Məhkəmə qərarları › İş №3(004)-1922/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1922/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1922/2020 19.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət X6 (BDYPİ) tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli protokoldan verilmiş şikayətinəişin məhkəmədə baxılmağa hazırlanması zamanı baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 20:45 radələrində ona məxsus 90GC116 dövlət nömrə nişanlı avtomobilə dair etibarnaməsi olan qardaşı X3 idarə edib Bakı şəhərindən Masallı rayonuna getmək istəyərkən Ələt postunda yoxlama aparıldıqda onu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilərək 200 manat cərimə tətbiq etmişlər. Baxmayaraq ki, həmin vaxt onun və qardaşının ölkə ərazisində hərəkəti üçün rəsmi icazələri olmuşdur. Qeyd edilən fakta görə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə iki dəfə şikayətini bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları işi məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, hesab edir ki, şikayət ərizəsi baxılmadan müraciət müəllifinə geri qaytarılmalıdır. Belə ki, X1 məhkəməyə daxil olmuş ərizəsi və ona əlavə edilmiş müvafiq sənədlərin surəti işin məhkəmədə baxılmasına hazırlanması zamanı öyrənilərkən müəyyən edilmişdir ki, ərizənin məzmunu qeyri-müəyyən tərtib edilməklə müraciət müəllifi tərəfindən məhkəmədən hansı məsələyə baxılmasının xahiş edildiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, X2 məhkəmədən aidiyyəti qurumun onun şikayət ərizəsinə cavab verməməsindən və yaxud özünün, yaxud qardaşı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilməməsini və əgər qərar qəbul edilmişdirsə konkret olaraq məhkəmədən nə xahiş etdiyini ərizəsində göstərməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin özünün və ya onun tərəfindən qanunla müəyyən edilmiş qaydada səlahiyyət verilmiş nümayəndəsinin həmin qərardan şikayət vermək üçün subyektiv hüququ müəyyən edilmişdir. Lakin hazırki şikayət ərizəsindən kimin barəsində qərar qəbul edilməsi, şikayətçi X1 özü və ya qardaşı Rasim Ağayev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilmədiyi, əgər sonuncu barəsində qərar qəbul edilmişdirsə, hansı inzibati xətanın törədilməsinə görə qərar qəbul edilməsi və Rasim Ağayevin özünün həmin qərardan şikayətinin olub-olmamasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda, İXM-nin tələblərinə görə inzibati xəta haqqında protokoldan deyil, yalnız inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nə görə iki müxtəlif şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilir.Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Həmçinin yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə protokol tərtib edildiyi qeyd edilsə də, həmin protokol əsasında qərar qəbul edilib-edilmədiyi göstərilməmiş, eyni zamanda hər hansı bir qərar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə şikayətçinin barəsində şikayət etdiyi protokol əsasında qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə şikayətçi Rusif Ağayev ərizəsində Yasamal rayon ərazisində faktiki olaraq yaşamasını qeyd etməsinə baxmayaraq, ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətdən müəyyən edilir ki, o, Masallı rayon ərazisində yaşayış yeri üzrə qeydiyyatdadır. X7 ərizəsinə yaşadığı faktiki ünvan üzrə hər hansı bir mötəbər təsdiqedici sənəd əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. 129.1.3-cü maddəyə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət baxılmadan geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar