Məhkəmə qərarları › İş №3(004)-1935/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1935/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1935/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, Şəxs nümayəndəsi “Kaspian” vəkil bürosunun vəkili Nümayəndə1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 13 mart 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş X19 və X16 2024-cü ilin sentyabr ayından 2024-cü ilin dekabr ayının sonuna kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən elektrik kimi işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X17 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək və iş üçün sübuti əhəmiyyət kəsb edən bir sıra sənədləri təqdim edərək protokolda göstərilən vaxtlarda X19 və X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edildiyinin mübahisəsiz olduğundan göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi X7 bildirmişdir ki, belə ki, X9 X4 Bakı şəhəri Sabunçu Rayon İdarəsində verdiyi izahatdan görünür ki, 7500 manat pulu şikayətçi Elgün və Hümbətə verib. Həmin pulun mənbəyi araşdırılmayıb və həmin şəxslər inzibati xəta haqqında icraatda iştirak etməyiblər, həmin şəxslər yalnız Polis Bölməsinin göndərdiyi materialla inzibati xəta tərkibi barəsində məlumatlanıblar. Ümumiyyətlə onların belə işçisi olmayıb və həmin pulun verilməsi ilə bağlı hər hansı iştirakları yoxdur. Hesab edir ki, inzibati xəta haqqında protokol qanunsuzdur və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Verilən suala cavab olaraq X7 Şəxs əsas fəaliyyət istiqamətlərindən birinin də tikinti olduğunu bildirmişdir. Növbəti məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Sabunçu rayonu, 42 Saylı PŞ-inə müraciət daxil olub. Araşdırma zamanı müəyyən olunmuşdur ki, 2 nəfər şəxs əmək müqaviləsi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Şəxslərin izahatları alınaraq və sənədlər toplanaraq aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər idarəsinə göndərilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər idarəsi tərəfindən Embawood MMC barəsində protokol tərtib edilərək aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilmişdir. Qeyd etmişdir ki, protokol təmamilə qanuni və əsaslıdır. Onlar araşdırma nəticəsində müəyyən etmişlər ki, həmin şəxslərin polis şöbəsinə müraciəti əmək mübahisəsi ilə bağlı deyildir, daha çox pul mübahisəsi ilə bağlı olmuşdur və araşdırma ilə müəyyən olunmuşdur ki, 2 nəfər işçi Embawood MMC-də elektrik vəzifəsində çalışmış və müəyyən planı yerinə yetirdikdən sonra alacaqları əmək haqqını tam şəkildə ala bilməmişdir. Bu səbəbdən Embawood MMC-nin əmək müqavilələri qüvvəyə minmiş 2 işçi ilə aralarında mübahisə yaranmış və həmin vaxta müəyyən olunur ki, artıq 2 nəfər şəxsin orada işləsə və xidmət göstərsə də, əmək müqavilələrinin qüvvəyə minməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi “Kaspian” vəkil bürosunun vəkili Nümayəndə1 bildirmişdir ki, Şəxs MMC barəsində tərtib olunan protokol əsassızdır. Belə ki, işlərin görülməsi Zaur adlı şəxsə tapşırılmış və bütün məsələlər həmin şəxslə həll edilmişdir. Zaura şirkət tərəfindən heç bir halda əmək müqaviləsi olmadan işçi çağırıb işlətməyi tapşırılmamış və şirkətin bundan xəbəri olmamışdır. Odur ki, Embawood MMC-nin təqsirinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X19 izahat verərək bildirmişdir ki, onu Şəxs işçisi Zaurla Elgün tanış etmişdir. Zaur və İlham tikinti sahəsində prorabdırlar. İş Zaurla kvadratı 10 manatdan danışılmışdır. Həmin işlərdən 600 kv biri 800 kv digəri olmuşdur. Zaur ondan xəbərsiz sözügedən işlərə görə ödəniləcək puldan 3000 manat götürərək Elgünə vermiş, həmin puldan 1200 manat ona qalmışdır. Həmçinin əlavə işlər də görmüş, 3000 manat da ödənilməmişdir. Ümumilikdə 7200 manat ona pul hesablanmış, lakin ödənilməmişdir. Suallara cavab olaraq X19, 09:00-dan 18:00-a kimi işlədiyini, gördükləri işlərin gündəlik iş olmadığını, işin əvvəldən danışıldığını, ödənişin hissə-hissə veriləcəyini, 2024-cü ilin avqust ayından işlədiyini, işi tam olaraq təxmini 4 ay olar ki, bitirdiyini, Zaur adlı şəxsin Embawoodda prorab, sinifyoldaşı Elgünün Embawoodda sahə rəisi, Elməddinin isə layihə rəhbəri olduğunu, Zaurun Elgünə pul verməyindən xəbəri olmadığını, Elgünün 7000 manat pul alaraq 4000 manatı ona verdiyini, 3000 manatı özünə götürdüyünü, Zaurla İlhamın şərik kimi işlədiklərini, işi onların gətirdiklərini, icazə alıb işə gəlmədiyi vaxtların olduğunu, Elgün və ya Zaurdan icazə aldığını, həftənin bütün günləri işlədiklərini, istirahət vaxtının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X16 izahat verərək bildirmişdir ki, elektrik işləri ilə məşğul olmuşdur. Layihə rəhbəri olan Elməddin adlı şəxsə yaxınlaşmış və iş vermələrini istəmiş, qiyməti danışaraq razılaşmışlar. Əvvəllər əməkhaqqlarını vaxtı-vaxtında alırdılar, sonradan isə 2 aya yaxın olardı ki, pulu ala bilməmişlər. Suallara cavab olaraq X16, onların üstündə rəhbər kimi Elməddin adlı şəxsin olduğunu, orada muzdlu olaraq çalışdığını, işlədiyi günə görə ona pul verildiyini, 09:00-dan 18:00-a kimi işləyəndə ona 35 manat verildiyini, 11:00-dan 12:00-a kimi istirahət vaxtının olduğunu, 18:00dan sonra qalıb işləyəndə əlavə pul verildiyini, onlarda əmək fəaliyyətinin olmadığını, muzdlu şəkildə işlədiklərini, əsas münasibətinin Elməddin adlı şəxslə olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid Nümayəndə2 izahatında göstərmişdir ki, o, Embawoodun inşaat meneceridir, menecer odur ki, kurasiyada olan layihələrə nəzarət edir və baxışlar keçirilir. Sea-breezin əməkdaşları ilə görüşür və hər hansı layihədə dəyişiklik olanda Sea-breezdə sifarişçi şirkətlə əlaqəyə keçir. Sözügedən məsələ ilə bağlı həmin layihədə Zaura bir iş verilib. Zaura şirkət tərəfindən elektrik işlərini icra etməsi üçün 1 ay müddətində iş tapşırılmışdır. Bundan sonra Zaur orada hansı yoldaşları cəlb edib və hansı formada işlədibsə ondan bir məlumatı yoxdur, yəni onlar Zaura konkert bir iş tapşırmışlar. Müqaviləyə baxılsa Zaurun hal hazırda Sumqayıtda işlədiyi məlum olacaqdır. Fabrikdəki elektrik işlərini görmək üçün Sumqayıtdakı işlərə də onu cəlb edirlər. Sea-breeze ilə onların aralarındakı müqavilə icraçı müqaviləsidir. Zaur Məmmədov şirkətdə elektrikdir, əmək müqaviləsi ilə işləyir. Qətiyyən ona kənardan işçi çağırması barədə şirkət tərəfindən tapşırıq verilməyib. Onun əraziyə gələrək şəxslərlə tanış olma səlahiyyəti yoxdur, şəxslərlə, fərdlərlə və işlərlə tanış olmaq layihə rəhbərinin işidir. Suallara cavab olaraq onların işi Zaura və ya sahə rəisi Elgünə tapşırdıqlarını, bütün haqq hesabın Zaurla edildiyini, əmək müqaviləsi olmadan işçi çağırıb işlətməyi Zaura tapşırmadıqlarını, iki mobil nömrəsinin olduğunu, bunlardan biri **********, digərinin isə ********** olduğunu, iş materillarına baxış zamanı göstərilən yazışmanın isə “Whatsapp” ani mesajlaşma proqramı ilə Hümbət olduğunu qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi X1 tərtib etdiyi 13 mart 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, vətəndaş X19 və X16 2024-cü ilin sentyabr ayından 2024-cü ilin dekabr ayının sonuna kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Şəxs MMC tərəfindən qanunvericiliyin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən elektrik kimi işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da Şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 1TLB2QH000204 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 Şəxs MMC-də əmək müqaviləsi üzrə baş direktor vəzifəsində çalışır. X9 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər idarəsinə verdiyi izahatdan görünür ki, o, həmin izahatında xx.xx.2023-cü il tarixindən Şəxs MMC-də elektrik vəzifəsində çalışdığını, hal-hazırda müqaviləsinin qüvvədə olduğunu, X19 və X6 Şəxs MMC-yə aid olan işlərlə bağlı Sea Breeze-də sentyabr ayından dekabr ayının sonuna kimi elektrik işlərini gördüklərini, həmin şəxslərə əmək haqqının Şəxs MMC tərəfindən 14.300 manat, əlavə işlərə görə isə 1000 manat vəsait ödənildiyini, X19 və X16 ilə Şəxs MMC-nin müqavilə bağlamadığını, həmin şəxslərə çatacaq vəsaiti Şəxs MMC-nin əməkdaşı olan Elgün adlı şəxsə verdiyini (71500 manatı), çünki həmin məbləği Elgünün ödəyəcəyini, yerdə qalan 7150 manat + 1000 manat əlavənin işə görə onun tərəfindən ödəniləciyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 49-5/2-484/2025 nömrəli məktubdan görünür ki, məktubun məzmunu “vətəndaş X11 DİN-in 102 zəng mərkəzinə müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü X20 (ş/v AZE № ********) tərəfindən X19 və X16 Bakı şəhəri, Sabunçu rayonu, Naradaran qəsəbəsində əmək müqaviləsi olmadan işlədilmişdir. Odur ki, X20 (ş/v AZE № ********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir gorülməsinə aidiyyəti əməkdaşa göstəriş verilməsi üçün sənədlərin surəti Sizə göndərilir” şəklində olmuşdur. X11 Sabunçu RPİ-nin 42-ci PB-də verdiyi izahatdan görünür ki, o, həmin izahatında 2024-cü ilin yay aylarında Sea Breeze istirahet mərkəzinin 10-cu dalanda Embawood şirkəti tərəfindən aparılan tikintidə təxminən 4-5 ay mənzillərin elektrik işlərini gördüyünü, orada ona praraf kimi nəzarət edən Zaur və İlham adlı şəxsin onun 7500 manat əmək haqqını ödəmədiklərini, həmin pulun alınmasında ona köməklik göstərilməsini xahiş etmişdir. X6 Sabunçu RPİ-nin 42-ci PB-də verdiyi izahatdan görünür ki, o, həmin izahatında 2024-cü ilin yay aylarında Sea Breeze istirahət mərkəzində Embawood şirkətinin apardığı tikintidə, Hümbət və özünün elektrik işləri gördüklərini, orada praraf işləyən Zaur və İsmətin onun 1820 manat əmək haqqını vermədiklərini, həmin pulun alınmasında ona köməklik göstərilməsini xahiş etmişdir. X9 Sabunçu RPİ-nin 42-ci PB-də verdiyi izahatdan görünür ki, o, həmin izahatında X19 və X6 izahat ərizəsi ilə tanış olduğunu, Sea Breeze istirahət mərkəzində yerləşən Şəxs şirkəti nəzdində iş götürüb işlədiyini, Hümbət və Elvinin onun yanında 4 ay müddətdir ki, işlədiklərini, Hümbət adlı şəxsə 14.300 manat pul verdiklərini və əlavə gördüyü işlərə görə 1000 manat zəhmət haqqı verdiyini, 1-ci dəfə 14300 manatın 7150 manatını Elgün adlı şəxsə verdiyini, yerdə qalan zəhmət haqqını hissə-hissə ödədiyini, onun hal-hazırda onlara heç bir borcunun olmadığını, verilən suallara cavab olaraq isə Hümbət və Elvinlə müqavilələrinin olmadığını, ancaq onun özünün şirkətlə müqaviləsi olduğunu bildirmişdir. 141FCN9000400 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X20 Şəxs MMC-də əmək müqaviləsi üzrə elektrik vəzifəsində çalışmaqla 400 manat əmək haqqı almışdır. Əmək müqaviləsindən görünür ki, işəgötürən baş direktor X12 ilə işçi X18 arasında xx.xx.2023-cü il tarixində müddətsiz əmək müqaviləsi bağlanmış, işçinin xx.xx.2023-cü il tarixindən işə başladığı, burada həmçinin işçinin əmək funksiyası, işçiyə hər ay 400 manat məbləğdə əmək haqqı ödənilməsi, iş və istirahət vaxtları, məzuniyyət, əmək müqaviləsinə xitam verilməsi əsasları və s. qeyd edilmişdir. Nümayəndə2 əmək müqaviləsindən görünür ki, Nümayəndə2 Şəxs MMC-də mühəndisinşaatçı vəzifəsində çalışır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş video diskdən görünür ki, şahid qismində dindirilmiş Hümbət Ağayevin mobil telefonundan screenshot edilərək götürülmüş görüntülərdə “Whatsap” ani mesajlaşma proqramı ilə Hümbət ilə Elməddin arasında danışıqlar aparılmışdır. Həmin danışıqlarda Elməddin Hümbətin soyadını soruşmuş, Hümbət işçilər tərəfindən prokurorluq orqanlarına şikayət ediləcəyini bildirmiş, Hümbətin kartına Elməddin tərəfindən pul atılmış, Elvin Babayev tərəfindən Elməddindən iş və pul istənilmiş, Elməddin tərəfindən Elvin Babayevin kartına 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarında olan sübutların və məhkəmə iclasında verilən izahatların müqayisəli təhlil edilməsini zəruri hesab edir. Ağayev Hümbət məhkəmə iclasında və Sabunçu RPİ-nin 42-ci Polis Bölməsində verdiyi izahatlarda bildirib ki, 2024-cü ilin avqust ayından Şəxs MMC tərəfindən Sea Breeze istirahət mərkəzində aparılan tikintidə təxminən 4-5 ay müddətində elektrik işləri görmüş, iş saatları 09:00-dan 18:00-a qədər olmuş, istirahət olmadan hər gün çalışmışdır. Onun əmək haqqı kvadrat metr üzrə (600 kv və 800 kv) razılaşdırılmış, lakin 7200 manat hesablanmış pul ödənilməmişdir. Babayev Elvin izahatında bildirib ki, layihə rəhbəri olan Elməddin adlı şəxsə yaxınlaşaraq iş istəmiş, elektrik işləri görmüş, əmək haqqı ödənilmiş, son 2 ayda ona ödəniş edilməmişdir. İş vaxtları 09:00-dan 18:00-a qədər olmuş, əlavə saatlar üçün ona əlavə ödəniş edilmişdir. Bu izahat göstərir ki, Elməddin konkret rəhbər şəxs kimi təqdim olunmuş, işin təşkili və nəzarəti ona aid edilmişdir. Beləliklə, Hümbət və Elvinin əmək fəaliyyəti qısamüddətli, lakin daimi əmək münasibətləri formasında aparılmış, müqaviləsiz cəlb edilmə halı sübut olunmuşdur. Bu izahatlar əmək funksiyasının mövcudluğunu, müqabilində muzd ödənilməsinin nəzərdə tutulduğunu və fəaliyyətin mütəmadi xarakter daşıdığını göstərməklə əmək münasibətinin faktiki qurulduğunu sübut edir. Nümayəndə2 məhkəmə iclasında izhatında bildirib ki, Şəxsun inşaat meneceridir, layihələrə nəzarət edir, Sea Breeze layihəsində Zaurun elektrik işlərini yerinə yetirməsi üçün iş tapşırılıb, lakin onun kimləri cəlb etdiyindən xəbəri yoxdur. Bununla belə, video-diskdəki WhatsApp yazışmaları, Hümbət ilə onun arasında konkret pul köçürmələrinin və narazılıqların olduğu, Elvinə kart vasitəsilə 300 manat pul göndərdiyi sübutlarla təsdiqlənmişdir. Hətta Hümbət tərəfindən təhdid və prokurorluğa müraciət haqda mesajlar yazılmış, Elməddin isə münaqişəni həll etməyə çalışmışdır. Bu faktlar göstərir ki, Elməddin həm Hümbət, həm də Elvinin işə götürülməsi və pul ödənişi prosesində bilavasitə iştirak etmişdir. X9 Sabunçu RPİ-də və Əmək Müfəttişliyində verdiyi izahatlarında qeyd olunur ki, o, Şəxs MMC-də elektrik kimi işləyir, Sea Breeze obyektində 4 ay Hümbət və Elvinin işlədiyini, onlara ümumilikdə 14.300 manat və 1000 manat əlavə işə görə ödəniş edildiyini, 7150 manatının Elgün adlı əməkdaşa verildiyini, yerdə qalan hissəsinin isə hissə-hissə özü tərəfindən ödənildiyini göstərmişdir. Həmçinin, onlarla əmək müqaviləsinin bağlanmadığını açıq etiraf etmişdir. Bu izahatlar işçilərin Şəxs MMC üçün işlədiklərini, lakin rəsmi rəsmiləşdirilməmiş şəkildə, yəni müqaviləsiz cəlb edildiklərini birbaşa sübut edir. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, həm Zaur, həm Elməddin Şəxs MMC-də rəsmi əmək münasibətində olan şəxslərdir. Zaurun xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən o, şirkətdə elektrik kimi çalışır və işəgötürən Şəxs MMC-nin baş direktoru Elşad Abbasovdur. Bu sənədlər göstərir ki, işçiləri qeyri-rəsmi şəkildə işə cəlb edənlər şirkətin rəsmi əməkdaşlarıdır və bu fəaliyyət hüquqi şəxs adından xeyrinə və onun maraqlarının qorunması üçün həyata keçirilmişdir. Əmək müqaviləsinin olmaması faktı yalnız şahid izahatları ilə deyil, həm də iş materiallarında mövcud olan rəsmi sənədlərlə sübuta yetirilmişdir. Əmək Müfəttişliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokol və Sabunçu RPİ-nin xx.xx.2025-ci il tarixli məktubunda Hümbət və Elvinin Şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduqları qeyd edilmişdir. Bu sənədlər həm dövlət nəzarət orqanının, həm də polis orqanının araşdırmalarına əsaslanmış və iş üzrə obyektiv hüquqi qiymətləndirmə üçün əsaslı sübut kimi çıxış etmişdir. Bundan əlavə, iş materiallarında təqdim edilmiş “WhatsApp” yazışmaları və pul köçürmələri Hümbətlə Elməddin arasında birbaşa əlaqənin olduğunu, Elməddinin Hümbət və Elvinlə pul ödənişləri apardığını və əmək münasibətlərinə bilavasitə daxil olduğunu təsdiq edir. Bu hallar göstərir ki, əmək funksiyasının təşkili, icrası və ödənişi Şəxs MMC-nin əməkdaşları – Elməddin, Zaur və Elgün vasitəsilə həyata keçirilmişdir. Hümbətin işə gəlmədiyi vaxtlarda bu şəxslərdən icazə alması, Elvinin işə Elməddin tərəfindən cəlb olunması və ödənişin həmin şəxslər vasitəsilə aparılması onu göstərir ki, Şəxs MMC faktiki olaraq bu şəxslərin əməyindən istifadə etmiş, lakin qanunvericiliyin tələb etdiyi əmək müqaviləsini bağlamamışdır. İş üzrə toplanmış sübutlar əsasında müəyyən olunmuşdur ki, Nümayəndə2 Şəxs MMC-də inşaat meneceri kimi çalışır və öz izahatında da etiraf etdiyi kimi, şirkətin müxtəlif layihələrinə nəzarət edir, sifarişçi ilə əlaqələndirmə işləri aparır və layihələr üzrə icra prosesini kurasiya edir. O, məhkəmədə verdiyi ifadəsində Ağayev Hümbət və Babayev Elvinin şirkətlə hüquqi əmək münasibətində olmadığını bildirsə də, faktiki olaraq Hümbətin kartına pul köçürməsi, Elvinə 300 manat göndərməsi, iş prosesində Hümbətlə “WhatsApp” yazışmalarında əmək haqqı ilə bağlı müzakirə aparması, onun sadəcə texniki nəzarətçi yox, işçilərlə əlaqədə olan faktiki rəhbər olduğunu nümayiş etdirir. Əmək funksiyasının təşkilində iştirak edən bu şəxsin rəhbər davranışları AR İXM-in 18.2 və 18.3-cü maddələri baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin maddələrə əsasən, hüquqi şəxs – yəni işəgötürən, onun orqanlarının, nümayəndələrinin, rəhbər heyət üzvlərinin və ya struktur bölmələrinin əməkdaşlarının törətdiyi inzibati xətaya görə məsuliyyət daşıyır. Elməddin Şəxs MMC-nin struktur bölməsində işləyən əməkdaş olmaqla yanaşı, faktiki olaraq işçilərlə ünsiyyətdə olub, əmək haqqı ödənişləri aparıb və onların fəaliyyətinə nəzarət mexanizmini icra edib. Bu halda inzibati xəta onun tərəfindən törədilməsə belə, onun fəaliyyəti nəticəsində şirkətin adından əmək qanunvericiliyinin pozulması baş verdiyindən, məsuliyyət hüquqi şəxsə – Şəxs MMC-yə şamil edilir. Qanunvericilikdə bu cür yanaşmanın məqsədi hüquqi şəxslərin yalnız formal rəhbərlik üzvləri ilə deyil, onların faktiki fəaliyyətini həyata keçirən işçilərinin davranışına görə də cavabdehlik daşımasını təmin etməkdir. Elməddin rəsmi olaraq işəgötürən statusunda çıxış etməsə də, onun struktur daxilindəki hərəkətləri şirkətin adından fəaliyyət göstərdiyini və əmək münasibətini faktiki idarə etdiyini təsdiqləyir. Bu səbəbdən, Hümbət və Elvinin əmək müqaviləsi olmadan işə cəlb edilməsi birbaşa Elməddin və Zaurun fəaliyyəti ilə bağlı baş vermiş, bu da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibini Şəxs MMCnin adından formalaşdırmışdır. Beləliklə, Elməddin və Zaurun hər nə qədər formal olaraq işəgötürən statusuna malik olmasa da, onun fəaliyyətinin hüquqi nəticələri Şəxs MMC-nin məsuliyyətini doğurur və bu məsuliyyət İXM-in 18-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqi baza çərçivəsində hüquqi şəxsə aid edilir. Bu səbəbdən Şəxs MMC barəsində tərtib olunmuş inzibati protokol tam əsaslı və qanunverici çərçivədə hüquqi məsuliyyətə uyğun hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar