Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1935/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Nəsimi rayon DYPŞ-nin İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN Nəsimi rayon DYPŞ-nin İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP3812437 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə 88 saylı avtobusla 28 May metro stansiyası istiqamətində hərəkətdə olarkən avtobus Azadlıq prospektində polis əməkdaşları tərəfindən saxlanılmış və avtobusda olan bütün vətəndaşlardan şəxsiyyət vəsiqələrinin təqdim edilməsi tələb edilmişdir. O dərhal şəxsiyyət vəsiqəsini polis nəfərinə təqdim etmiş və polis işçisi onun şəxsiyyət vəsiqəsini xüsusi avadanlıq vasitəsilə yoxlayandan sonra müvafiq icazəsinin olmaması səbəbindən onun barəsində qanunsuz protokol tərtib etmişdir.Halbuki onun həmin vaxt müvafiq qaydada alınmış icazəsi olmuşdur.Göstərilənlərə əsasən, Azərbaycan Respublikası DİN Nəsimi rayon DYPŞ-nin İXP ******* saylı xx.xx.2020-ci il tarixli, protokol əsasında qəbul edilmiş TP3812437 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon DYPŞ Yol Patrul Xidmətinin Baş İnspektoru Polis X3 Sahib oğlu tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 11:25-də Azadlıq prospekti ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan, Nəsimi rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP3812437 saylı qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 11:25-də Azadlıq prospekti ərazisində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şikayətçi X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Əksinə, məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron Hökümətin Mərkəzi” X7 xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixində X1 adına sistemdə icazə qeydə alınmamışdır. Beləliklə də, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası DİN Nəsimi rayon DYPŞ-nin İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP3812437 saylı qərarı qərarı qanuni və əsaslıdır. Eyni zamanda X2 xx.xx.2020-ci il tarixdə, xüsusi rejim şəraitində evindən kənara çıxmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında göstərilmiş təxirəsalınmaz halların hansına aid olması, eləcə də xüsusi rejimin pozulması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün X2tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Nəsimi rayon DYPŞ-nin İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1935/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1935/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver