Məhkəmə qərarları › İş №3(004)-1933/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1933/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1933/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X8 İdarəsi (BDYPİ) xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində BDYPİ-i tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan “Honda Pilot” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyərkən, Baş Dövlət Yol Polis İdarəsində bildirdilər ki, barəsində çoxlu elektron protokollar əsasında qəbul edilmiş qərarlar mövcud olduğunu bilmişdir. Qeyd olunan qərarlardan məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə bu qərarlar barədə ona şifahi məlumat verildikdən dərhal sonra, yəni növbəti gün xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı qəbul edilmiş qərarların surətlərinin ona təqdim edilməsi ilə bağlı rəsmi olaraq ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ona cavab məktubu göndərilsə də, qoşma olaraq hər hansı qərar əlavə edilməmişdir. Bundan sonra bir neçə dəfə telefon əlaqəsi yaratdıqdan sonra xx.xx.2024-cü il tarixdə mənə qərarların surətləri təqdim edilmişdir. Qərarların surətlərini aldıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6346/2024 №-li, xx.xx.2024cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ/16745153 saylı, Yevlax Rayon Məhkəməsinin 3(039)-44/2025 №-li, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ/17260811 saylı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3844/2024 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ/18646179 saylı, 3(005)- 3743/2024 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ/16736964 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-3152/2024 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, EQ/17263299 saylı qərarlar ləğv edilərək inzibati xəta haqqında işlər baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsində onun iştirakı olmadan təkrar baxılaraq yuxarıda qeyd etdiyi xx.xx.2023-cü il tarixli, EQ/16745153 saylı; xx.xx.2023-cü il tarixli, EQ/17260811 saylı; xx.xx.2023-cü il tarixli, EQ/18646179 saylı; xx.xx.2023-cü il tarixli EQ/16736964 saylı; xx.xx.2023-cü il tarixli, EQ/17263299 saylı protokollar əsasında Baş Dövlət Yol Polis İdarəsi tərəfindən mənim barəmdə 300 manat məbləğində olmaqla 5 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə 16/1-12500 №-li, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəmdə qəbul edilmiş 16/1-12500 №-li, xx.xx.2025-ci il tarixli qərar tam olaraq qanunsuz və əsassızdır. Belə ki, 16/1-12500 №-li, xx.xx.2025-ci il tarixli qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddətləri ötmüş və 5 inzibati xəta pozuntusuna dair 5 protokol üzrə 1 qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq BDYPİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin müxtəlif maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini BDYPİ-i tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə riayət edilmədən yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra onun barəsində qərar qəbul edildiyindən xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, “Honda” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif vaxtlarda inzibati xətalara yol verilməsi faktları üzrə Baş X8 idarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında vətəndaş X4 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanmışdır. Qeyd olunan işlərə ayrı-ayrı vaxtlarda baxılarkən sonuncunun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı müəyyən olunaraq barəsində Məcəllənin 332.3-cü maddəsilə EQ/16745153, EQ/17260811, EQ/18646179, EQ/16736964, EQ/17263299 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Vətəndaş İ.Ələsgərov həmin qərarlardan Yasamal, Yevlax, Nərimanov və Qaradağ Rayon Məhkəmələrinə şikayət vermiş və məhkəmə işlərə baxaraq qeyd olunan qərarların ləğv edilməsi və həmin inzibati xətalar haqqında işlərin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərarlar qəbul etmişdir. İnzibati xəta haqqında işlərə yenidən baxılarkən yol hərəkəti qayda pozuntuları tam olaraq sübuta yetirilmiş, Baş X8 idarəsinin mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin vətəndaş İ.Ələsgərovun istifadəsində olması müəyyən edilmiş, həmin dövr üçün onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı təsdiqini tapmış, eləcə də nəqliyyat vasitəsinin digər şəxsin istifadəsinə verilməsinə dair məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə vətəndaş X4 barəsində hər biri 300 (üç yüz) manat məbləğində olmaqla 5 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi hazırki halda X4 barəsində EQ/16745153, EQ/17260811, EQ/18646179, EQ/16736964 və EQ/17263299 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar 2023-cü ilin müxtəlif aylarında baş vermiş inzibati xətalara görə tərtib edilmişdir. Həmin qərarlar birinci instansiya məhkəmələri tərəfindən ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri pozulmaqla inzibati xətaların törədilməsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq X4 barəsində xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmə müddəti keçdiyindən ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti təmin olunsun. X4 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-12500 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar