər; 3.12. Yaşayış məntəqələrinin və müəssisələrin ərazilərində yanar tullantılardan ibarət zibilliklərin yığılmasına icazə verilmir. Həmin Qaydaların 6-cı bəndinə görə 6.1. Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər. 6.2. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər. 6.3. İşin sonunda təyinatdan asılı olmayaraq, nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası, eləcə də elektrik qurğuları istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövriyyədən açılmalıdır. 6.4. Elektrik ötürücü xətlərini və xarici (çöl) elektrik naqillərini yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların (ştabellər, tayalar) üzəri ilə çəkilməsinə icazə verilmir. 6.6. Ehtiyat elektrik dövrəsinin işçi və qəza işıqlandırma sisteminin qidalandırıcı və idarə etmə kabellərini topa şəkildə, bir boruda və ya tikinti konstruksiyalarının bağlı kanalı ilə birgə çəkilməsinə icazə verilmir.6.7. İnsanların normal təhlükəsiz köçürməsini həyata keçirmək məqsədi ilə «Çıxış» sözləri yazılmış işıqlı göstəricilər həmişə saz vəziyyətdə olmalıdır. Tamaşa nümayişi zamanı, sərgi və digər tədbirlər keçirilən zaman zallarda onlar daima yanılı vəziyyətdə olmalıdırlar.6.8. Daşınan elektirik işıqlandırıcıları elastiki elektirik naqillərinə malik olmalı, şüşə qapaqlarla və qoruyucu torla mühafizə edilməli və asmaq üçün qarmaqla təchiz olunmalıdırlar. Onların gərginliyi 36 V- dan artıq olmamalıdır.6.9. Sofitləri quraşdıran zaman ancaq yanmayan materiallardan istifadə etməli, onların gövdəsi isə saxlayıcı trosdan təcrid (izolyasiya) olunmalıdır.Projektorları və sofitləri quraşdıran zaman, onlarla yanar materiallar arasında minimal məsafə 0,5 m olmalıdır. Linzalı projektorlar üçün isə minimal məsafə 2 m olmalıdır. Projektor və sofitlər üçün işıq süzgəcləri yanmayan materiallardan olmalıdır.6.10. Avtomatik termonizamlayıcılarla təmin edilməmiş elektrik sobalarının istismarına icazə verilmir. Nasaz elektirik qızdırıcı qurğu və cihazlarının istismarı qəti qadağandır. Həmin Qaydaların 10-cu bəndinə görə 10.l. Yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır.Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır.10.2. Yanğın avtomobilləri və motopompalar, yanğınların söndürülməsi üçün uyğunlaşdırılmış texnika yanğın-texniki avadanlıqlarla tam təmin edilməli, yanacaq və odsöndürücü maddələrlə doldurularaq, daima saz vəziyyətdə saxlanılmalıdır.Yanğınların söndürülməsi üçün texnikanın cəlb edilmə qaydası, yerli orqanlarla təsdiqlənmiş çıxış cədvəli və yanğınların söndürülməsi üçün qüvvə və vəsaitlərin cəlb edilməsi planına əsasən təyin edilməlidir.10.3. Yanğınsöndürmə məqsədi ilə uyğunlaşdırılmış (yenidən təchiz edilmiş) hər bir yanğın motopompasına xüsusi hazırlıq keçmiş motorçu (sürücü) təhkim olunmalıdır. Müəssisələrdə yanğın motopompalarının yanğın yerinə gətirilmə qaydaları müəyyən edilməlidir.10.4. Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər.Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hüquqi şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə tərəfindən «X6» MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutları araşdırıb belə nəticəyə gəlir ki, hüquqi şəxs «X6» MMC tərəfindən obyektdə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozularaq, bu tələblər qanunla müəyyən edilmiş qaydada yerinə yetirilməməşdir. Bununla da, Cəmiyyət tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, «X6» MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 49-51, 114- 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : «X6» Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar