Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1926/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X13, zərərçəkmiş şəxslər - X2, X1, X7, zərərçəkmiş şəxs X3 nümayəndəsi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X8, tərcüməçi – Sarabjit Kumarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (MMC) qanuni təmsilçisi Raghavan Seetharamanın iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələbləri pozularaq X5, X4, X9 və X14 Şəxs MMC-də əmək müqavilələri bağlanmadan, yəni əmək müqaviləsi qüvvəyə minmədən Şəxs MMC-də müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X19 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə X9, X5 və 02.08.2021-ci ildə X4 ərizə ilə Xidmətə müraciət edərək bildirmişlər ki, Şəxs MMC-nin Salyan rayon Kürsəngi ərazisində icarəyə götürdüyü 115 hektar torpaq sahəsində arpa əkini ilə məşğul olmuşlar. Seetharaman Raghavan əvvəlcə onlara gəlirin 50%-ni verəcəyini bildirsə də, sonradan əkinin bitdiyini görəndə onlara gəlirin 50%-ni deyil, hər ay əmək haqqı kimi 800 manat pul verəcəyini bildirmişdir. Beləliklə, onlarla əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bu müddət ərzində onlara əmək haqqı ödənilməmişdir. Daxil olmuş müraciət əsasında aidiyyəti üzrə Xidmətin Bakı şəhər idarəsində müvafiq araşdırma aparılmış və araşdırma zamanı şikayətçilər göstərilən xüsusatları bir daha yazılı izahatlarında təsdiq etmişlər. Araşdırma ilə müəyyən edilmişdir ki, şikayətçilər, yəni X4, X9 2021-ci ilin sentyabr ayının 1-dən etibarən müxtəlif günlərdən başlayaraq, 16.06.2021-ci il tarixədək Şəxs MMC-nin Salyan rayon Kürsəngi ərazisində icarəyə götürdüyü 115 hektar torpaq sahəsində əmək müqaviləsi olmadan işə cəlb olunmuşlar. Cəmiyyətin direktoru Seetharaman Raghavan isə idarə rəisi tərəfindən qəbul edilmiş 23.08.2021-ci il tarixli ******* nömrəli qərarla İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X19 göstərilənlərə əsasən Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi Seetharaman Raghavan izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cəmiyyətin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, barəsində şikayət verilmiş şəxslər özləri könüllü olaraq ona köməklik göstərmişlər, X5 ilə müqavilə bağlansa da kənar işlərə cəlb edilməmiş və ona razılaşdırılmış əmək haqqı məbləği ödənilmişdir. Seetharaman Raghavan özünü təqsirli bilməyərək barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, o, dostu A.Ağayevlə birlikdə Şəxs MMC-nin Salyan rayon Kürsəngi ərazisində icarəyə götürdüyü 115 hektar torpaq sahəsində arpa əkini ilə məşğul olmuşlar. Seetharaman Raghavan əvvəlcə onlara gəlirin 50%-ni verəcəyini bildirsə də, sonradan əkinin bitdiyini görəndə onlara gəlirin 50%-ni deyil, hər ay əmək haqqı kimi 800 manat pul verəcəyini bildirmişdir. Onlarla əmək müqaviləsi bağlanmadan əkin başlandığı vaxtdan yəni 01.06.2021-ci il tarixdən 16.06.2021-ci il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. O, bu müddət ərzində onlara əmək haqqı ödənilmədiyindən şikayətçidir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, o, Şəxs MMC-də 31.08.2020-ci ildən əmək müqaviləsi üzrə menecer vəzifəsində olmasına baxmayaraq, cəmiyyətin icarə götürdüyü Salyan rayon Kürsəngi rayon ərazisində yerləşən torpaq sahəsində fəhlə işləmişdir. Onunla birlikdə orada H.Abdullayev və A.Ağayevdə işləmişdir. Lakin onlarla əmək müqaviləsi bağlanmamışdır. Seetharaman Raghavan onun da əmək haqqını ödəməmişdir. Bu haldan şikayətçidir. Əkin sahəsində son iş günü 16.06.2021-ci il tarix olmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 nümayəndəsi vəkil X15 da çıxışında X3 01.09.2020-ci il tarixdən 16.06.2021-ci ilədək dostu H.Abdullayevlə birlikdə Şəxs MMC-nin Salyan rayon Kürsəngi ərazisində icarəyə götürdüyü 115 hektar torpaq sahəsində arpa əkini ilə bağlı işlərin görülməsində əmək müqaviləsi olmadan cəlb edildiyini bildirmişdir. Belə ki, Seetharaman Raghavan əvvəlcə onları aldadaraq gəlirin 50%-ni verəcəyini bildirsə də, sonradan əkinin bitdiyini görəndə onlara gəlirin 50%-ni deyil, hər ay əmək haqqı kimi 800 manat pul verəcəyini bildirmişdir. Onlarla əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bu müddət ərzində onlara əmək haqqı ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən X14 da izahatında digər zərərçəkmiş şəxslərin izahatında göstərilənləri təsdiq edərək bildirmişdir ki, qeyd olunan əkin sahəsində 01 iyun 2021-ci il tarixdən etibarən biçin işlərində işlərin görülməsinə cəlb edilmiş və son iş günü 16.06.2021-ci il tarixi olmuşdur. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından müəyyən edilir ki, X4 və digəriləri ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət edərək bildirmişlər ki, Şəxs MMC-də əmək müqavilələri bağlanmadan, yəni əmək müqaviləsi qüvvəyə minmədən Cəmiyyətində müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, lakin hazıradək əmək haqları ödənilməmişdir. Zərərçəkmiş şəxslərin təqdim etdikləri fotoşəkillər məhkəmə iclasında tədqiq edildikdə onların Şəxs MMC-nin Salyan rayon Kürsəngi ərazisində icarəyə götürdüyü 115 hektar torpaq sahəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, X4 və digəriləri Salyan rayon Kürsəngi ərazisində torpaq sahəsində VİN TRACK TRADİNG AZ» MMC tərəfindən əmək müqavilələri bağlanmadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Həmçinin işin hallarından müəyyən edilir ki, inzibati xəta hadisəsi 16 iyun 2021-ci il tarixdə başa çatmışdır. Xəta hadisəsi isə şikayətçilərin aidiyyəti quruma ünvanlamış müraciətinin 02 avqust 2021-ci il tarixdə DƏMX-nə daxil olması nəzərə alınaraq həmin tarixdə aşkar edilmişdir. Göründüyü kimi, hazırki xətaya münasibətdə İXM-nin 38-ci maddəsinə əsasən cəlbetmə müddəti başa çatmamışdır. İş materiallarında olan X10 ilə Şəxs MMC-nin direktoru Seetharaman Raghavan arasında bağlanmış 19 avqust 2020-ci il tarixli icrarə müqaviləsindən müəyyən edilir ki, X10 ona məxsus Salyan rayon Kürsəngi ərazisində icarəyə götürdüyü 115 hektar torpaq sahəsini hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu X20, ev 23, mənzil 1 olan Şəxs MMCyə icarəyə vermişdir. İş materiallarında olan 12.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan və DƏMX-nin Bakı şəhər idarəsinin rəisi tərəfindən qəbul edilmiş 23.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan müəyyən edilir ki, eyni fakta görə Şəxs MMC-nin direktoru Seetharaman Raghavan İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Ağabəy Ağayev, Habil Abdullayev, Mehri Ağadadaşova və Məhərrəm Əliyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, tərəflər razılaşaraq Salyan rayonu Kürsəngi ərazisində Valeh Gülbala oğluna məxsus 115 ha sahəni icarə müqaviləsi rəsmiləşdirərək arpa əkmişlər, 13.06.2021-ci il tarixdən həmin sahənin biçilməsi, 115 hadan təxminən 35-40 hektarının suvarılan hissəsinin məhsulunun toplanılması başlanılmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1926/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1926/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver