Məhkəmə qərarları › İş №3(004)-1929/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1929/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1929/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X4 oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X2 AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AQTAnın Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayətçi "xxxx" MMC-nin direktoru X2 və şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə qərarından şikayətçi və şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. "xxxx" MMC-nin direktoru X2 "Elektron Məhkəmə İnformasiya Sistemi" vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, X1 AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərardan şikayət vermə ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X1 AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayət verməsinə dair ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar