Məhkəmə qərarları › İş №3(004)-1932/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1932/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1932/2020 09.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi və şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və yekun qərar qəbul edilənədək qərarla təyin edilmiş cərimə məbləğinə dəbbə pulunun hesablanmasının dayandırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə Ziya Bünyadov prospektində ona məxsus olan “BMW 525” (minik) markalı avtomobili ilə hərəkət edərkən saat 17:30 radələrində YPX-nin müvəqqəti qeyri-stasionar postunda saxlanılmış və Nərimanov RPİ DYPŞ-nin YPX-nin inspektoru X5 tərəfindən barəsində İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. O, bu barədə öz etirazını bildirsə də ona heç bir sənəd təqdim olunmadan elektron qaydada barəsində qərarsız protokol tərtib edilmişdir. O, xx xxxx 2020-ci il tarixdə qeyd olunan əsassız tərtib olunmuş protokol üzrə sübutları göstərməklə şikayətini yuxarı instansiya qurumuna bildirmişdir. Belə ki, icazələrin alınması və monitorinqi sistemindən əldə edilmiş elektron arayışda onun karantin dövründə Bakı şəhəri üzrə sərbəst hərəkət etmək icazəsinin olması qeyd olunmuşdur. Lakin ona məlum olmayan texniki səbəblərə görə icazəsi mərkəzi portal sistemində əks olunmamışdır. Belə ki, ona məlum olmayan səbəbdən sistemdə onun icazəsi “Göndərilmiş” statusunda əks olunmuş, lakin o, icazəsini çap edən zaman “təsdiqlənmiş” statusunda göstərilmişdir. Bu hal isə Sistemdə texniki nasazlığın olmasını aydın göstərir, hər iki statusda olan icazələrin olması haqqında Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə ünvanladığı şikayətdə də bildirmişdir. Bundan əlavə o, şikayətində bildirmişdir ki, əvvəlki karantin dövründə də onun sərbəst hərəkətinə icazəsi olmuşdur bu barədə YPX-nin müvəqqəti qeyri-stasionar postunda inspektorun diqqətinə dəfələrlə çatdırmışdır. Həmçinin qeyd edilmişdir ki, koronavirus (Covid-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə bəzi hərəkət məhdudiyyətləri tətbiq edilən bütün dövrlərdə onun məşğul olduğu fəaliyyət sahəsi nəzərə alınaraq hətta şənbə və bazar günlərində onun sərbəst hərəkətinə icazə verilmişdir. Yalnız xx xxxx 2020-ci il tarixdə qüvvədə olan icazə naməlum texniki səbəblərə görə mərkəzi sistemdə yoxlanış aparan zaman görsənməmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-də xx xxxx 2020-ci il tarixdə onun müraciətinə baxıldıqdan sonra bütün materiallar Nərimanov RPİ-nə göndərilmişdir. Lakin buna baxmayaraq xx xxxx 2020-ci il tarixdə, yəni bir gün sonra həmin protokol üzrə qərar qəbul edilib qüvvəyə minmişdir. Nərimanov RPİ-si tərəfindən xx xxxxxx 2020-ci il tarixdə onun elektron ünvanına xx xxxx 2020-ci il tarixli cavab məktubu göndərilmişdir. Baxmayaraq ki, onun ilkin şikayəti xx xxxx 2020-ci il tarixdə BDYPİ-nə ünvanlanmışdır. Ona ünvanlanmış cavabda Nazirlər Kabinetinin müxtəlif tarixli qərarlarına istinad edilmişdir. Lakin son xüsusi karantin dövrünün bəzi hərəkət məhdudiyyətlərini uzadan qərarların tarixi xx xxx 2020-ci il tarix qeyd olunmuş, halbuki inzibati xəta xx xxxx 2020-ci il tarixdə baş vermişdir. Bundan əlavə cavabda yol patrul xidməti əməkdaşının qanunsuz hərəkətləri ilə bağlı müraciətdə göstərilən xüsusatların təsdiqlənməməsi qeyd olunmuşdur, lakin o, şikayət ərizəsində DYPİ-nin əməkdaşının hər hansı bir qanunsuz hərəkətləri ilə bağlı müraciətində qeyd etməmiş, yalnız Mərkəzi elektron sistemində texniki nasazlıq olduğunu əsas gətirmişdir. Bu isə onu göstərir ki, Nərimanov RPİ-si tərəfindən cavablandıran şikayət qeyd olunan sübutlara istinad edilməmiş, xx xxxxxxxx 2015-ci il tarixli 1308-İVQ nömrəli Qanunun 10-cu maddəsinin müraciətlərə müəyyən edilmiş müddətdə mahiyyəti üzrə baxılması və onların cavablandırılması tələbləri pozularaq şablon şəkildə cavab verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 191 nömrəli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarın 4-cü bəndinə əsasən həmin Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin sərbəst hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilmişdir. O, xx xxxx 2020-ci il tarixdə qüvvədə olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə onun tutduğu vəzifə həmin qərarın icazə verilən şəxslərin siyahısında olduğu üçün işəgötürən tərəfindən elektron imza ilə onun məlumatları “icaze.e-gov.az” portalına daxil edilib təsdiqlənmişdir. Buna baxmayaraq onun barəsində əsassız olaraq ******* nömrəli İXP seriyalı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, X4 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, eyni zamanda məhkəmə tərəfindən hazırki mübahisəyə baxılıb həll edilənədək barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş cərimə məbləğinə dəbbə pulunun hesablanmasının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü tələblərinə uyğun olaraq işə qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsində qeyd olunmuş dəlillərə uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətində idarə heyətinin sədri vəzifəsində işləmişdir. May-iyun ayları ərzində həftənin bəzi şənbə və bazar günlərində Nazirlər Kabinetinin müvafiq qərarları ilə elan edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimləri günlərində də onun xidməti fəaliyyətinə icazə verildiyindən o, işəgötürən olaraq öz anket məlumatlarını və həmin tarixlərdə binanın təhlükəsizliyinə məsul olacaq gözətçinin anket məlumatlarını “e-icazə.gov.az” portalına daxil edərək sərbəst hərəkətləri üçün xüsusi icazə əldə etmiş və onların icazələri müvafiq qaydada təsdiqlənmişdir. Həftənin şənbə gününə təsadüf edən xx xxxx 2020-ci il tarixdə ictimai nəqliyyatın fəaliyyəti dayandığından, bir qədər kənarda yaşayan gözətçi Yusif Yusipovun yaşadığı mənzildən iş yerinə gətirilməsi zərurəti yarandığından idarə etdiyi nəqliyyat vasitəsilə gözətçini götürüb geri qayıdarkən Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları onun icazəsinin olub-olmamasını yoxladıqda gözətçinin icazəsi portalda görünsə də onun icazəsi portalda məlum olmayan texniki səbəbdən görünməmişdir. O, bu vaxt qüvvədə olan icazənin təsdiqlənməsinə dair şəxsi elektron kabinetindən peçat olunmuş əksini göstərməsinə baxmayaraq YPX-nin inspektoru ona inanmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, protokoldan şikayət etməsinə baxmayaraq xx xxxx 2020-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 bir daha qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericilik normalarına hörmətlə yanaşır, xüsusi karantin rejimi dövründə yaşayış yerini xüsusi icazə almadan tərk etməmiş, qaydalara riayət etmişdir. X4 göstərilən hallar nəzərə alınmaqla şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Nərimanov RPİ-nin DYPŞnin YPX-nin inspektoru X5 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol X1 xx xxxx 2020-ci il tarixdə saat 17:29-da Ziya Bünyadov ərazisində “BMW 5251” (minik) markalı 99NK525 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkət edərkən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejiminin qaydalarını pozması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nərimanov RPİ-nin DYPŞ-nin polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx xxxx 2020-ci il tarixdə saat 17:29-da Ziya Bünyadov ərazisində hərəkət edərkən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejiminin qaydalarını pozmasına görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxx 2020-ci il tarixli 016-50287B.4220 nömrəli və Nərimanov RPİ-nin xx xxxx 2020-ci il tarixli ***-******* nömrəli məktublarından müəyyən edilir ki, X1 qərardan verdiyi şikayəti təmin edilməmişdir. Məhkəmə baxışı zamanı X4 şifahi vəsatət verərək qeyd olunan dövrdə xüsusi icazəsinin olmasını təsdiq etmək məqsədilə “xxxxxxxxxx” MMMC-nin e-icazə.gov.az portalındakı elektron kabinetinə məhkəmə iclasında baxış keçirilməsini xahiş etdi. Onun şifahi vəsatəti əsasında şəxsi elektron kabinetinə baxış keçirilərkən müəyyən edildi ki, Cəmiyyətin idarə heyəti sədri vəzifəsində işləyən X1 və onun istifadəsində olan 99NK525 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx xxxx 2020 - xx xxxx 2020-ci il tarixlərdə “iş yerinə gediş-gəlişlə bağlı” müvafiq icazəsi olmuşdur. Lakin icazənin təsdiq statusunda “Göndərilmiş” məzmunlu qeyd vardır. Elektron kabinetə baxış zamanı həmçinin müəyyən edildi ki, “xxxxxxxxxx” MMMC-nin gözətçisi X7 da e-icazə.gov.az portalında qeyd olunan tarixlərdə sərbəst hərəkəti üçün xüsusi icazəsi mövcud olmuşdur. Şikayətçinin barəsində protokol tərtib edildiyi vaxt karantin rejimi qaydalarına müvafiq olaraq ölkə ərazisində sərbəst hərəkəti üçün xüsusi icazəsinin olub-olmamasının yoxlanılması məqsədilə məhkəməyə dəvət edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə inspektoru tərəfindən təqdim edilən rəqəmsal cihaz vasitəsilə X1 şəxsi məlumatları “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə daxil edilib baxış keçirilərkən müəyyən edildi ki, onun müxtəlif dövrləri əhatə edən 8 (səkkiz) qısa müddətli sms-icazəsi və 7 (yeddi) uzunmüddətli xüsusi icazəsi mövcud olmuşdur. Lakin X1 xx xxxx 2020-ci il tarixində qüvvədə olan xüsusi icazəsi sistemdən aşkar edilmədi. Şikayətçi X1 şifahi vəsatəti əsasında məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə sorğu göndərilmişdir. Həmin sorğu əsasında Agentliyin “Elektron Hökümətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin məhkəməyə daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli **********29 nömrəli məktubundan müəyyən edilmişdir ki, X8 adına sistemdə xx xxxx 2020-ci il tarixdə saat 00:12-də işəgötürən “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən qeydiyyata alınmış Bakı şəhəri üzrə icazəsi mövcud olmuş, həmin icazə işəgötürən idarə tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 15:13-də ləğv edilmiş və ləğvetmənin səbəbi məlumatın səhv daxil edilməsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin yuxarıda qeyd edilən məktubunun məzmundan göründüyü kimi X2 barəsində protokol tərtib edilən tarixdə, yəni xx xxxx 2020-ci ildə Bakı şəhəri üzrə sərbəst hərəkəti üçün qüvvədə olna xüsusi icazəsi mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nə x xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla edilmiş dəyişikliklərə əsasən 211-ci maddənin mətni 211.1-ci maddə hesab edilmiş və maddənin məzmunda 211.2-ci və 211.3-cü maddələr əlavə edilmişdir. Məcəllənin 211.1-ci maddəsinin xx xxxx 2020-ci il tarixədək qüvvədə olan mətninə görə isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması, hüquqi şəxslərin isə dörd min manatdan on min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Qərarın 1.2-ci bəndinə əsasən 1.1.1-1.1.13-cü yarımbəndlərdə nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilmiş və həmin yerləri tərk etməsinə müstəsna hallarda icazə verilmişdir. Qərarın 1.3-cü bəndinə görə xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdir. Qərarın 2-ci bəndinə görə 1.1.1-1.1.13-cü yarımbəndlərdə nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçirilməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Qərarın 1-ci bəndində yuxarıda qeyd edilən müddətdə 1.1.1-1.1.13-cü yarımbəndlərdə nəzərdə tutulan iş və xidmət sahələri istisna olmaqla bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandarılmışdır. Qərarla yalnız aşağıda sadalanan sahələrin fəaliyyətinə icazə verilmişdir: 1.1.1. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti; 1.1.2. xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti; 1.1.3. sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti; 1.1.4. kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası); 1.1.5. elektrik enerjisinin istehsalı və təchizatı; 1.1.6. meliorasiya və su təsərrüfatı; 1.1.7. rabitə xidmətləri; 1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti; 1.1.9. dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları; 1.1.10. boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti; 1.1.11. fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr); 1.1.12. neft və qazın hasilatı, emalı, saxlanması və satışı; 1.1.13. fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər. Qərarın 1.1.13-cü yarımbəndinin mətnindən göründüyü kimi, hətta fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmət edən əməkdaşların sərtləşdirilmiş xüsusi karatin rejimi dövründə sərbəst hərəkəti üçün məhdudiyyət qoyulmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şikayətçi X4 “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən 06 iyun – xx xxxx 2020-ci il tarixlərdə Bakı şəhəri üzrə elan edilmiş xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə onun fəaliyyət sahəsi üzrə işinin davam etdirilməsinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilmişdir. X1 anket məlumatları sərbəst hərəkət etməsi üçün icaze.e-gov.az portalında qeydiyyata salınmış və xx xxxx 2020-ci il tarixdə tarixdə onun qüvvədə olan müvafiq icazəsi mövcud olmuşdur. Qeyd olunan xüsusi icazənin mövcudluğu isə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron Hökümətin İnkişafı Mərkəzi”nin məhkəməyə daxil olmuş məktubu ilə öz təsdiqini tapmışdır. Yəni şikayətçi X1 qüvvədə olan xüsusi icazəsinin olmasına baxmayaraq məlum olmayan texniki səbəbdən həmin icazə portalda əks olunmadığından xx xxxx 2020-ci il tarixdə barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində əsassız olaraq Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin polis polkovnik leytenantı X6 tərəfindən xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 144.1-ci maddəsinə görə qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir. Normanın məzmunundan göründüyü kimi, qəbul edilmiş qərardan şikayət verildikdə qərarın icrasının dayandırılması haqqında qərardad yalnız həmin qərarı qəbul etmiş hakim və ya vəzifəli şəxs tərəfindən qəbul edilməlidir. Odur ki, X1 verilmiş şikayəti əsasında inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş cərimə məbləğinə dəbbə pulunun hesablanmasının dayandırılması ilə bağlı Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə Azərbaycan Respublikası İXM-nin 144.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən məlumat verilmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallar mövcud olduqda barəsində şikayət verilmiş qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayəti təmin edilməli, onun barəsində Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X15 Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X18, eyni zamanda Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar