Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1945/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X8 iclas katibliyi ilə, X1 AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər idarəsinin 28.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 28.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutularaq, AMEA Hüquq və X7 “Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsi”nin keçmiş əməkdaşı X5 1 mart 2019-cu il tarixli 29/19 nömrəli əmək müqaviləsinə İnstitutun 17 noyabr 2021-ci il tarixli 139/K nömrəli əmri ilə xitam verilmişdir. Bundan narazı qalan Esmira Orucova X11 Xidmətinin Bakı şəhər idarəsinə yazılı şəkildə müraciət edərək son haqq-hesabının əmək müqaviləsinin ləğv edildiyi gündə verilmədiyini bildirmişdir. Şikayətə baxan X11 Xidmətinin Bakı şəhər idarəsi 28 fevral 2022-ci il tarixində məni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. AMEA Hüquq və X7 baza maliyyələşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nm 1.34-cü bəndinə əsasən Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 1.1-ci bəndin birinci cümləsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyası dövlət ali elmi təşkilatıdır. Həmin Fərmanın 1.2-ci bəndinə əsasən Akademiya qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Həmin Fərmanın 14.5-cü bəndinə əsasən Akademiyanın maliyyələşdirilməsi hər il Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə göstərilir. Esmira Orucovanın son haqqhesabı 17 noyabr 2021-ci il tarixində İnstitutun Mühasibat və maliyyə şöbəsi tərəfindən hesablanmış olsa da (bu hal son haqq-hesab adlı sənədə əsasən müəyyən edilir) İnstitutun hesabında kifayət qədər məbləğ olmadığından onun son haqq-hesabı əmək müqaviləsinin ləğv edildiyi gün deyil, 03 dekabr 2021 -ci il tarixində verilmişdir. Bununla da səlahiyyətli orqan işlə əlaqədar mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. İşə baxan səlahiyyətli orqan əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək məni inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, bu hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunan inzibati xəta anlayışına, həm də həmin Məcəllənin 13-cü maddəsində təsbit edilən inzibati xətanın qəsdən törədilməsi hallarına tamamilə ziddir. Dövlət büdcəsindən maliyyələşən İnstitutun hesabında kifayət qədər məbləğin olmaması səbəbindən Esmira Orucovanın son haqqhesabı 17 noyabr 2021 -ci il tarixində verilməmişdir. O, bu halı nə arzu etmiş, nə də buna şüurlu surətdə yol vermişdir. Səlahiyyətli orqanın inzibati məsuliyyətin əsaslarına, inzibati xəta anlayışına və inzibati xətanın qəsdən törədilməsi hallarına düzgün hüquqi qiymət verməməsi, onun iş üzrə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığını ortaya qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin “Oevd” hissəsi işəgötürənin işçiyə son haqq-hesabını gecikdirməsi onun hansı hallarda öz təqsiri üzündən baş verməsini müəyyən edir. Həmin hüquqi normaya əsasən işdən azad edilən işçinin son haqq-hesabının işəgötürən tərəfindən həmin gün hesablanması, lakin hesabında kifayət qədər məbləğin olmaması və bu səbəbdən işəgötürən tərəfindən işçiyə son haqq-hesabın vaxtında ödənilməməsi işəgötürənin təqsiri üzündən gecikdirilmə halı kimi qiymətləndirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması Səlahiyyətli orqan inzibati xəta haqqında işə baxarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsini uzanan inzibati xəta kimi qiymətləndirmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntularının bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Səlahiyyətli orqan isə əməlində inzibati xətanın tərkibi olmadığı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddətin (3 ay) başa çatdığı halda həmin Məcəlləsinin 192.4-cü maddəsini uzanan inzibati xəta kimi qiymətləndirərək barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 28.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X10 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq şikayətin təmin edilməməsini və AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 28.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 28.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X4 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən AMEA Hüquq və X7 baş direktoru kimi X4 tərəfindən işçi Orucova Esmiranın əmək müqaviləsinə xitam verilərkən əmək və məzuniyyət xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Bu barədə 18.02.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 28.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1945/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1945/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver