Məhkəmə qərarları › İş №3(004)-1935/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1935/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1935/2021 20.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, protokol tərtib etmiş - Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal rayon Polis İdarəsinin 28-ci PB-dən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 20 avqust 2021-ci il tarixdə saat 00:40-da Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Daş dövrü” restoranında yerində xidmət göstərməklə xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Şəxs barəsində tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə inspektoru X3 onun tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejim qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili Hüseyn Hüseynov ərazidə xidmət apararkən 20 avqust 2021-ci il tarixdə saat 00:40-da Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən “Daş Dövrü” restoranında bir neçə müştəriyə yerində xidmət göstərilməsi aşkar edilmişdir. Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili tərəfindən 02 nəfər şəxs saxlanılaraq şəxsiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmişlər və barələrində zəruri tədbir görülməsi üçün raportla bölmə rəhbərliyinə müraciət edilmişdir. Bölmədə aparılmış araşdırma nəticəsində olmaqla karantin rejim qaydalarını pozmuş digər şəxs barəsində müvafiq protokol tərtib edilərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin həmin restoranda müdir vəzifəsində işləyən Şəxs karantin rejimi qaydalarının pozulmasına şərait yaratdığından, yəni rəhbərlik etdiyi restoranda qəlyan xidməti göstərilməsini təşkil etdiyindən, bununla da onun şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır tənbeh tədbirinin, yəni inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi məqsədəmüvfaiq hesab edildiyindən onun barəsində tərtib edilmiş protokol qərardadla baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən X3 barəsində protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, vergi ödəyicisi kimi qeydiyyatdan keçib fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, o, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Daş Dövrü” restoranına faktiki rəhbərlik edir. 19 avqust 2021-ci il tarixdə saat 00:40-da restaranda olarkən verilmiş sifariş əsasında restoranın işçisi üç masada əyləşmiş müştərilərə qəlyan xidməti göstərmişdir. Bu vaxt restorana polis əməkdaşları daxil olaraq ölkədə təbiq edilmiş xüsusi karantin rejimi qaydalarına riayət edilməsi vəziyyətini yoxlayaraq pozuntu faktını aşkar etmişlər. Bundan sonra o, araşdırma zərurəti ilə bağlı polis bölməsinə dəvət edilmişdir. Orada şəxsiyyəti müəyyənləşdirilib, pozuntu faktı ilə bağlı qanunvericiliyin tələbləri, eyni zamanda hüquq və vəzifələri izah edilərək inzibati qaydada tutulmuş və barəsində protokol tərtib edilmişdir. Şəxs hazırda əməlindən peşman olması nəzərə alınaraq barəsində tərtib edilmiş protokol əsasında yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkilləri Hüseyn Məcidzadə və Hüseyn Hüseynov tərəfindən tərtib edilmiş raportdan müyyən edilir ki, 20 avqust 2021-ci il tarixdə saat 00:40-da radələrində inzibati ərazidə xidmət apararkən Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən “Daş Dövrü” restoranında 02 nəfər restoran işçiləri tərəfindən karantin rejimi qaydasının pozulması aşkar edilmişdir. Karantin rejim qaydasını pozmuş həmin şəxslər 28-ci polis bölməsinə dəvət edilmiş və orada onların şəxsiyyətləri yoxlanılaraq 1985-ci il təvəllüdlü Şəxs və 1995-ci il təvəllüdlü X5 olması müəyyən edilmişdir. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli AZA seriyalı 006691 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 avqust 2021-ci il tarixdə 00:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, Şəxs ilkin araşdırma zaman təqsirini etiraf etmiş və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla tanış olaraq imzalamışdır. İş materiallarında olan “Vergi uçotuna alınmış vergi ödəyiciləri” barədə məlumatından müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs vergi ödəyicisi kimi 15.01.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin normanın qeyd hissəsində “vəzifəli şəxs” anlayışı verilmişdir ki, normanın məzmununa görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə saləhiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Odur ki, qeyd olunan normanın mənasına görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs vəzifəli şəxs hesab olunur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs 20 avqust 2021-ci il tarixdə saat 00:40 radələrində faktiki rəhbərlik etdiyi Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən “Daş Dövrü” restoranında, yəni ictimai iaşə obyektində müştərilərə yerində qəlyan avadanlıqlarından istifadə edilməsini təmin etməklə xüsusi karantin rejim qaydalarını pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasiyası həddindən tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2021-ci il tarixli 220 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 sentyabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli 178 nömrəli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində restoran, kafe və çay evlərində, eləcə də ictimai iaşə məkanlarında müştərilərə qəlyan avadanlıqlarından istifadə istisna olmaqla yerində xidmət bərpa edilmişdir. Dolayısı ilə iaşə məkanlarında qəlyan avadanlıqlarından istifadə qadağan edilmiş və bu qadağa Nazirlər Kabinetinin müvafiq qərarları ilə hazıradək aradan qaldırılmamışdır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 211-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən saat 00:40dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar