Məhkəmə qərarları › İş №3(004)-1940/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1940/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1940/2020 20.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair materiala baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs vətəndaş X1 nahiyyəsinə yumruqla vuraraq və əli ilə itələyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin səlahiyyətli əməkdaşı tərəfindən Şəxs barəsində tərtib edilmiş protokol və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 100.1.4 və 100.1.5-ci maddələrinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Həmin Məcəllənin 104.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edildikdə və ya bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqda, səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir və bu barədə 48 saat ərzində müvafiq prokurora yazılı məlumat verilir. Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda Şəxs vətəndaş X1 nahiyyəsinə yumruqla vuraraq və əli ilə itələyərək sağlamlığa zərər vurmayan xəsarət yetirməsi və bununla əlaqədar Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli qərarla, X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda qeyd edilən İXM-nin 38.3-cü maddəsinin tələbinə əsasən xx xxxx 2020-ci il tarixədək həmin iş üzrə inzibati xəta haqqında protokol tərtib edilməli idi. Lakin Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsi tərəfindən protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli qərarla X3 Şəxs tərəfindən xəsarət yetirilməsi faktı ilə açılmış icraat Azərbaycan Respublikası İXMnin 104.1.3-cü (inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda) maddəsinə əsasən dayandırılmışdır. Halbuki, inzibati xəta törətmiş şəxsin Şəxs olması qərarın özündə qeyd edilmişdir. Həmçinin, iş materiallarına icraat dayandırıldıqdan sonra hansı prosessual hərəkətlərin aparılması barədə hər hansı sənəd və inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərar əlavə edilməmişdir. Eyni zamanda iş materiallarına Şəxs tərəfindən başqa bir inzibati xətanın törədilməsi – X4 övladı ilə birlikdə döyülməsi- barədə sənədlər (raport, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və s.) əlavə edilsə də, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolda bununla bağlı heç bir məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim işə baxılmağa hazırlanması zamanı qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbləri pozulduğundan və təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37 və 109 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar