Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1915/2020 24.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə TuranTahir qızının katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, "Şəxs" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2020-ci il tarixdə saat 20:30-da "Şəxs" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Şəxs mağazası epidemiya əleyhinə rejim, sanitariya-gigiyenavə karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsi faktı aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin Operativ X4 Baş DVM X10 tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı,0248289 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən "Şəxs" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasındaiştirakedənbarəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin böyük vergi müfəttişi X10 tərəfindən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən mağazasında yoxlama aparılmış və yoxlamanın nəticəsi olaraq Şəxs MMC barəsində xx xxxx 2020-ci il tarixli № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol ona əlavə edilmiş mağaza kassasından alınmış satış çeki ilə birlikdə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(004)- 1651/2020 saylı qərardadı ilə xx xxxx 2020-ci il tarixli № ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş material ilə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qaytarılmışdır. Yalnız bundan sonra, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən inzibati xəta haqqında protokol həmin protokolun əsasını təşkil edən akt və guya yoxlama zamanı çəkilmiş fotoşəkillər ilə birlikdə yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İlk növbədə qeyd edirik ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin əməkdaşı tərəfindən keçirilmiş yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən, növbəti il üzrə yoxlamaların aparılması planı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən təsdiqlənir və cari ilin 1 noyabr tarixindən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron formada təqdim edilir. Müvafiq icra hakimiyyəti orqanı həmin planları yoxlamaların vahid məlumat reyestrində yerləşdirir. Həmin Qanunun 16.11ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Lakin vergi orqanı tərəfindən keçirilmiş yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların Vahid Məlumat Reyestrində qeydiyyata alınmamış və vergi müfəttişi müvafiq Reyestrdən çıxarışı təqdim etmədən yoxlamanı həyata keçirmişdir. Bu isə vergi orqanı tərəfindən aparılan yoxlamanın qanunun tələblərini pozmaqla keçirildiyini sübut edir. Digər tərəfdən, vergi orqanı inzibati xəta haqqında protokolun yazılmasına əsas olmuş hallan sübuta yetirə bilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolun yazılmasına əsas kimi vergi orqanı xx xxxx 2020-ci il tarixli aktı təqdim etmişdir. Akt yalnız bir nəfərin -vergi müfəttişi X6 iştirakı ilə və onun tərəfindən tərtib edilmişdir. Aktın tərtibinə Şəxs MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasının müdiri və ya digər işçilərinin iştirakı cəlb olunmamışdır və akt vergi müfəttişi tərəfindən imzalanaraq tərtib edilmişdir. Bundan başqa, aktın tərtibinə Şəxs MMC tərəfindən hər hansı səlahiyyətli şəxsin, nümayəndənin, mağaza müdirinin və ya işçinin etiraz edib-etmədiyi qeyd olunmamışdır. İnzibati xətanın baş verməsi ilə bağlı sübutetmə öhdəliyini daşıyan tərəf kimi vergi orqanı inzibati xətanın baş verməsi ilə bağlı tərtib etdiyi protokola kifayət qədər mötəbər sübutlar əlavə etməmişdir. Vergi orqanının inzibati xətanı təsdiq edən sübutu fotoşəkillər olmuşdur ki, bu fotoşəkillərin Şəxs MMC-nin ünvan 2 ünvanında yerləşən mağazasında çəkilib- çəkilmədiyi məlum deyildir. Belə ki, fotoşəkillərin hər hansı başqa mağazada çəkilməsi istisna olunmur. Çünki bu fotoşəkillər inzibati xəta haqqında iş üzrə icraat materialları məhkəməyə göndərilərkən materiallara əlavə edilməmiş, yalnız materiallar məhkəmə qərardadı ilə qaytarıldıqdan sonra məhkəməyə təqdim edilmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, vergi orqanı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol müşayiət məktubu ilə birlikdə Şəxs MMC-yə göndərilərkən ona fotoşəkillər əlavə olunmamışdır. xx xxxx 2020-ci il tarixli aktda da fotoşəkillərə dair hər hansı qeyd yoxdur. Bu isə fotoşəkillərin xx xxxx 2020-ci il tarixli yoxlama ilə əlaqədar çəkilməsinin inandırıcılığını aradan qaldırır. Hesab edirik ki, fotoşəkillər hazırkı inzibati xəta haqqında iş üzrə icraat materiallarının tərkibinə daxil olsaydı vergi orqanı tərəfindən ilkin məhkəməyə müraciət zamanı təqdim olunardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1 -18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məcəllənin 18.4-cü maddəsinə əsasən, bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Normaların tələblərindən də göründüyü kimi, hüquqi şəxsin inzibati məsuliyyəti yuxarıda sadalanmış 4 (dörd) kateqoriya şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətalara yol verildikdə yaranır. Vergi orqanının istinad etdiyi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində hüquqi şəxslərə münasibətdə həm hüquqaziddi hərəkətə, həm də hərəkətsizliyə yol verildikdə, yəni epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə hüquqi şəxsin cərimələnməsi nəzərdə tutulmuşdur. Vergi orqanı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun əsasını təşkil edən xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs MMC- nin ünvan 2 ünvanında yerləşən mağazasında müştərilərin tibbi qoruyucu vasitələrdən düzgün istifadə etməməsi aşkar edilmişdir. Deməli, inzibati orqanın istinad etdiyi inzibati xəta hüquqi şəxs tərəfindən yol verilmiş hərəkətsizlik -yəni epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasının qarşısının alınmamasıdır. Lakin inzibati orqan hüquqi şəxsin məsuliyyətini yaradan hüquqi şəxsin hansı vəzifəli şəxsi (qanunda sadalanan vəzifəli şəxsləri) və ya işçisi tərəfindən hansı pozuntu halına yol verdiyini əsaslandırmamışdır. Başqa sözlə, inzibati orqan Şəxs MMC-nin hansı vəzifəli şəxsinin hərəkətlərində və ya hərəkətsizliyində inzibati xəta tərkibinin olmasını sübuta yetirə bilməmiş, Şəxs MMC-nin vəzifəli şəxsinin nə kimi tədbirləri görməli olduğu halda görmədiyini ətraflı təsvir etməmişdir. Odur ki, inzibati orqan tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol zəif, natamam sübutlara söykənməklə əsassız tərtib olunmuşdur. Hesab edirik ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin böyük vergi müfəttişi X10 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli № ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Göstərilənlərə əsasən “Şəxs" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri sübuta yetirilməmiş hesab olunaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 20:30-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 154C ünvanında yerləşən, vergi ödəyicisi, Şəxs MMC-yə məxsus təsnifat subyekti olan marketdə Nazirlər Kabinetinin 189 nömrəli Qərarının və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. Belə ki, vergi ödəyicisinə məxsus obyektdə müştərinin qoruyucu vasitələrdən (tibbi maska və ya əlcək) istifadə etmədən obyektin daxilində olduğu, xidmətlərdən istifadə etdiyi müəyyən olunmuş və bu fakt çəkilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Müştəri özünü təqdim etməmiş və izahat verməkdən imtina etmişdir. Baş vermiş hüquq pozuntusu müvafiq inzibati xəta haqqında protokolla rəsmiləşdirilmişdir. Törədilmiş inzibati xəta ilə bağlı hüquqi şəxsin rəhbəri X8 ilə telefon əlaqəsi yaradılmış, İXM-nin müvafiq maddələrinə uyğun olaraq ona hüquq və vəzifələri izah edilmişdir. Buna baxmayaraq, hüquqi şəxsin rəhbəri heç bir əsas göstərmədən obyektə gəlməkdən və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Obyektdə hüquqi şəxsin hər hansı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmamışdır. İnzibati xəta pozuntusu ilə əlaqədar tərtib edilmiş protokolun və ona əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisinin hüquqi ünvanına göndərilməsi təmin ediləcəyi qeyd edilmişdir. Akt Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin böyük dövlət vergi müfəttişi Azər Əliyev tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 nömrəli qərarından görünür ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "Şəxs" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "Şəxs" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq "Şəxs" MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
"Şəxs" MMC xx.xx.2020-ci il tarixdə MN seriyalı,0248289 nömrəli inzibati xəta haqqında protocol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rauf Daşdəmirov