Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1942/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi və X1 iclas katibliyi ilə, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş material nəzərdən keçirilərək, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədəAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 00100-0733/20 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Həmin protokol və ona əlavə edilmiş material məhkəmə tərəfindən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, eyni hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin eyni maddəsi ilə tərtib edilmiş eyni tarixli 00100-0687/20 nömrəli digər inzibati xəta haqqında protokol Yasamal Rayon Məhkəməsinə göndərilmiş, həmin iş 3(004)-1519/2020 nömrə ilə qeydiyyata alınaraq baxılması üçün məhkəmənin digər hakimi Günel Əkbərlinin icraatına daxil olmuşdur. 3(004)-1519/2020 nömrəli inzibati iş üzrə xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Şəxs MMC-nin direktoru Abdulla Cavadov vəsatətlə məhkəməyə müraciət edərək Cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş iki müxtəlif inzibati xəta haqqında protokolların birləşdirilərək bir icraatda baxılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin icraatında Şəxs MMC barəsində olan 3(004)-1519/2020 nömrəli və 3(004)-1942/2020 nömrəli inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 00100-0687/20 və 00100-0733/20 nömrəli protokollar üzrə başlanılmış inzibati xəta haqqında işlər üzrə icraat 3(004)-1519/2020 nömrə altında davam etdirilib baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası 34, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yasamal Rayon Məhkəməsinin icraatında olan 3(004)-1519/2020 və 3(004)- 1942/2020 nömrəli inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(004)-1519/2020 nömrəli inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1942/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1942/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver