Məhkəmə qərarları › İş №3(004)-1920/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1920/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1920/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,ünvan 1 mənzil 29 ünvanında qeydiyyatda olan Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1, 332.4-cü maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində idarə etdiyi “Toyota Corolla minik” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ə.Əhmədov küçəsində parklanmaq istədiyi zaman həmin küçədə hərəkətsiz vəziyyətdə dayanmış “Mercedes Benz E240 minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuş X4 maddi zərər vurmuş, daha sonra Toyota Prius markalı **-ZT-*** nömrəli avtomobili zədələyərək X1 maddi zərər yetirmişdir. Şəxs avtomobili sürücülük hüququ olmadan və avtomobili idarə etmək üçün etibarnaməsi olmadan idarə etmişdir. Həmçinin hadisə yerindən yayınmışdır. Bununla da o, İXM-in 327.1, 327.6, 332.1, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsiDövlət Yol Polis Şöbəsinin Axtarış üzrə inspektoru tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki,dostu X5 renka kardan avtomobil götürmüşdür. Taksi olmadığı üçün işə getmək üçün dostundan xahiş edib həmin maşını götürüb. xx.xx.2020-ci il tarixdə saat 05:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Toyota Corolla minik” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ə.Əhmədov küçəsində hərəkətdə olarkən ara məsufəsini düzgün saxlamayıb Mersedes E 240 markalı ** KV *** nömrəli avtomobillə toqquşmuş, daha sonra Toyota Prius markalı 90- ZT -221 nömrəli avtomobilin sol yan güzgüsünə zərər yetirmişdir. Həmçinin bilmədiyi üçün hadisə yerindən uzaqlaşıb getmişdir, bu barədə polisə zəng edib məlumat verməmişdir, zədələdiyi avtomobillərin sahiblərinə məlumat verməmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsiDövlət Yol Polis Şöbəsinin Axtarış üzrə inspektoru, polis leytenantı X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxsxx xxxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində idarə etdiyi “Toyota Corolla minik” markalı, **-NT- *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ə.Əhmədov küçəsində parklanmaq istədiyi zaman həmin küçədə hərəkətsiz vəziyyətdə dayanmış “Mercedes Benz E240 minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuşdur. Sürücü avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə dair İXM-ni 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmininzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla,özünün məhkəməyə verdiyi etirafedici izahatı ilətam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1, 332.4-cü maddələri ilə təqsirli bilinərək,20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixindən, saat 17:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar