Məhkəmə qərarları › İş №3(004)-1924/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1924/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1924/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx xxxxxxxx 1962-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən 19 avqust 2021-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 1) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8369/2016 saylı, 29.07.2016- cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, 46, 558-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən binanın 1-ci blok, 6-cı mərtəbə, 66.9 kv.m 28 saylı mənzilin X1 və istifadəsinə verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; 2) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-248/2018 saylı, 14.05.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, 46, "xxxx" MMC tərəfindən inşa edilən binada 216.8 kv.m olan mənzilin X6 və X3 və istifadəsinə verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; 3) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2456/2015 saylı, 01.06.2015ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, 46, 558-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən binanın 182 kv.m sahəsi olan 4 otaqlı mənzilin X2 verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; 4) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4133/2016 saylı, 17.10.2018ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, 46, 558-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən binanın 1-ci blok, 12-ci mərtəbə, 66.2 kv.m, 1 otaqlı, 53 saylı mənzilin X4 və istifadəsinə verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; 5) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1719/2019 saylı, 14.05.2019cu il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanda yerləşən binanın tamamlama işlərinin yerinə yetirilməsi, o cümlədən, binanı elektrik enerjisi ilə təmin etmək üçün yarımstansiyanın tikilməsi, su anbarının tamamlanıb istifadəyə verilməsi, binanın qazlaşdırılması ilə bağlı işlər və binanın yük liftinin quraşdırılmasının təmin edilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; 6) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2857/2020saylı, 03.11.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC tərəfindən tikilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 m2 olan qeyriyaşayış sahəsinin X13 təhvil verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Qeyd olunan icra sənədlərinin məcburi icrasını təmin etmək mümkün olmamış, borclu "xxxx" MMC tərəfindən də könüllü icrası təmin edilməmişdir. Bu barədə müvafiq aktlar tərtib edilmişdir. Məhkəmə tərəfindən icra məmuruna əlavə sübutların təqdim edilməsi təklif edilsə də icra məmuru əlində olan sübutların yalnız inzibati xəta haqqında protokol tərtib edilərkən həmin protokola əlavə edilərək məhkəməyə təqdim edilmiş sənədlərdən ibarət olmasını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 1) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8369/2016 saylı, 29.07.2016- cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, 46, 558-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən binanın 1-ci blok, 6-cı mərtəbə, 66.9 kv.m 28 saylı mənzilin X1 və istifadəsinə verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; 2) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-248/2018 saylı, 14.05.2018-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, 46, "xxxx" MMC tərəfindən inşa edilən binada 216.8 kv.m olan mənzilin X6 və X3 və istifadəsinə verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; 3) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2456/2015 saylı, 01.06.2015ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, 46, 558-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən binanın 182 kv.m sahəsi olan 4 otaqlı mənzilin X2 verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; 4) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4133/2016 saylı, 17.10.2018ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, 46, 558-ci məhəllədə yerləşən "xxxx" MMC tərəfindən inşa edilən binanın 1-ci blok, 12-ci mərtəbə, 66.2 kv.m, 1 otaqlı, 53 saylı mənzilin X4 və istifadəsinə verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; 5) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1719/2019 saylı, 14.05.2019cu il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanda yerləşən binanın tamamlama işlərinin yerinə yetirilməsi, o cümlədən, binanı elektrik enerjisi ilə təmin etmək üçün yarımstansiyanın tikilməsi, su anbarının tamamlanıb istifadəyə verilməsi, binanın qazlaşdırılması ilə bağlı işlər və binanın yük liftinin quraşdırılmasının təmin edilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır; Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 306.2 və 313-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə 05 il müddətinə və Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza Cinayət Məcəllənin 306.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza ilə qismən toplanılmaqla, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən, təyin edilmiş əlavə cəza əsas cəzaya birləşdirilməklə, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 22 noyabr 2019-cu il tarixdən 08 fevral 2021-ci tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş qəti cəzadan çıxılmaqla, ona 05 (beş) il 03 (üç) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, ona təyin edilmiş 05 il 03 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunaraq 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmuş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-587/2021 saylı, 16.09.2021-ci il tarixli qərarına əsasən Məhkum Şəxs müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum Şəxs barəsində olan 08 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. Məhkum Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar qismən toplanılmıqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Onun 22 noyabr 2019-cu il tarixdən 08 fevral 2021-ci tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 02 (iki) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 04 (dörd) il 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkum Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Lakin, icra məmuru qeyd olunan xüsusatları nəzərə almadan, həmin xüsusatlar üzrə hər hansı araşdırma aparmadan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İndiki halda isə iş üzrə toplanmış materiallara əsasən icra sənədləri üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Araz-T.İ.” MMC MMC-nin qanuni təmsilçisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qaytarılsın. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar