Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1928/2022 13.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 44 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 16462,81 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından 26.02.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 16462,81 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 07.04.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və eyni zamanda vəkili X2 məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07.04.2022-ci il tarixli, EP 003872 nömrəli inzibati xəta haqqında protokol daxil olmuş və "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş edilmişdir. Hazırda həmin iş icraatdadır. Bildirmişdir ki, 01.11.2018-ci il tarixdə Avstriyada fəaliyyət göstərən “SOFTPROM GMBH” şirkəti ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC arasında 11118- AZHW nömrəli təchizat müqaviləsi bağlanmışdır. Tərəflərin razılığına əsasən göndərilən hər bir partiya mal üçün tərəflər arasında Müqaviləyə Əlavə imzalanır. Həmin müqaviləyə 30.12.2019-cu il tarixli, 28-11118-AZHW nömrəli Əlavəyə əsasən müvafiq mallar 21.02.2020-ci il tarixli avia-qaimə əsasında Azərbaycan Respublikasına göndərilmişdir. 24.02.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən “SOFTPROM GMBH” şirkətinin bank hesabına 13.02.2020-ci il tarixli invoys əsasında 16.462,81 (on altı min dörd yüz altmış iki min dollar səksən bir sent) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. 26.02.2020-ci il tarixdə müvafiq mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. 26.02.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən gömrük rəsmiləşdirilməsinə görə bütün gömrük ödənişləri ödənilmiş və 27.02.2020-ci il tarixli gömrük bəyannaməsinə əsasən həmin mallar gömrük orqanına bəyan edilmişdir. 27.02.2020-ci il tarixli gömrük bəyannaməsinin 44-cü bəndində qeyd edilən sənədlərdən (2016-aviaqaimə, 4011-01.11.2018-ci il tarixli təchizat müqaviləsi, 4999- təchizat müqaviləsinə 30.12.2019-cu il tarixli, 28-11118-AZHW nömrəli Əlavə, 8001- 13.02.2020-ci il tarixli İnvoys) göründüyü kimi 16.462,81 (on altı min dörd yüz altmış iki min dollar səksən bir sent) ABŞ dolları vəsaiti hesabına mal alınmış və həmin mallar ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyət o zaman yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar Azərbaycan Respublikası ərazisinə idxal edilməsin. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı dedikdə-gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd etdiklərindən göründüyü kimi "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Buna görə də hesab edir ki, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən icraatında olan "xxxx" MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan "xxxx" MMC-nin Şəxs MMC-yə ünvanladığı 12.05.2022-ci il tarixli məktubuna əsasən 2020-ci ilin fevral ayında Şəxs şirkətinin adına onların şirkəti tərəfindən 20/0134 FEB nömrəli invoys altında olan (01.11.2018-ci il tarixli, 11118-AZHW nömrəli müqavilə, 30.12.2019-cu il tarixli, 28-11118-AZHW nömrəli müqaviləyə əlavə) yükün Bakıya gətirilməsi və gömrük rəsmiləşdirilməsi təşkil olunmuşdur. Yük 21 fevral 2020-ci ildə ***-*******6 nömrəli avia qaimə altında daşınması həyata keçirilmiş və 27 fevral 2020-ci ildə Bakı Heydər Əliyev Adına hava limanına çatdırılaraq “X4” şirkətin anbarına daxil olub (aviaqaimədə möhürlü təsdiqi əks olunub). Sözügedən yükün X6 Bəyannaməsi 25 fevral 2020-ci il tarixində **********3687 nömrəsi ilə sistemə daxil olunaraq (bəyannamənin 54-ci bəndi), 27 fevral 2020-ci ildə təsdiqlənib (bəyannamənin 50-ci bəndi). 28 fevral 2020-ci il tarixində gömrük rəsmiləşdirilməsi başa çatıb, və yükün buraxılışı Gömrük Orqanları tərəfindən təstiqlənib. Məktuba əlavə olaraq yükü müşaidə edən sənədlərin nüsxələrini və təhvil təslim aktını təqdim etmişlər. İş materiallarında olan hazırkı protokolda göstərilən Azərbaycan Respublikasından kənara qabaqcadan edilmiş ödəniş barədə 26.02.2020-ci il tarixli (köçürmə sənədi) ödəniş tapşırığı məlumatlarına əsasən 16462,81 ABŞ dolları məbləğində valyuta 01.11.2018-ci il tarixli 1118-AZHW saylı müqavilə əsasında “Softprom Distribution GMBH” şirkətinə “ kimi köçürülmüşdür. İş materiallarında olan 27.02.2020-ci il tarixli **********3687 saylı gömrük bəyannaməsinə əsasən yuxarıda göstərilən köçürmə sənədində göstərilən ödəniş təyinatı qeyd edilmiş müqavilə üzrə köçürmə sənədində göstərilən məbləğdən də mal, gömrük bəyənnaməsi tarixində ölkəyə idxal edilmişdir. Lakin gömrük bəyənnaməsinin 20-ci qrafasındakı qeydə əsasən həmin “malların dəyəri ödənilməmişdir”. Çünki həmin qrafada “120” rəqəmi yazılmışdır. “Yük gömrük bəyannamələrinin doldurulması Qaydaları”na əsasən həmin qrafada qeyd edilən “120” rəqəmi həmin gömrük bəyənnaəsində göstərilən “malların dəyəri ödənilmədiyini” göstərir. “100” rəqəmi qeyd edilsəydi, bu onu göstərərdi ki, “malların dəyəri əvvəlcədən ödənilmişdir, “110”” rəqəmi qeyd edilsəydi bu onu göstərərdi ki, “malların dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir”. Hazırkı iş üzrə köçürmə sənədində “avans ödənişi” qeyd edilmişdir. Yəni əvvəlcədən ödəniş kimi pul köçürülmüşdür. Lakin göründüyü kimi gömrük bəyənnaməsi ilə bəyan edilən yüklərə görə “120” rəqəmi qeyd edilməklə “malların dəyərinin ödənilmədiyi” göstərildiyindən, həmin gömrük bəyənnaməsi 26.02.2020-ci il tarixlə köçürmə sənədinə aid edilə bilmir. Bu səbəbdən də 26.02.2020-ci il tarixdə xaricə köçürülmüş valyuta müqabilində 27.02.2020-ci il tarixli **********3687 saylı gömrük bəyannaməsi, həmin valyutaya görə malların idxalını təsdiq edən sənəd kimi qəbul edilə bilmir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28.11.2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci il tarixdə edilmiş dəyişiklikdən sonra həmin bənddə nəzərdə tutulmuş müddət 02 il müəyyən edilmişdir. Həmçinin geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri həyata keçirilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin 04.03.2022-ci il tarixli, M/12-1711 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 16462,81 ABŞ dolların 20% məbləğində, yəni 3292,56 ABŞ dolları (üç min iki yüz doxsan iki dollar 56 sent) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1928/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1928/2022
13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver