Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1931/2021 26.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X12 oğlunun Şikayətçi "xxxx" MMC-nin direktoru X3 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İmişli Regional Ərzai şöbəsi tərəfindən qəbul edilən MN ******* saylı, 04.08.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" MMC-nin direktoru X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İmişli Regional Ərzai şöbəsi tərəfindən qəbul edilən MN ******* saylı, 04.08.2021-ci il tarixli qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru X10 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin hüquqi qeydiyyatda olmaqla Saatlı rayonunda fəaliyyət göstərir. 17.02.2021-ci il tarixdə Saatlı səhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X11 ilə əmək müqaviləsi bağlanmış və o şirkətdə fəhlə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsi üzrə sənədləşmə işləri yekunlaşmadığı üçün ona hər hansı işin aparılmasını tapşırılmamışdır. 22.02.2021-ci il tarixdə o, Bakı şəhərində olduğu və işə başlamaq haqda hər hansı göstəriş vermədiyi halda Rəmzi dama qalxmış və oradan yerə yıxılaraq aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Bundan sonra X9 Xidmətinin İmişli regional ərazi şöbəsindən ünvanlarına 08.04.2021-ci il tarixli, ********** saylı məkub daxil olmuş, baş vermiş hadisə ilə bağlı həmin ərazi şöbəsində araşdırma aparılacağı qeyd olunmuşdur. 010 saylı, 21.04.2021-ci il tarixli məktub ilə onlar X9 Xidmətinin İmişli regional ərazi şöbəsinə cavab verib, həqiqətən də belə bir hadisənin baş verdiyini təsdiq etmişlər. Daha sonra X9 Xidmətindən 30.04.2021-ci il tarixli, **********70 saylı məktub daxil olmuş və X4 təcrübə keçməsi üçün təhsil müəssisəsi ilə bağlanmış müqavilənin surətinin təqdim edilməsi xahiş edilmişdir. Onlar 14.05.2021-ci il tarixli məktubda belə bir müqavilənin bağlanmadığını bildirmişlər. X9 Xidməti ******* saylı, 29.06.2021-ci il tarixli qərar qəbul edərək vəzifəli şəxs kimi direktor X5 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilib, 3000 manat məbləğində cərimə etmişdir. Həmin qərardan verilmiş şikayət Bakı şəhər Yasamal rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qərarı ilə təmin edilmiş və inzibati işin icraatına xitam verilmişdir. Daha sonra X9 Xidmətinin İmişli Regional Ərazi şöbəsi 04.08.2021-ci il tarixdə direktor Rişar Ruindeji yenidən 3000 manat cərimə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1931/2021 nömrəli 06.09.2021-ci il tarixli qərarından görünür ki, X10 tərəfindən verilmiş şikayət təmin olunmuş, X9 Xidmətinin İmişli Regional Ərzai şöbəsi tərəfindən qəbul edilən MN ******* saylı, 04.08.2021-ci il tarixli qərarı ləğv edilmiş və başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2412/21 nömrəli 29.10.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti İmişli Regional Ərazi şöbəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin İmişli Regional Ərazi şöbəsinin 04 avqust 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 06 sentyabr 2021-ci il tarixli, 3(004)-1931/2021 saylı qərarı ləğv edilmiş, inzibati xətaya dair iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X10 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək X9 Xidmətinin İmişli Regional Ərazi şöbəsinin 04.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi X6 bildirmişdir ki, Saatlı rayon Prokurorluğundan Saatlı şəhəri, ünvan 2 ünvanda yaşamış X4 ünvan 3 quşçuluq müəssisəsinin binasında təmir işləri apararkən binanın dam hissəsindən hündürlükdən yerə yıxılması nəticəsində aldığı xəsarətdən ölümü ilə nəticələnmiş bədbəxt hadisə barədə daxil olmuş 23 fevral 2021-ci il tarixli, ********* nömrəli məktub əsasında X9 Xidməti tərəfindən aparılmış təhqiqat zamanı "xxxx" MMC-nin direktoru X10 tərəfindən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, R.Məmiyev 17 fevral 2021-ci il tarixdən 1 (bir) ay müddətinə "xxxx" MMC-yə çilingər-fəhlə vəzifəsi üzrə təcrübə keçməyə cəlb edilmişdir. Bununla da əmək məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçi X11 müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkarlanmışdır. İş araşdırılarkən əldə olunmuş sənədlər əsasında inzibati xətanın əlamətləri olması müəyyən edilmiş, qanun pozuntusu ilə əlaqədar "xxxx" MMC-nin direktoru X10 barəsində İXM-nin 192.1-ci maddəsi ilə 04 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cəmiyyətin rəhbəri X3 təqdim etdiyi “Əmək münasibətləri yaratmayan təcrübə keçən tələbə üçün müqavilə”dən məlum olmuşdur ki, R.Məmiyev 17.02.2021-ci il tarixdən bir ay müddətinə "xxxx" MMC-yə çilingər-fəhlə vəzifəsi üzrə təcrübə keçməyə cəlb edilmişdir. Bildirilir ki, “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.09.2008-ci il tarixli, 221 saylı Qərarının 3.2 bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr arasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq istehsalat müəssisələri dövlət və qeyri dövlət, ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. Lakin qeyd edilənlərlə bağlı tərəfimizdən Cəmiyyətə göndərilmiş rəsmi sorğu məktubları cavabsız qalmış, zərərçəkən R.Məmiyevin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəmiyyət rəhbəri R.T.Ruindej tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkarlanmışdır. Qeyd olunan bu faktlar hakim tərəfindən inzibati xəta haqqında işin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılmadığını, sübutların düzgün qiymətləndirilmədiyini göstərir Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti İmişli Regional Ərazi şöbəsinin 04 avqust 2021-ci il tarixli, MN ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materiallarında olan “Əmək münasibətləri yaratmayan təcrübə keçən tələbə üçün müqavilə”-nin surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X1 Rəmzi Ramiz oğlunu 17.02.2021-ci tarixdən "xxxx" MMC-də çilingər-fəhlə vəzifəsinə işə qəbul etmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci tarixli qərarından görünür ki, Saatlı Rayon Məhkəməsinin qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 20.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan "xxxx" MMC direktoru X10 apellyasiya qaydasında şikayət vermiş, lakin şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X10 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən X11 işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş MN ******* saylı, 04.08.2021-ci il tarixli qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 04.08.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1931/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1931/2021
26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver