Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1926/2020 19.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət X8 (BDYPİ) tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli protokoldan verilmiş şikayətinəişin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X3 xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində ona məxsus “Hyundai Tucson” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Yasamal rayonu Fizuli küçəsində hərəkətdə olarkən heç bir yol hərəkəti qaydasını pozmamasına baxmayaraq **-YP-*** qeydiyyat nişanlı yol patrul avtomobilində xidmətdə olan YPX-nin 2 nəfər, birinin adı X4 olan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra həmin polis əməkdaşları onu alkotester vasitəsilə yoxlayıb 0,4% içkili olmasını bildirmişlər. Lakin o, buna etiraz edərək göstəricinin düzgün olmadığnı bildirmişdir. O, özü həkim yoxlanışından keçməyi təklif etməsinə baxmayaraq, polis əməkdaşları bundan imtina etmiş və barəsində protokol tərtib edilmişdir. Alkotesterin göstəricisi protokolda qeyd edilmiş, o, isə həmin aparatda göstəricini gördüyündən onu imzalamışdır. Daha sonra onu xidməti avtomobildə otuzdurub təkidlə diqqətə edərək öz dediklərini yazdırmışlar, ona məxsus nəqliyyat vasitəsini isə cərimə meydançasına aparmışlar. O, alkotesterin göstəricisinə şübhə ilə yanaşdığından könüllü olaraq özü həkim müayinəsindən keçmiş və orada sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Tibbi müayinə nəticəsini polis əməkdaşlarına təqdim etməsinə baxmayaraq iki saat vaxt keçməsini və yararsız olmasını əsas gətirərək sənədi ondan qəbul etməkdən imtina etmişlər. İnzibati xəta haqqında protokola dair məhkəməyə şikayət ərizəsi ilə müraciət etməsinə baxmayaraq, qərar olmadığından ərizə baxılmadan geri qaytarılmışdır. Belə ki, ona DYPİ-dən qərar təqdim edilməmişdir. X2 Alış oğlu göstərilənlərə əsasən məhkəmədən barəsində qəbul edilmiş qərarın DYPİ-dən alınması, qərarın verilməsi vəzifəsinin DYPİ-nin üzərinə qoyulması və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini, xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və əlavə olunmuş digər materialları işi məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, hesab edir ki, şikayətə baxılması qeyrimümkündür vəbaxılmadan müraciət müəllifinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət X8 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmiş və həmin inzibati iş məhkəmənin icraatına qəbul edilərək 3(004)-1552/2020 nömrə altında qeydə alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(004)-1552/2020 nömrəli qərardadından isə müəyyən edilir ki, xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, protokol əsasında əmələ hüquqi qiymət verilmədən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət X7 geri qaytarılmışdır. Göründüyü kimi, X1 şikayət etdiyi barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə onun əməlinə hüquqi qiymət verilməsinə dair müvafiq qərar hazıradək nə səlahiyyətli inzibati orqan, nədə ki, məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan RespublikasıİXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmişşəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işüzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında işüzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında işüzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin hazırki işin hallarından müəyyən edilir ki, X1 şikayət etdiyi barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə onun əməlinə hüquqi qiymət verilməsinə dair müvafiq qərar hazıradək nə səlahiyyətli inzibati orqan, nədə ki, məhkəmə tərəfindən qəbul edilməmişdir. Məhkəmə şikayətçi B.A.Qəhrəmanovun qəbul edilmiş qərarın DYPİ-dən alınması və qərarın verilməsi vəzifəsinin DYPİ-nin üzərinə qoyulmasına dair tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin tələblərinə görə qeyd edilən mübahisələrə ümumi məhkəmələr tərəfindən baxılması və inzibati orqanın üzərinə müəyyən vəzifə qoyulması, o cümlədən müəyyən hərəkəti etmək və ya çəkindirmək vəzifəsinin qoyulması nəzərdə tutulmamışdır. Qeyd olunan mübahisə “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində səlahiyyətli yuxarı inzibati orqan və ya digər aidiyyəti məhkəmə tərəfindən baxılaraq həll edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, yəni, barəsində başlanılmış inzibati xəta haqqında işüzrəqərar qəbul edildikdən sonra, həmin qərardan narazı qaldığı təqdirdə yaşayış yeri üzrə müvafiq məhkəməyə şikayət edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1926/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1926/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver