Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1941/2024 29.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X8 və X1 iştirakları ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi, ev 6, mənzil 56 ünvanında olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X9 Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən menecer vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 bildirdi ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində AR İXM-nin 192.1-ci və 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında protokol qəbul edilmiş və inzibati tənbeh vermə haqqında müvafiq qərarın qəbul edilməsi məqsədilə məhkəməyə müraciət edilmişdir. Hesab edirlər ki, X10nin mövqeyi əsassızdır və hesab edirlər ki, pozuntusu iddia edilən maddənin norması əmələ münasibətdə düzgün tövsif edilməmişdir. Buna görə də həmin qərar əməldə inzibati xətanın tərkibi olmadığı üçün ləğv edilməlidir. Belə ki, X11 barəsində protokolun tərtib edilməsinə əsas Şəxs MMC-də menecer vəzifəsində çalışan X9 ilə işəgötürən arasında əmək müqaviləsi bağlanmadan onun işə götürülməsi olmuşdur. Halbuki işin real hallarına əsasən işçi - X9 ilə şirkət arasında əmək müqaviləsi 08 avqust 2023-cü il tarixində bağlanmış və işçi həmin tarixdən etibarən işə başlamışdır. Avqust ayı üzrə əmək haqqını almış və əmək haqqından sosial ayırmaları da DSMF-ə köçürülmüşdür. Bu faktı Əmək müfəttişliyinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-22093/2024 saylı MMC-yə ünvanlanmış məktubunun 2-ci abzası təsdiq edilir. Lakin, işçinin 20 avqust 2023-cü il tarixində bağlanmış müqaviləsi elektron ƏMAS sisteminə 20 sentyabr 2023-cü il tarixində daxil edildiyi üçün əmək müfəttişliyi bunu pozuntu hesab etmişdir. Yəni bu hal əmək müfəttişliyi belə qiymətləndirmişdir ki, sanki işəgötürən işçini müqavilə bağlamadan işə götürmüşdür, sanki işəgötürən işçini gizli işlətmişdir. Halbuki, bu maddənin tətbiqini hazırda icraatda baxılan bu inzibati xəta işinə münasibətdə düzgün tövsif edilmiş maddə kimi hesab etmirlər. Çünki, əmək müqaviləsi bağlamadan işçinin işə cəlb edilməsi bir xəta kimi mahiyyəti ondan ibarətdir ki, işəgötürən, birinicisi, bunu şüurlu və qərəzli şəkildə, yəni birbaşa niyyətlə törətmiş olur, ikincisi, bu xətanı törətməkdə məqsədi dövlət ödənişlərindən yayınmaq olur. Məhkəmədən xahiş edir ki, hazırki iş üzrə qərar çıxaran zaman aşağıda sadalanan faktları nəzərə aldıqdan sonra öz qərarını qəbul etsin. Şəxs MMC öz əmək və mühasibatlıq işlərini görülməsi üçün xx.xx.2023-cü il tarixində "xxxx" MMC ilə xidmət müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə şirkətin işə qəbul, işdən çıxarma, vergimühasibatlıq məsələlərini həyata keçirməsi bu xidmət göstərən "xxxx" MMC-nin üzərində öhdəlik olmuşdur. Hətta Şəxs MMC-nin ASAN imzası da bu şirkətə təhvil verilmişdir ki, ASAN imzanın tələb olunduğu sahələrdə operativlik yüksək səviyyədə təmin edilsin. X3 Şəxs MMC-də işə bağladığı zaman onun əmək müqaviləsini rəsmi sistemə daxil etmək öhdəliyi daşıyan şirkətin əməkdaşına əlində yeni tipli şəxsiyyət vəsiqəsi olduğu halda vatsap vasitəsilə öz qüvvədə olmayan etibarsız şəxsiyyət vəsiqəsinin surətini göndərir. Avqust ayının sonlarında Məmmədova onlara məlumat verdi ki, onun portalında rəsmi iş yeri görünmür. Bu zaman Purle şirkəti konsaltinq xidmətinə məsələ ilə əlaqədar soğru etdilər və xidmət göstərən şirkət bildirdi ki, məsələni araşdırıb məlumat verəcəkdir. Sonradan isə məlum olmuşdur ki, xidmət göstərən şirkətin əməkdaşı dəfələrlə cəhd etməsinə baxmayaraq Nisə Məmmədovanın elektron əmək müqaviləsini ƏMAS sisteminə yükləmək mümkün olmamışdır. Məmmədovanın E-sosial portalında portal şəklinin köhnə şəxsiyyət vəsiqəsinin şəkli ilə eyni qalması onun yeni vəsiqə almasına dair şübhələrə məhəl qoymamışdır. Yəni, portaldaki şəklin keçmiş şəxsiyyət vəsiqəsindəki şəkillə eyni olması o deməkdir ki, şəxsin vəsiqəsi dəyişilməmişdir. Yeni vəsiqə alanda o avtomatik portalda da yenilənir. Purple şirkəti Məmmədovaya məlumat vermişdir ki, portalda görsənməməyinin səbəbi şəxsiyyət vəsiqəsinin sistem tərəfindən qəlubu zamanı mütəmadi xətaların yaranması olmuşdur. Bundan sonra Nisə Məmmədova şəxsiyyət vəsiqəsini dəyişdirdiyimi bildirərək yeni vəsiqəsini təqdim etmişdir. Dsmf-sinin ödənilməsi Purple Şirkəti tərəfindən avqust ayı üçün X6 əmək haqqından dsmf ödənişi həyata keçirilmişdir. Bu isə o deməkdir ki, əgər şirkətin gizli işçi işlətmək niyyəti ilə əmək müqaviləsinin bağlanmasından yayınması məqsədi olmuş olsaydı, şirkət onun elə ilk növbədə dsmf-sini ödəməzdi. Yəni şirkət faktiki olaraq Məmmədovanı artıq avqust ayından etibarən onu öz qanuni işçisi gözündə gördüyü üçün onu sosial ödənişi həyata keçirmişdir. Sistemə bildirişin yüklənib-yüklənmədiyindən xəbərsiz ola-ola bu ödənişlərin həyata keçirilməsi qaydası ilə yerinə yetirilməsi işəgötürənin niyyətinin təmiz olmasının birbaşa sübutudur. Sistemin texniki xəta verməsi indiki dövrdə elə bir müəəsisə və təşkilat yoxdur ki, onun başına gəlməsin. Əmək haqqı alması Məmmmədovanın əmək haqqı ödənişi "xxxx" QSC-nin əmək haqqı kartları vasitəsilə həyata keçirilir. Hazırki şikayətləri və törədilmiş əməldə təqsirli olmadıqlarının ən bariz sübutları ƏMAS Sisteminə bildirişin yüklənməsi zamanı sistem xətalarının mövcudluğudur. Belə ki, ƏMAS da sistem təsdiq etmədiyi daxil etmələr arxivə - loglara düşür. Əgər inzibati orqan o arxivləri qaldırsa görünəcək ki, şirkət tərəfindən Məmmədovanın əmək müqaviləsinin gücləndirilmiş imza vasitəsilə hökumət portalına daxil edilməsinə dəfələrlə müraciətlər olunmuşdur. Əgər bu müraciətlər xəta nəticəsində qeydə alına bilimirsə bunu işəgötürənin əmək müqaviləsi bağlanmasından yayınması kimi qiymətləndirmək ədalətsiz olardı. Bu halları ona görə məhkəmə üçün qeyd etməyi zəruri hesab edir ki, məhkəmə bütün bu faktların incəliyini göz önündə saxlasın və sonradan barəsində inzibati xəta törədən şəxsin - işəgötürənin niyyətinin nə dərəcədə qərəzli olmasına qiymət versin. Yəni işin bu halları ilə birbaşa sübut olunur ki, işəgötürən öz niyyətində də əməlində də təmiz olmuş, hər hansı inzibati xəta törətməsinin fərqinə belə varmamışdır. Hesab edir ki, məhz ədalətlilik prinsipini rəhbər tutaraq məhkəmə bu halı xəta hesab edərsə belə, onun törədilməsi hallarını nəzərə almalıdır. Yəni törədilmə zamanı işəgötürənin qəsd niyyətinin olmaması, qeydiyyatında texniki hallardan asılı olaraq, şəxsiyyət vəsiqəsində vəsiqənin etibarlılıq müddətinin 2026cı ilədək etibarlı olması, işçinin sosial gov portalında onun vəsiqə məlumatlarının keçmiş vəsiqəyə aid olması (portalın belə yenilənməməsi), müqavilənin faktiki mövcudluğu, əmək haqqının ödənilməsi, əmək haqqından sosial ayırmaların faktiki ödənilməsi, müəssisənin fəaliyyətə başlamasının hələ 1 ilinin tamam olmaması, müəssisədə belə bir halın aşkarlanmasının birinci hal olması, müəssisənin fəaliyyətinin 2 dövlət arasındakı mədəni və iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət etməsini ("xxxx"MMC X4 milli mətbəxinin (street food) və mədəniyyətinin ölkəmizdə tanıdılmasına xidmət edir və birbaşa Koreya Səfirliyi tərəfindən dəstəklənir) və ən əsası bildirişin sistemə daxil edilməsinin mümkünsüzlüyünə zərrə qədər şübhənin olmaması, xətadan xəbərdar olmaması və ümumilikdə bu xətanın heç bir şəkildə nə vətəndaş, nə də dövlətlə əlaqədar münasibətlərə xələl gətirməməsini nəzərə alaraq, (vətəndaşın əmək haqqı da ödənib, dsmf-si də gəlir vergisi də) məhkəmədən hazırki iş üzrə qərar qəbul edilən zaman mümkün qədər hakim müstəqilliyini və ədalətli mövqeyini nümayiş etdirməsi ümidi ilə, xahiş edir ki, əməldə inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməsi haqqında qərar qəbul edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X13 bildirdi ki, əməldə inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda yüksək məbləğdə şirkətin cərimələnməsi həmin şirkətin müflis olmasına səbəb ola bilər. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X7 bildirdi ki, X9 Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən menecer vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da "xxxx"MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əgər əmək bildirişinin göndərilməsi ilə bağlı sistemdə hər hansı problem yaranırsa o zaman əmək müqaviləsi qüvvəyə minmir, belə olduğu işə götürən tərəfindən işçinin işlədilməsi yolverilməzdir. Odur ki, barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, aşağıdakılara əsasən müəyyən edilir ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən X9 xx.xx.2023-cü il tarixdə işə başlamışdır, xx.xx.2023-cü il tarixdə isə həmin müqavilə sistemə daxil edilmişdir. Həmçinin iş materiallarında olan X6 ərizəsinin sürətindən də görünür ki, o, xx.xx.2023-cü il tarixdən işə başlamışdır. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-1941/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1941/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver