Məhkəmə qərarları › İş №3(004)-1950/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1950/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1950/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 28.01.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 28.01.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən ona İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən cərimə tətbiq edilməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin EXP ******* saylı, 27.01.2022-ci il tarixli protokolu əsasında qəbul edilmiş 28.01.2022-ci il tarixli, EPQ ******* qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 14 saylı Vəkil Bürosunun vəkilidir, eyni zamanda, əmək müqaviləsi ilə "xxxx" MMC-də (VÖEN: **********) hüquqşünas vəzifəsində işləyir. Çalışdığı şirkət 10 nəfərdən ibarət işçi heyəti ilə icarə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən “Caspian Plaza”nın 132 kv.m sahədən, beş otaqdan ibarət ofisində hüquqi şəxs olan müştərilərinə hüquq və maliyyə xidmətləri göstərir və heç bir müştəri və vətəndaş qəbulunu həyata keçirmir. Ofislərinin dəhlizə çıxan çıxış qapısı hər zaman bağlı olur və zəruri hallarda açırlar. Yuxarıda qeyd edilənlərə baxmayaraq, 27 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində, özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər fəaliyyət göstərdikləri ofis sahəsinə icazəsi olmadan qanunsuz şəkildə daxil olaraq, mobil telefonla video çəkiliş aparmış və işçilərin bəzilərinin iş vaxtı ərzində qoruyucu maskadan istifadə etmədiklərinə görə cərimələnəcəklərini bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini təqdim etməmiş və onların polis əməkdaşları olduqlarını müəyyən edə bilməmişlər. Növbəti gün, yəni 28 yanvar 2022-ci il tarixdə www.mygov.az portalında barələrində cərimə barədə protokol yerləşdirilmişdir və www.asanpay.az portalında həmin protokol əsasında 28.01.2022-ci il tarixli qərar qəbul edildiyi barədə məlumat yerləşdirilmişdir. Qərarı DİN-ə etdiyi yazılı və elektron müraciətlərdən sonra 13 aprel 2022ci il tarixdə elektron poçt ünvanına göndəriblər. Lakin, həmin qərarın özü bu vaxta qədər onlara təqdim edilməmişdir. Hesab edir ki, aşağıdakılara görə barəsində tərtib edilmiş EXP ******* saylı, 27.01.2022-ci il tarixli protokol və həmin protokol əsasında qəbul edilmiş 28.01.2022-ci il tarixli, EPQ ******* qərar tamamilə qanunsuz və əsassızdır, ləğv edilməlidir, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 saylı Qərarının 1-ci bəndinə əsasən: “Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;” Qərardan göründüyü kimi fiziki və hüquqi şəxslərə məxsus binaların yalnız müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində qoruyucu maska taxılması məcburidir. Bizim şirkət isə heç bir müştəri qəbulunu həyata keçirmir və 10 nəfərdən ibarət işçi heyəti ilə beş otaqlı ofisdə fəaliyyət göstərir. Ofisimizin plazanın ümumi sahəsinə çıxış qapısı da hər zaman bağlı olur və ehtiyac olduğu təqdirdə açarla açıb çıxırıq. Əlavə olaraq bildirmişdir ki, ofis sahəsi geniş olduğundan işçiləri arasındakı sosial məsafə də hər zaman gözlənilir. Məkanın qapalı olması o demək deyil ki, polis əməkdaşları istədikləri vaxt gəlib həmin məkanlarda karantin qaydalarının pozulmasına nəzarət edə bilərlər. Qərardan aydın şəkildə görmək olur ki, dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə, fiziki və hüquqi şəxslərə məxsus binaların isə müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində qoruyucu maskadan istifadə zəruridir. Məsələn, dövlət orqanlarında vətəndaş qəbulunu həyata keçirməyən işçilər ayrıca xidməti otaqlarında, müştəri qəbulunu həyata keçirməyən hüquqi şəxsin işçiləri isə öz iş otaqlarında qoruyucu maskadan istifadə etməli deyillər. Digər tərəfdən, fəaliyyət göstərdiyimiz bina bizə məxsus deyil və həmin binanın mülkiyyətçisi müştərilərə xidmət göstərilən ərazilərdə - dəhlizlərdə, ümumi istifadədə olan sanitar qovşaq, mətbəxlərdə müştərilərin qoruyucu maskadan istifadə etməsinə nəzarət edir. Qeyd etmişdir ki, elektron qaydada tərtib edilmiş protokol da qanunvericiliyin tələblərinə uyğun deyil və İXM-nin 211-ci maddəsi üzrə, ümumiyyətlə, elektron protokol və elektron qərar qəbul edilməsi İXM-də nəzərdə tutulmamışdır. Protokol tərtib edilərkən, hüquq və vəzifələri onlara izah edilməmiş, protokolun kimin tərəfindən tərtib olunduğunu bilməmişlər. Protokol İXM-nin 101.1-ci maddəsində göstərildiyi kimi dərhal tərtib edilməmiş və protokolda ümumiyyətlə imza yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Konstitusiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Ona görə də, qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 28.01.2022ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 rayonu, C.Cabbarlı küçəsində (Caspian Plaza) 27.01.2022-ci il tarixdə tibbi maskadan istifadə etmədiyinə görə İXM-in 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Həmin qərar EXP ******* saylı, 27.01.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsi tərəfindən 14.04.2022ci il tarixli məktubla qərar qəbul etmiş səlahiyyətli orqandan İXM-nin 132-ci maddəsinə əsasən qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı, inzibati xətanın mövcudluğunu əks etdirən CD diski (və ya kamera görüntüsü) və qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Şikayətçi bildirir ki, onlar vətəndaş qəbulu həyata keçirmirlər, xidməti otaqlarda ancaq işçilər olmuşdur. Kənar şəxslərə qapalı məkanda xidmət göstərmirlər. İş üzrə müəyyən edilir ki, MMC-nin işçisinə qapalı məkanında xidməti otağında olarkən maska taxmamaq tələbi barədə inzibati tənbeh verilmişdir. Həmin xidməti otaqda müştərilərə yerində xidmət göstərilmir. Belə olduğu təqdirdə “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 saylı qərarı ilə müəyyən edilmişdir ki,

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə olduğu təqdirdə hazırkı iş üzrə fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində tənəffüz yollarının fərdi qoruyucu vasitələrdən istifadə edilməsi məcburidir. Fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməyən sahələrində, o cümlədən xidməti otaqlarda tənəffüz yollarının fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tələbi mövcud olmur.

Bununla da müəyyən edilir ki, şəxs qoruyucu vasitədən istifadə etməməsi, onun dərs deməsi, müəlliməlik fəaliyyəti ilə bağlı olmuşdur. Belə bir vəziyyətdə şəxsin əməli inzibati xəta törədilməsinə yönəlməmişdir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, belə bir şəraitdəki bu əməldə qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İXM-nin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,

QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 28.01.2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar