Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1927/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1nın (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Baş Gömrük idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/019618 nömrəli 22 iyul 2021-ci il tarixli raportda “NİNA" firmasının ünvanına 99SD794/99ZD794 nömrəli nəqliyyat vasitəsi ilə gəlmiş yüklərin **********1782 sorqu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməsi zamanı **********1331 soqu nömrəli qısa idxal bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsinin MR698/796YES kimi səhv qeyd edildiyi bildirilmişdir. “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi" informasiya resursundan çıxarışlara əsasən, Bakı Bas Gömrük idarəsində **********1782 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış’ gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 99SD794/99ZD794 nömrəli nəqliyyat vasitəsi ilə 08 iyul 2021-ci il tarixdə saat 13:23-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətırilməzdən əvvəl yükə dair **********1331 sorğu nömrəli qısa idxal bəyannaməsi 06 iyul 2021-ci il tarixdə saat 23:46-da tərtib edilərək, 07 iyul 2021-ci il tarixdə saat 09:18-də gömrük orqanına elektron formada verilmişdir. Yüklər 99SD794/99ZD794 nömrəli nəqliyyat vasitəsində gətirildiyi halda, **********1331 sorğu nömrəli qısa idxal bəyannaməsində malların MR698/796YES nömrəli nəqliyyat vasitəsində gətirildiyi bəyan edilməklə mallar Azərbaycan Respublikasının qömrük ərazisinə gətirilərkən idxalatçı tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bununla da "xxxx" Firması İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 10.08.2021-ci il tarixli, 00100-1562/21 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə)və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. "xxxx" Firmasının həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 10.08.2021-ci il tarixli, 00100-1562/21 saylı inzibati xəta haqqında protokolla, 34/012/019618 nömrəli 22.07.2021-cı il tarixli raport, **********1782 və **********1331 sorğu nömrəli bəyannamələr, Gömrük Xidmətinin "Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" X2 Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək, 250 manat (iki yüz əlli) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1927/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1927/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver