Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1941/2020 20.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1991-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü maddələri ilə Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X4 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsxx xxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi “Renault 12 minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Zərdabi küçəsində hərəkət edərkən düzgün ara məsafəsi saxlamayıb irəlidə hərəkət edən “Mazda 6 minik” markalı **-KN-*** nömrəli avtomobillə toqquşub X3 maddi zərər vurmuşdur. Şəxsavtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Bununla da o, İXM-in 327.1, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Bakı şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsixx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki,sürücülük hüququ yoxdur. Dərman almaq üçün xx xxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi “Renault 12 minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Zərdabi küçəsində hərəkət edərkən düzgün ara məsafəsi saxlamayıb irəlidə hərəkət edən “Mazda 6 minik” markalı **-KN-*** nömrəli avtomobillə toqquşub X3 maddi zərər vurmuşdur. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X5 inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxsxx xxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi “Renault 12 minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Zərdabi küçəsində hərəkət edərkən düzgün ara məsafəsi saxlamayıb irəlidə hərəkət edən “Mazda 6 minik” markalı **-KN-*** nömrəli avtomobillə toqquşub X3 maddi zərər vurmuşdur. Şəxsavtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə dair İXM-ni 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmininzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla,özünün məhkəməyə verdiyi etirafedici izahatı ilətam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü maddələri ilə təqsirli bilinərək,10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixindən, saat 15:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X6 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1941/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1941/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver